Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İŞİD sindromu: Təhlükə yaxınlaşır

İŞİD sindromu: Təhlükə yaxınlaşır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya və İraqda fəaliyyət göstərən İŞİD terror təşkilatının xarici ölkədən olan üzvləri öz vətənlərinə qayıtmaq istədiyi zaman öldürülürlər.

Terrorla mübarizə mütəxəssisləri daxili çəkişmənin İŞİD-i zəiflədəcəyini proqnozlaşdırsa da, cihad təbliği bütün dünyaya yayılmaqdadır.
Mosula gedərək İŞİD terrorçuları ilə birbaşa əlaqə quran 74 yaşlı ektremal jurnalist Yürgen Todenhöfer Misir və Suriyanın üçdə birini işğal edərək "xilafət dövləti" elan edən bu terror təşkilatının getdikcə genişlənməkdə olduğunu bildirib:
"Peşmərgəyə məğlub olaraq Sincar əyalətini tərk edən terrorçuları ölümlə cəzalandıran İŞİD komandirləri Suriyada da eyni cəzanı sərgiləyərək, döyüşməkdən imtina edib ölkəsinə geri dönmək istəyən avropalı terrorçuları edam edir. Hazırda vuruşmaq istəməyən, hər hansı yolla savaşdan yayınan yüzlərlə terrorçu həbsxanalarda saxlanılır".
Berlin Azad Universitetinin siyasi elmlər üzrə professoru Qulistan Qürbey isə İŞİD ideologiyasının özünü doğrultmadığını, zamanla təşkilatın parçalanacağını bildirib: "Hərəkata siyasi və ideoloji inanclar ilə qatılanları qorxutmağa ehtiyac yoxdur. Onlar onsuz da inanırlar. Bu səhv taktikadı. Hətta təşkilatdan uzaqlaşmaq istəyən şəxslər ölümü daha çox arzulayır. Eyni zamanda, təşkilatın getdikcə genişlənməsində dövri xüsusiyyətlər mühüm rol oynayır. Məsələn, cəmiyyət arasında təbəqələşmə var. Varlı-kasıb arasındakı uçurum getdikcə dərinləşir. Bu baxımdan təşkilatın varlığı hərbi olduğu qədər ictimai və iqtisadi ünsürlərlə bağlıdır".
Ekspertlərin fikrincə, sünni ərəblərlə qeyri-radikal sünnilər arasında aparılan danışıq müsbət nəticə verir və ortaq cəbhə qurulacağı təqdirdə İŞİD-in sonu çata bilər. İndiyə kimi yezidi və kürd əhalinin yaşadığı bölgələrdə İŞİD-in qazandığı uğurların sünni bölgələrində təkrarlanması mümkünsüz göründüyü, təşkilatın "universal xilafət" qurmaq xülyalarının sabun köpüyü kimi yox olması da mütəxəssislərin ortaya atdığı səbəblər arasındadır.
Cihad təhlükəsi isə davam edir. Beynəlxalq təşkilatların verdiyi məlumata görə, artıq Filippin, Pakistan, Əfqanıstan, Yaxın Şərq və Şimali Afrikaya qədər öz islam anlayışını təlqin etməyə çalışan saysız-hesabsız təşkilat ortaya çıxıb.
Ümumilikdə son 20 ildə radikallaşan islam kontekstində İŞİD regional və qlobal təhdid sayıla bilər. Hərbi baxımdan məğlub olsa belə, təşkilatın xərçəng xəstəliyinə bənzər xüsusiyyəti - törəməsi inkişaf edəcək. Beynəlxalq araşdırmalar mərkəzləri Cənub-Şərqi Asiyadan Şimali Afrikaya qədər uzanan radikal siyasi islamın dünyanı daha uzun müddət narahat edəcəyini proqnozlaşdırırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment