Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Qələbə çalmasının 36 -ci il dönümü ilə əlqədar olaraq, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cənabalrı İİR Məhkəmə sisteminin, İslam İnqilabı Məhkəməsi sisteminin və İİR Silahlı Qüvvələrin Məhkəmə sisteminin xahişi ilə, İran İslam Respublikasında cəza çəkən 1020 məhbusun əfv və cəzalarının azaldılması fərmanın imzalayıb.
İran İslam Respublikasının Məhkəmə Sisteminin Baş Hakimi Ayətullah Sadiq Amuli Laricani İslam İnqilabının Qələbə çalmasının ildönümü ilə əlqədar olaraq xüsusi komisiya tərəfindən yazılan əfv və ya cəzanın yüngülləşdirilməsi şəraitinə malik olan 1020 məhbusun adını Ayətullah Seyyid əli Xamenei cənablarına təqdim ediblər.
İslam İnqilabının Ali Rəhbəri də öz növbəsində qeyd olunan müraciətə müvafiq olduğunu bildirərək 1020 məhbusun əfv və ya cəzasının yüngülləşdirilməsi qərarını imzalayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdı
source : www.abna.ir