Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İslamda qadının dəyəri


İslamda qadının dəyəri

Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə baxmayaraq, hələ də qadın və eləcə də kişinin hüquq və məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır. Bunun başlıca səbəbi kimi bəşəriyyətin düçar olduğu və bu vaxta qədər öz həllini tapmamış bir sıra problemlər, o cümlədə qadın-kişi münasibətlərinin hüdudlarının müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun ardınca isə onları "qadınlara dəyər və azadlıq vermək" adı altında heç bir çərçivəyə sığmayan cinsi münasibətlərə sövq etdirmişlər.

Vaxtilə Roma imperiyasına hakim olan ideologiya bu gün Qərb mədəniyyətinin əsasını təşkil edir. Qadını hədsiz dərəcədə alçaltdığına biz bu ideologiyanı ittiham edirik. Baxın, Qərb dünyasının qadına verdiyi dəyər əslində, bəşərin ən aşağı təbii istəyi olan cinsi meyillərin təmini istiqamətindədir.

Bu gün dünyada həllolunmaz bir problemə çevrilən ailə məsələsi qadınların məsuliyyət və vəzifələrinin onlara lazımi şəkildə tanıtdırılmaması, qadın-kişi münasibətlərinin hüdudlarının müəyyən edilməməsi, eləcə də bu iki cinsin səciyyəvi xüsusiyyətlərinin düzgün şəkildə tanınmamasından irəli gəlir. Bu problemin həllində isə bizə ən doğru yolu göstərən İlahi vəhy və göstərişlərdir. Quran öyüd-nəsihətlə yanaşı, qadınların mənəvi yüksəlişini təmin etmək məqsədilə onlara nümunəvi və ideal qadın simaları da təqdim edir.

Əziz İslam Peyğəmbəri (s) qızı Fatimeyi-Zəhranın (s.ə) əllərindən öpmüşdür. Əsla bunu duyğulardan irəli gələn bir hərəkət kimi dəyərləndirməyin. Xanım Fatimeyi-Zəhra (s.ə) kamil bir insan olduğundan o Həzrət (s) ona belə ehtiram göstərir. İslamda qadının dəyəri onun mənəvi yüksəlişi və kamilliyi ilə ölçülür . Məhz bu səbəbdən qadınların ictimai məsuliyyətləri və elmi tərəqqisi də bu istiqamətdə olmalıdır.

Bizim cəmiyyətdə İslami dəyərlər dirçəlməlidir. Məsələn, qadınların hicabı İslami dəyərlərdən biridir. Bizim hicab məsələsi üzərində bu qədər ciddi surətdə dayanmağımızın səbəbi odur ki, qadınlar yalnız və yalnız hicablarına riayət etməklə kamilliyin ən uca mərtəbələrinə yetişə və azğınlıq təhlükələrindən amanda qala bilərlər.

Qadınlar bilsinlər ki, hicaba riayət etmək yüksək mənəvi və elmi məqamlara çatmaqda onlara yardım edir. Qadının hicab məsələsi əsla Qərbin mədəni təzyiqlərinə məruz qalmamalı və müsəlman qadınlar yad mədəniyyətlərin təsiri altına düşməməlidirlər. Əlbəttə, təkcə çadra hicablı geyim sayılmır. Lakin çadra bizim üçün ən kamil və milli hicablı geyim tərzidir. Hicab müsəlman qadınların siyasi, ictimai və mədəni sahələrdə fəaliyyəti ilə ziddiyyət təşkil etmir.

Ölkəmizin qadınları elmin müxtəlif sahələrində öz istedadlarını çiçəkləndirməlidirlər. Onlar savadlanmalı və yüksək elmi dərəcələrə nail olmaq üçün səy göstərməlidirlər. Qadınların əxlaqsızlığa sürüklənməsi isə onların savadlanmasına əngəl olan ən başlıca amildir.

Ailə bütöv bir cəmiyyəti təşkil edən kiçik cəmiyyətlərdir. Qadın bu kiçik cəmiyyətin əsas sütununu təşkil edir və onun aparıcı qüvvələrindən sayılır. Ailə mühiti istedadların çiçəklənməsi üçün əlverişli bir mühitdir və belə bir mühitdə qadın ixtisasından asılı olmayaraq, öz evdarlıq vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir.

Ayətullah Xameneinin "Qadınların ictimai-mədəni birliyi" təşkilatının üzvləri və "İslami hicab" qurultayının iştirakçıları ilə görüşündə söylədiyi nitqdən bir parça.

 


source : shiasearch.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment