Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İmam Zaman (ə.f) həzrətləri və onun 313 xüsusi səhabəsi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Məsumlarımızın buyurduqları hədislərə əsasən 12-ci İmamın əshabları iki qisimdir, xüsusi səhabələr və umumi səhabələr. Həzrət Məhdinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) xüsusi səhabələri İslam Peyğəmbərinin Bədr döyüşündə iştirak edən köməkçilərinin sayı qədər yəni təqribən 313 nəfər olacaq, ümumi köməkçilərinin sayına gəldikdə isə, hədislər bu barədə müəyyən bir rəqəm açıqlamırlar.
İmam Zaman (ə.f) həzrətləri və onun 313 xüsusi səhabəsi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Məsumlarımızın buyurduqları hədislərə əsasən 12-ci İmamın əshabları iki qisimdir, xüsusi səhabələr və umumi səhabələr. Həzrət Məhdinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) xüsusi səhabələri İslam Peyğəmbərinin Bədr döyüşündə iştirak edən köməkçilərinin sayı qədər yəni təqribən 313 nəfər olacaq, ümumi köməkçilərinin sayına gəldikdə isə, hədislər bu barədə müəyyən bir rəqəm açıqlamırlar.

Mərhum Seyyid Möhsin Əmin dəyərli “Əyanul Şiə” kitabında həştaddan çox şəhər və yaşayış məntəqələrinin adlarını açıqlayır ki, qeyd olunan 313 nəfər həmin məntəqələrdən olacaqlar. Demməli İmam Zaman (Allah onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinin xüsusi köməkçiləri müxtəlif ölkə və xalqların nümayəndələri olacaqdır.

Qum, Küfə, Taliqan (İİR-da məntəqədir), Qurqan (İİR-da məntəqədir), Trablos (Libiya), Beyrut, Dəməşq, Rey (Tehran), Fələstin, Qəzvin, Şiraz, Deyləman (İİR-da məntəqədir), Bəsrə (İraq), Əhvaz və Kerman xüsusi səhabələrin yaşadıqları şəhər və ölkələridir.

Onlar bir birini tanımır və öncədən verilməmiş bir qərarla müəyyən bir vaxtda, müəyyən bir yerdə bir yerə toplaşacaqlar يجتمعون مِن أقاصي الأرض علي غير ميعاد لا يعرف بعضُهم بعضاً (Əyanul Şiə cild 2, səh 84.)

Bəziləri İmam Zaman həzrətlərinin səhabələrinin yaşadıqları şəhər və ölkələri haqda belə yazırlar:

“24 nəfər Taliqandan, 18 nəfər Qumdan, 14 nəfər Küfədən, 12 nəfər Həratdan (Əfqanıstandan), 3 nəfər Sistandan (İİR və Pakistan arasında olan məntəqə), 3 nəfər Riqqədən (Suriya ilə Türkiyə arasındakı məntəqə), 12 nəfər Qurqandan (İİR-da məntəqədir), 9 nəfər Beyrutdan, 8 nəfər Mədaindən (İraqda məntəqədir), 8 nəfər Nişaburdan (İİR-da məntəqədir), 3 nəfər Bəsrədən (İraqdan), 3 nəfər Xaburdan (Suriyanın Həsəkə və Deyrə Zor əyalətinin İraqla sərhəd şəhəridir), 7 nəfər Reydən (Tehrandan), 7 nəfər Təbəristandan (Mazandaran), 6 nəfər Yəməndən, 5 nəfər Tusdan (Məşhəd), 3 nəfər Dəməşqdən, 2 nəfər Mədinədən, 5 nəfər Tiflisdən (Gürcüstan), 4 nəfər Həmədandan, 4 nəfər Deyləmdən (indi Qəzvin adlanır İİR-da əyalətdir), 4 nəfər Zəncandan, 4 nəfər Fustatdan (İraqda məntəqədir), 2 nəfər Səbzivardan (İİR-da məntəqədir) qalanları isə, digər ölkə və şəhərlərdən olacaqdır.”

Həzrəti Əli ibn Əbu Talibin (Allahın səlamı onlara olsun) səhabəsi olan Əsbəq ibn Nəbatə (Allah ondan razı olsun) belə deyir:

“Mömünlərin Hakimi həzrəti Əli əleyhi səlam xütbə ouyaraq İmam Məhdi (Allah onun şərəfli zühurunu tezləşdirsin) və onun köməkçiləri haqda danışdıqda Əbu Xalid Hələbi İmama belə ərz etdi: Ey Mömünlərin Hakimi! İmam Məhdi haqda bizə daha da geniş məlumat verin! Həzrəti Əli (əleyhi səlam) buyurdu: Bilin və agah olun ki, O (İmam Məhdi ə.f), əxlaq və fizioloji qurluş baxımından insanlar arasında ən çox Peyğəmbərə (səlləllahu əleyhi və alih) bənzəyənidir.”

