Azəri
Friday 29th of March 2024
0
نفر 0

Bakı rejimi İslamçı məhbusları “Tubzon”a döymək üçün aparıb – Ya sındırmaq ya da öldürmək

Bakı rejimi İslamçı məhbusları “Tubzon”a döymək üçün aparıb – Ya sındırmaq ya da öldürmək

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Xeber 44 (Cenubnews.com) İnternet Qəzetinin təsisçi-baş redaktor İslaml jurnalist Araz Quliyev və Hicab məhbusu Anar Qasımlı 14 saylı cəzaçəkmə müəssisəsindən naməlum istiqamətə aparılıb. Digər bir məlumatda da onların "Tubzon"a aparıldığı qeyd edilir.

Bu gün hər iki İslamçının yaxınları A. Quliyev və A. Qasımlını axtarmaq üçün adı çəkilən cəzaçəkmə müəssisəsinə yollanıb.

İslamçı jurnalist Araz Quliyevin qardaşı Azər Quliyev və Anar Qasımlının anası Kimyaxanım Qasımlının Cenubnews.com-a verdiyi məlumata görə, onlar görüş üçün cəzaçəkmə müəssisəsinin əməkdaşlarından görüş istəyib. CÇM-nin əməkdaşı telefonla zəng edərək həbsxananın "yuxarı" rəis heyyətinə bildirib ki, A. Quliyev və A. Qasımlının yaxınları onlarla görüşmək istəyir. Cavab olaraq "yuxarıdan" bildirilib ki,"onlar xüsusi təyinatlılarla bura göndərilib, siz onlarla görüşə bilməzsiniz."

İslamçı məhbusların ailələri də cəzaçəkmə müəssisəsinin əməkdaşlarından oranın rəisi Nizami Quliyevlə görüşmək istədiklərini bildiriblər.

CÇM-nin əməkdaşları da məlumat verərək qeyd ediblər ki,"gözləyin rəis sizi çöldə qəbul edəcək"
Təxminən bir saata yaxın gözləyən ailə üzvləri müəssisənin rəisi N. Quliyevin hay-küylü səsini eşidib ona yaxınlaşıblar.

N. Quliyevlə söhbət əsnasında vurğulayıb ki,"adı çəkilən məhbuslarla yanaşı ümumilikdə 25 məhbus xəstə olduqları üçün müraciət ediblər. Və bizdə onları müayinədən keçirmək üçün bura gətirmişik. Hələ 40 məhbusdan da analiz götürmüşük onlar da bura gətiriləcək."

N. Quliyevin bu cavabı İslamçı məhbusların ailə üzvlərini qane etməyib. Onlar bildirib ki,"bizim övladlarımız sağ salamatdır. Heç bir xəstəlikdən şikayətçi deyillər. Bu yaxınlarda da onlarla görüşüb əlaqə saxlamışıq, səhhətlərinin yaxşı olduqlarını bildiriblər. Necə ola bilər ki, xəstə olmayan bir insanı siz bura gətirəsiniz?! Biz tələb edirik ki, övladlarımızı görək. Görək ki, onlar sağ və salamatdırlar."

Cavabında müəssisə rəisi N. Quliyev bildirib ki, "14 saylı CÇM-dən onları bura göndərəndə artıq 15 gün "kars" cəzası verilmişdi. Biz də qanuna əsasən onları təyin olunmuş müddətə qədər "kars"da saxlamalı olacağıq. Bundan sonra siz onlarla görüşə bilərsiniz."

Anar Qasımlının anası K. Qasımlı tələb edərək bildirib ki,"mənim övladımı mənə göstərin. Bəlkə siz mənim oğlumu döymüsünüz?!"

Məhbus İslamçıların yaxınları həmçinin qeyd edib ki, "bir məhbusun günahı varsa o, həmən həbsxanada "kars"a salınmalıdır. Siz sağlam adamı necə gətirib bura salmısınız?! Sağlam adamın burda nə işi var bizi övladlarımızla görüşdürün biz onları görək. Həbsxanada hansısa nadzorlar məhkumu döyüb öldürürsə buna görə, bizim övladlarımız niyə cəza çəkməlidir, niyə işgəncə verilməlidir?! Niyə həmən nadzorların törətdikləri cinayətlər ört-bastır edilməlidir?!"

Bu sözlərdən sonra həbsxana rəisi bu tələblərə məhəl qoymayıb öz yoluna davam edir.

İslamçı məhbusların ailə üzvləri həmçinin vuğulayıblar ki, bu barədə Ombudsman Aparatına, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə şikayət ediblər.

Adı çəkilən qurumlar qeyd ediblər ki, bu barədə araşdırma aparılacaq və sizə bildiriləcək.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülmüşdü. Bundan sonra həbsxanada olan bütün məhkumlar baş verən haqsızlığa qarşı etiraz etmişdilər.

Həmçinin bu "Tubzon" deyilən həbsxana azərbaycanda xüsusi olaraq məhkumların döyüldüyü həbsxana statusunu alıb.Müəssisənin rəhbəri Nizami Quliyev də azərbaycanda məşhur məhkum döyən "türmə rəisi" kimi tanınır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment