Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının əsirliyindən azad etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya Silahlı Qüvvələri bu yaxınlarda 700-ə yaxın qadın və uşaqları cinayətkar Boko Haram sələfi terrorçu qruplaşmasının əsir düşərgəsindən azad edib.
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının əsirliyindən azad etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya Silahlı Qüvvələri bu yaxınlarda 700-ə yaxın qadın və uşaqları cinayətkar Boko Haram sələfi terrorçu qruplaşmasının əsir düşərgəsindən azad edib.

Azad olmuş əsir qadınlarının bildirdiyinə görə, Nigeriya Ordusu düşərgəni ələ keçirtməmişdən bir az öncə sələfi azğınları bir neçə qadını daşqalaq edərək həlak etmişdir.

2014-cü ilin Dekab ayında Allahsız sələfi qruplaşmasının Lasa kəndinə hücumunda əsir götürülmüş Lami Musa adlı 27 yaşlı qadın azad olduqdan sonra əsirlik xatirələri haqda belə bildirib: “Sələfilər kəndimizə hücum etdikdə ərimi öldürdülər daha sonra məni zorla üç balamdan ayıraraq, bətnimdəki körpəmlə birlikdə əsir götürdülər. Onlar mənə “uşağı dünyaya gətirdikdən bir həftə sonra komandirimizlə evlənməlisən” dedilər...”

Lama Musa daha sonra deyib: “Nigeriya Ordusu düşərgəyə hücuma keçməzdən bir gün öncə mən körpəmi dünyaya gətirdim. Sələfilər qaçarkən qadınları da özləri aparmaq istəyəndə qadınlar müqavimət göstərdilər, elə bu vaxt vəhhabilər bizi daşqalaq etməyə başladılar, mən körpəmi bağrıma basıb yerə uzandım, bir neçə qadın müqavimət göstərərkən, 10 qadın isə daşqalaq vasitəsi ilə Şəhid oldu.”

Hazırda yenicə azad olmuş qadın və körpələr Nigeriya Ordusunun təşkil verdiyi müvəqqəti düşərgələrdə yerləşdiriliblər. Dövlət, vətəndaşları tibb müayinısindən keçirir və onların rifahını təmin etməyə çalışır.


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ

 
user comment