Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Sual : İmam Hadinin (əleyhis-salam) qısa tərcümeyi-halı necədir?
Cavab:
Şiələrin onuncu İmamı - İmam Əbul-Həsən Əliyyən-Nəqi Əl-Hadi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi. (1) Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə "üçüncü Əbülhəsən" deyirlər. (2)
İmam Hadi (əleyhissəlam) Hicri 220-ci ildə atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır. (3)
İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin müasiri olmuşdur:
Mə'munun qardaşı Mö'təsim (217-227 h.q);
Mö'təsimin oğlu Vasiq (227-232 h.q);
Vasiqin qardaşı Mütəvəkkil (232-248 h.q);
Mütəvəkkilin oğlu Müntəsir (altı ay);
Müntəsirin əmisi oğlu Müstəin (248-252 h.q);
Mütəvəkkilin digər oğlu Mö'təzz (252-255 h.q).
İmam Əliyyən-Nəqi (əleyhissəlam) adı sonuncu çəkilmiş xəlifənin (Mö'təzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.


source : shiasearch.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!
Allah Təala tövbəkarların halına sevinir
Atasın zinəti
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
Dünya, Qiyamət günü üçün müsabiqədir

 
user comment