Daha sonra bunu əlavə etdi: “Sizə onun kməkçilərinin sayı və özləri haqda məlumat verməyimi istəyirsinizmi? Ərz etdim: Ey Mömünlərin Hakimi! Bəli. O, həzrət buyurdu: Peyğəmbərdən eşitdim ki, buyurdular: Onların ən birincisi Bəsrə axrıncısı isə Yəmamədəndir.

Həzrəti İmam Əli (əleyhi səlam) bunu deyərək daha sonra İmam Məhdi (Allah onun şərəfli gəlişini tezləşdirsin) və onun səhabələri haqda belə buyurdu: 2 nəfər Bəsrədən, 4 nəfər İsfəhandan, 10 nəfər Qumdan, 10 nəfər Zəvradan (bəziləri Zəvranın Tehran bəziləri isə, Bağdad olduğunu deyir), Əhvaz, Amol, Dəmağan, Savə, Brucerd, Mərağa, Xoy, Kazerun, Ərdəbil və Əbhərin (qeyd olunanların hammısı İİR-ın müxtəlif bölgələrdəki şəhərləridir) hər birisindən 1 nəfər, Səlmas, Həmədan, Vasit Abadan (hər biri İİR-da məntəqədir) və Hələbin (Suriyada məntəqədir) hər birindən 3 nəfər və ... olacaqdır.” Əl Məlahim vəl Fitən kitabı səh. 145 – 150.

 

İranın Zuhur Ərəfəsindəki Rolu

Hədislərə diqqət yetirərək İranın Müqəddəs Zühurdan öncə və Zuhur dönəmində aparacağı rolunu belə açıqlamaq olar: Müqəddəs İslam Dini və Şiə Məktəbinin Maarifi İrandan, Qum şəhərindən bütün dünyaya yayılacaq. Buna görə də, İranın Axirəz Zamanda Elm baxımından mövqei ucadır və həmçinin Əhli Beyt (əleyhimus səlam) Məktəbinin Baş Mərkəzi olacaq.

İmam Sadiqdən (əleyhi səlam) nəql olunan hədisdə belə deyilir: “Tezliklə Küfə şəhərinin mömünləri oranı tərk edəcəklər. Elm yuvasında gizlənmiş ilan kimi bu şəhərdən yox olacaq. Daha sonra Elm Qum adlanan bir şəhərdə zühur edəcək. (Bilin ki,) O şəhər Elm və Fəzilət mədəninə çevriləcək (və bu şəhərdən bütün dünyaya yayılacaq). Belə ki, yer üzündə heç kim, hətta qadınlar belə evlərində Dini bilgilər haqda cahil (elimsiz olmayacaq) qalmayacaq. Bu hadisə Zühur vaxtına yaxın zamanda baş verəcək... Elm Qum şəhərindən digər ölkələrə, şərq və qərbə yayılacaq. Bütün dünya xalqlarına höccət tamamlanacaq (hər şey aydın olacaq). Belə ki, yer üzündə kimsə olmayacaq ki, Elm və Din ona çatmasın. Bütün bunlardan sonra Qaim (İmam Zaman -Allah onun zühurun tezləşdirsin- həzrətləri) qiyam edəcək. Onun zühur etməsi Allahın zalım və düşmən qüvvələrindən intiqam almasına və onlara qəzəb etməsinə səbəb olacaq. Çünki Allahın bəndələrinə qəzəb edib, onlardan intiqam alması yalnız insanların Allahın göndərdiyi Höccəti (İlahi Hakimi) inkar etdikdən sonra baş verir.” Biharul Ənvar cild 57 və 60 səh 213

 

İnsanları kütləvi sürətdə Dinə dəvət etmək İranda olacaq

İmam Musai Kazım (əleyhi səlam) buyurub: “Qum əhalisindən olan bir kişi insanları Haqqa doğru dəvət edəcək. Bir qrup insan onun ətrfına toplaşacaq, onlar polad kimi möhkəm insanlardır, güclü küləklər (baş verən çətin hadisələr) onları yerindən tərpədə bilməz, (Allah uğrunda) müharibələrdən yorulmaz və geri çəkilməzlər, onlar Allaha təvəkkül edərlər. Qələbə sonda təqvalı və pərhizkar insanlarladır.” Biharul Ənvar cild 60 səh. 216 hədis 37.

Digər bir hədisdə isə İmam Muhəmməd Baqir (əleyhi səlam) belə xəbər verir: “Elə bil ki, şərqdən bri dəstənin qiyam edərək haqqı tələb etməklərini görürəm, lakin onlara cavab verən yoxdur, yenidən öz istəklərini tələb edəcəklər amma yenə də, onlara cavab verilməyəcək. Məsələni belə gördükdə silahlanaraq düşmənlərə qarşı çıxacaqlar, düşmənlər haqqlarını onlara qaytaracaq lakin bu dəfə onlar qəbul etməyəcəklər, (ümüdünya səviyyəsində) qiyam edəcək və onu (İslamın bayrağını) yalnız sizin Sahibinizə (İmam Zaman –Allah onun gəlişin tezləşdirsin- həzrətlərinə) verəcəklər.” Biharul Ənvar cild. 52, səh 243, hədis 116.

 

Seyyid Həsəni yaxud Xorasaninin qiyamları

Məsumlarımızın buyurduqları bütün bu xəbərlərə diqqət yetirdikdə İranın Zühur zamanı ictimai durumu dünyanı haqq və ədalətə çağırıb bütün xalqları Zühura hazır olmağa dəvət etməkdir. Belə bir vaxtda İmam Zaman həzrətlərinin köməkçiləri əmələ əgələrək meydana çıxacaqlar.

İmam Sadiq (əleyhi səlam) buyurub: “Quma ona görə Qum adı verilib ki, onun əhalisi Ali Muhəmmədin (səlləllahu əleyhi və alih) Qaiminin (İmam Zamanın) ətrafına toplaşacaq, onunla birgə Qiyam edəcək və ona köməklik göstərəcəklər.” Bharul Ənvar cild 57 və 60, səh. 260, hədis 38.

Bütün Şiə və Sünni mənbələrində İmam Məhdinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) haqda gələn xəbərlərə diqqət yetirdikdə görürrük ki, hər iki məzhəbin mənbələri yekdilliklə o həzrətin Müqəddəs Gəlişini məhz dünyada İlahi Hakimiyyətin bərpa olunmasının başlanğıcı üçün bşa verən İslam İnqilabından sonra olacağını vurğulayırlar.

Hədislərdə iki şəxs haqda qeyd olunur, Seyyid Xorasani yaxud da ki, Haşimi Xorasani və onun köməkçisi Şueyb ibni Salehin gələşi haqda vədə verilir.

 

Seyyid Həsəni yaxud Xorasaninin hədislərdə gələn nişanəsi

İmam Muhəmməd Baqir (əleyhi səlam) bu barədə belə buyurub: “Bəni Haşim (seyyidlər tayfasından) övladlarından bir aktivi qiyam edəcək, onunsağ əlində nişanə vardır. Xorasandan qara bayraqlarla qiyam edəcək ordusunun başcısı Şüeyb ibn Salehdir. O, Süfyaninin ordusu ilə döyüşəcək və onları darmadağın edəcək.” یخرج شاب من بنی هاشم بکفّه الیمنى خال، ویأتی من خراسان برایات سود بین یدیه شعیب بن صالح، یقاتل أصحاب السفیانی فیهزمهمMəlahim İbni Tavus səh. 77 və Əqdu Dur kitabı səh. 128, bab 5.

 

Məsumlarımızdan (əleyhim səlam) gələn xəbərlərə diqqət yetirməklə İran xalqının Zühur dönəmindəki aparacağı müqəddəs rolunu dörd mərhələyə bölə bilərik:

Birinci mərhələ: Qum əhalisindən olan bir kişinin qiyam etməsi və onun ətrafına toplaşanların bu yolda düşmənlər ilə müharibə etmələri.

İkinci mərhələ: Onların uzun sürəcək müharibəyə daxil olmaları və sonda öz istəklərini düşmənlərə qəbul etdirməkləri.

Üçüncü mərhələ: Öz ilkin istəklərindən əl çəkərək, ümümdünya İnqilabını əmələ gətirmələri.

Dördüncü mərhələ: İslamın müqəddəs bayrağını İmam Zaman (Allah onun müqəddəs gəlişini tezləşdirsin) həzrətlərinə təhvil vermələri və onun kənarında möhkəm duraraq, Ağanın ümümdüya Ədalət İnqilabında axıra kimi iştirak etmələri.

Bəzi rivayətlərdə isə, belə qeyd olunur ki, Seyyid Xorasani və Şüeyb ibn Saleh İranlıların düşmənlər ilə müharibə etdikləri zamanda peyda olacaqlar. Belə ki, İranlılar düşmənlər ilə müharibənin uzun sürməsini gördükdə, özləri Seyyid Xorasanini rəhbər ünvanında ictimai və siyasi işlərində taxta seçəcəklər, baxmayaraq ki, o (Seyyid Xorasani) bu vəzifəni qəbul etməkdən heç də sevinməyəcək, lakin onlar onu özlərinə rəhbər seçəcəklər. Daha sonra Seyyid Xorasani Şueyb ibn Salehi öz Silahlı Qüvvələrinin rəhbəri təyin edəcək...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment