Azəri
Friday 19th of April 2024
0
نفر 0

Şəmxani: Sanksiyalar təsirsizdir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi sanksiyalar və hərbi hədələri təsirsiz adlandıraraq İran İslam Respublikası ilə anlaşmanın yeganə yolu məntiq və müzakirə hesab edib
Şəmxani: Sanksiyalar təsirsizdir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi sanksiyalar və hərbi hədələri təsirsiz adlandıraraq İran İslam Respublikası ilə anlaşmanın yeganə yolu məntiq və müzakirə hesab edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani günəş ili ilə 1393-cü ildə bu şuranın katibliyinin müavinləri ilə son iclasında xatırladıb: Düşmən sanksiyanı silah kimi adlandırır. Lakin müstəqil ölkə və həyata malik olmaq üzrə İran xalqının iradəsi göstərdi ki, bu silah sanksiyalardan daha itidir.

İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinə münasibət bildirən Şəmxani qarşı tərəfi İranla anlaşmanı əldə etməyə ehtiyaclı adlandırıb və deyib: Beynəlxalq qaydalara əsasən və yanlış təzyiq və təhdid metodunu kənara qoymaqla İranın hüququnun rəsmən tanınması ilə yaxşı anlaşma reallaşa bilər.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Hazırda top qarşı tərəfin meydanındadır. Çünki İran müştərək təşəbbüs proqramına əsasən bütün öhdəliklərini yerinə yetirib və sübut edib ki, xoşməramlıdır və hazırda qarşı tərəf bütün sanksiyaları ləğv etməklə öz praktiki iradəsini isbat etməlidir.

"Anlaşmanın əldə olunması ifratçıların ardınca olduğu regional problemlərin idarə olunması üçün münasib yol kimi diqqət mərkəzində saxlanıla bilər" -deyə Şəmxani əlavə edib.

Son illərdə İranın inkişafı, xüsusilə də sülhməramlı nüvə qarşısında sanksiyaları və hərbi hədələri təsirsiz adlandıran Şəmxaninin fikrincə, İran İslam Respublikası ilə anlaşmanın yeganə yolu məntiq və müzakirədir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi daxili təhlükəsizlik məsələsində İranı regionun ən stabilli və ən iqtidarlı ölkəsi adlandıraraq deyib: İslam İnqilabının Böyük Rəhbərinin təyinedici rolu, üçlü qüvvələrin rəhbərləri arasında koordinasiya, və xalqın hakimiyyəti dəstəkləməsi daxili stabillik və regional qüdrət üçün şərait yaradıb.

Kontr-admiral Şəmxani regional səhnədə də İran İslam Respublikasının təsirli strategiyalarını şərh edərək regiondakı təhlükəsizliyi İranın konstruktiv siyasətlərinin nəticəsi adlandırıb.

"Terrorizmlə ciddi mübarizə və terrorçu qruplaşmaların iştirakı ilə yaranan təhlükələr qarşısında region xalqlarının dəstəklənməsi məntiqi həll yolu və İranın xoşməramlılığını əks etdirir" -deyə Şəmxani bildirib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi xatırladıb: İran İslam Respublikasının xarici siyasəti dünya ölkələri, xüsusilə də qonşu ölkələrlə əməkdaşlıqları genişləndirməyə əsaslanmışdır.

İŞİD terror qruplaşmasının məğlubiyyətə uğramasını vurğulayan Şəmxaninin sözlərinə görə, İŞİD fitnə törətmək, ixtilaf yaratmaq və şiə və sünni arasında boşluq zolağını genişləndirmək məqsədilə yaradıldı. Belə ki, Qərbin strategiyası ilə eyni istiqamətdə addım atır və Qərb bu potensialdan faydalanır.

Şəmxani əlavə edib: Bu terror qruplaşması İraq və Suriya gənclərindən ibarət regionun ayağa qalxmış və terrorizmə qarşı olan qüvvələrinin səyləri ilə məhv edilməkdədir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment