Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Haqqı söyləyən İslamçıların həbsindən 4 il ötdü

Haqqı söyləyən İslamçıların həbsindən 4 il ötdü

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 4 il bundan öncə, 2011, yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Höccətül İslam Doktor Mövsüm Səmədov, Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev və daha başqaları partiyanın qərargahından evə gedərkən həbs olundu.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası versədə daha sonra aparılan əməliyyatlar nəticəsində bir neçə nəfər həbs edildi.

9 ay sonra, Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi əliyevlər rejiminin sifarişi ilə Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair ədalətsiz hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum edilib.

Rejim tərəfindən təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə şərlənərək ittiham olunublar.

Rufulla Axundzadə əlavə olaraq Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də şərlənərək ittiham olunub.

Bildirək ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin özbaşnalıq siyasətini sərt tənqid etmişdir.

Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişərək Şəhid olsa da, digər İslamçılar hələ də həbsxanada ağır vəziyyətdə saxlanılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment