Azəri
Friday 19th of April 2024
0
نفر 0

Kərbəlada ərbəyin mərasimi uğurlu keçirilib


Kərbəlada ərbəyin mərasimi uğurlu keçirilib

Şriftin ölçüsü Şriftin ölçüsünü azaltmaq Şriftin ölçüsünü artırmaq
Çap
Add new comment

Kərbəlada ərbəyin mərasimi uğurlu keçirilib

Tehran Radiosu - Terrorçu qruplaşmaların hərtərəfli təhdidlərinə rəğmən , bu il şəhidlər ağası Həzrət Seyidül-Şuhəda (ə)-ın ərbəyin mərasimi Kərbəlada tam əmin-amanlı bir vəziyyətdə keçirildi.

 

İraqın sabiq diktatoru rejiminin devrildiyi ildən bəri hər il müqəddəs Kərbəla şəhərində ərbəyin mərasimi milyonlarla iraqlı və qeyri-iraqlı zəvvarın iştirakı ilə möhtəşəm surətdə keçirilir.

Bu münasibətlə İraqın baş naziri " Heydər Əl-İbadi " bir bəyanatda bu ölkə xalqının müxtəlif təbəqələrinə Kərbəlada Həzrət İmam Hüseyn (ə)-ın ərbəyin mərasiminin uğurlu şəkildə keçirilməsinə etdikləri əməkdaşlıqlarına görə öz təşəkkürünü bildirərək deyib : Bu qızıl səhifə də nizam-intizamçı və xəlqi qüvvələrin terrorçulara o cümlədən İŞİD kimi təkfirçi qruplaşmaya mübarizədəki qəhrəmanlıq hərəkətlərinə əlavə edildi.

Eyni halda , İraqın Daxili İşlər Nazirliyi də bir bəyanata yayaraq qeyd edib : Zəvvarların həyatının təhlükə altına düşməməsinə kömək etmək üzrə xüsusi təhlükəsizlik layihəsi növbəti həftəyə qədər davam edəcək və zəvvarların hamısı öz ölkələrinə dönməsinə qədər bu layihə davam edəcək. İŞİD kimi terrorçu qruplaşmaların ciddi təhdidi ilə eyni zamanda bu ilki ərbəyin mərasimi ötən ilki mərasimlə müqayisədə daha izdihamlı keçmişdi. Ötən il Kərbəlaya gələn zəvvarların sayı 18 milyon nəfər olsa da , bu il bu rəqəm milyon nəfəri keçmişdi.

Belə ki ,digər ölkələrin əzadar zəvvarları ilə müqayisədə Kərbəlada bir yerə yığışan iranlı əzadarların sayı daha çox olmuşdur.

Bu əsnada , dini mərcəyi təqlid alimlərindən olan Ayətullah Nasir Məkarim Şirazi İraq rəsmilərinə Kərbəlada ərbəyin mərasiminin uğurlu keçməsinə kömək etməkdəki səylərinə görə məmnunluq ifadə edib və vurğulayıb : Kərbəlada ərbəyin mərasimində əhalinin milyonluq iştirakı bu insanların Həzrət Seyidül-Şuhəda-a olan eşq və məhəbbətlərinin nə həddəki dərin olmasını göstərir.

Bu dini mərcəyi təqlid alimi tərəfindən yayılan bəyanatın digər hissəsində qeyd olunmuşdur : Kərbəlada ərbəyin mərasiminin daha da möhtəşəm surətdə keçirilməsi islam düşmənlərinin vahiməyə düşməsinə səbəb olub. Bundan savayı belə bir əzəmətli mərasimin təşkili islam və şiəçiliyin əzəmətini dünya xalqlarının üzünə çəkir.

Eyni halda , İİR daxili işlər naziri nizam-intizamçı qüvvələrinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfəqari iranlı zəvvarların İraqda ölkəyə dönmələrinə dair müəyyən bir öhdəliyin nəzərdə tutulmasını bildirib.

Onun sözlərinə görə , iranlı zəvvarların bu gündən 10 gün müddətinə qədər İraqdan İrana dönmələrinə vaxt var və zəvvarların sürətlə İrana dönmələrinə ehtiyac yoxdur.

İran daxili işlər nazirinin müavini xatırladıb : Zəvvarların ölkəyə dönmələri ilə bağlı götürülən öhdəliklər çərçivəsində 20-yə yaxın orqan və nazirlik öz fəaliyyətinə start veriblər. Onların fəaliyyət mehvəri həcc və ziyarət təşkilatı , yol və nəqliyyat nazirliyi , nizam-intizam qüvvələri , sepah və bəsic qüvvələri ilə əlaqəlidir.

Xarici telekanallar və siyasi ekspertlərin etdikləri analizlərə görə İraqda terrorçu İŞİD kimi qruplaşmaların təhlükəli fəaliyyətinin davam etdiyi bir halda , bu il İraqda Həzrət İmam Hüseyn (ə)-ın ərbəyin mərasiminin əzəmətli təşkili , İraq hakimiyyətə və bu ölkə xalqı üçün böyük bir qələbə hesab olunur.

 


source : IRIB.IR
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

 
user comment