Azəri
Friday 19th of April 2024
0
نفر 0

Camieyi-Kəbirə ziyarəti İmam Hadı(ə)-ın yadıgarıdır

Camieyi-Kəbirə ziyarəti İmam Hadı(ə)-ın yadıgarıdır

Səhər TV, Xəbərlər- Digər ziyarətlər arasında əhatəliliyə malik olan Camieyi-Kəbirə ziyarəti bir xas məkana və imama aid deyil və onu hər bir məkanda və bütün imamların ziyarətləri üçün oxumaq olar.
Allah-Taala bəzi peyğəmbərləri uşaqlıqda peyğəmbərliyə təyin edirdi ki, peyğəmbərlik məsələsinin səy nəticəsində əldə olunmaması aydınlaşsın və bəzi imamlar da uşaqlıq dövründə imamlığa təyin edilirdilər.
Uşaq ikən vilayətə çatmış ilk imam İmam Məhəmməd Təqi(ə) olub və uşaqlıqda imamlığa çatmış ikinci imam da İmam Hadi Əl-Nəqi(ə) olubdur ki, səkkiz yaşında ikən atası şəhid oldu və məhz o zaman imamlığa təyin olundu.
İmam Məhəmməd Təqi(ə) Bağdadda şəhid olarkən İmam Hadı(ə) Mədinədə idi, lakin imamın ətrafındakılar gördülər ki, İmam Hadı(ə) ağlayır və göz yaşları axıdır. Dəlilini imamdan soruşarkən buyurdu: Özümdə əvvəllər malik olmadığım bir aləmi gördüm və bu, imamın Allah ilə əlaqəsi aləmi və onun imamlığının başlanğıcı idi.
Bəzi imamların uşaqlıqda imamlığa çatmalarının rəmzi bəşəriyyətin istiqamətləndirilməsidir, zira bu məsələ ilə möminlərin ürəkləri arxayın, inadkarlar üçün də bir ultimatum olacaq və bu, ona görədir ki, hamı bu məsələnin qeybin əlində olduğunu yəqin edir və İmam(ə) Allahın sözçüsüdür.
Mütəvəkkil Abbasi Yəzid və İbn Ziyaddan heç də az xəbislik və rəzilliyə malik deyildi. Belə ki, əgər bir kəs övladının adını Əli qoyardısa, onun evini yıxardı. İmam Hadi bu repressiya atmosferində din gəmisini bu təhlükəli döngədən yaxşı tərzdə keçirdi.
İmam Hadı(ə) vəkillər təyin edib, nümayəndələr seçməklə bütün İslam Dünyasında öz şiələrinin fikrində idi ki, Həzrəti Əbdüləzim(ə) də imam(ə)-ın mükafatlanmış nümayəndələrindən idi.
Camieyi-Kəbirə ziyarəti ziyarətlər arasında əhatəliliyə malikdir və bu əhatəlilik həm deyiliş, həm də imamlıq sirləri baxımından imamlıq dərəcəsinin cəhətlərindəndir.
Bu ziyarət İmam Hadı(ə)-dan bir yadigardır və xas məkana və imama aid deyil. Mərhum Mərəşi öz vəsiyyətnaməsində yazıb ki, azı həftədə bir dəfə Camieyi-Kəbirəni oxuyun. Cənab Behcət də Həzrəti Məsumə(s.ə)-nın hərəminə gedərkən bu ziyarəti oxuyardı.
Höccətulislam vəlmuslimin Kazim Sədiqi, Tehranın müvəqqəti imamcüməsi - See more at: http://azeri.sahartv.ir/camieyik%C9%99bir%C9%99-ziyar%C9%99ti-imam-had%C4%B1(%C9%99)%C4%B1n-yad%C4%B1gar%C4%B1d%C4%B1r-508#sthash.9XXJzPDy.dpuf


source : azeri.sahartv.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm

 
user comment