Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Fatimə (s.ə) tam mənada bir ülgü

Fatimə (s.ə) tam mənada bir ülgü

Səhər TV-"Fatimə Zəhra (s.ə) bütün dünya qadınlar üçün tam örnəkdir" dedikdə düzgündür. Amma o həzrəti qadınlarla məhdudlaşdırarıqsa, qeyri-düzgündür. Çünki həzrət bütün insanlar üçün yaxşı örnəkdir.

Çox deyilir ki, Fatimə (s.ə) qadınların örnəyidir. Bu söz bir cəhətdən düzgün, başqa bir cəhətdən isə qeyri-düzgündür. "Dünya qadınları üçün tam mənada örnəkdir" dedikdə düzgündür. Lakin Həzrəti qadınlarla məhdudlaşdırarıqsa, qeyri-düzgündür. Çünki o həzrət bütün insanlar üçün yaxşı örnəkdir. Yeri gəlmişkən Qadınlar Günündən söz düşdüyü zaman həyatının bütün cəhətlərində qadınlar üçün o xanımın örnək olması barəsində ixtisarlı bir məqaləni təqdim edirik.

 

Örnək nədir?

Quran-Kərim əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) tam şəxsiyyəti, o həzrətin ardıcılı olmağın vacibliyini islam ümmətinə göstərmək üçün örnək sözünü işlədib. Allah-taala buyurur: Allahın rəsulu sizin üçün örnək və çox əla öncüldür. Rəftar üsuluna daha çox diqqətin yetirildiyinə görə, Quran-Kərim İbrahim Xəlilin (ə) və onun fədakar yoldaşlarının tövhidi və müqavimət rəftarına çoxlu təkid edir və «لقد کان لکم فیهم اسوة حسنه»
Örnək termini ilə seçilmiş rəftarı nümunə göstərir.

Bu başlıqla bizim hamımız, xüsusilə də islam ictimaiyyətləri qadınları üçün praktiki addım ola biləcək dahi şəxsiyyətli xanım Fatimə Zəhranın (s.ə) xüsusiyyətlərini bəyan edirik:

1. İbadət

O həzrətin ibadəti barəsində elə Allahın buyurduğu kifayət edər: Ey mənim mələklərim! Fatiməyə baxın ki, mənim qarşımda necə dayanıb və mənim qorxumdan bədən üzvləri titrəyir və mən ürəyini mənə ibadətə məşğul etmişəm. Şahid olun ki, mən onun dostları və şiələrini cəhənnəm alovundan qorudum.

2. Qiyamətə inam

Həzrət Zəhra (s.ə) Qiyamət günü və onun çətinliyindən çəkinirdi və əziz atasından onun vəziyyətinin necə olması, qiyamət gününün vəziyyəti barəsində çoxlu suallar soruşardı. Həcər surəsinin 44-cü ayəsi peyğəmbərə nazil olduğu zaman, həzrət çox ağladı və ətrafında olan səhabələri də o həzrətin ağlaması ilə ağladılar. Bir şəxs də peyğəmbərin ağlamasının səbəbini bilmirdi və səhabələr peyğəmbərin Fatiməni görməsi ilə sevinəcəyini bildikləri üçün Fatimənin evinə gedib, ona xəbər verdilər. Fatimə bu xəbəri eşitməklə pərişan oldu. Fatimə peyğəmbərin yanına gəldiyi zaman dedi: Atacan! Siz nə üçün nigaransınız? Peyğəmbər Cəbrayılın ona gətirdiyini Fatimə üçün oxudu. Fatimə qorxu və vəhşətdən üzüstə yerə yıxıldı. O belə deyirdi: Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə gedə.

3. Quranla ünsiyyət
Həzrət Zəhranın (s.ə) öz həyatı boyunca Quran-Kərimə xüsusi diqqət yetirməsi bu səmavi kitabın vurğunlarına başqa bir dərsi öyrədir. Bəzən İmam Əli (ə) məsciddən evə gəldiyində bir az öncə peyğəmbərə nazil olan həmin ayələrin Fatimənin dilindən cari olduğunu müşahidə edərdi. Təəccüblə soruşardı: Bu ayələr hansı yolla sizə çatıb? Fatimə (s.ə) buyurardı: Övladın Həsən onları mənim üçün oxuyub və rəvayətdə gəlmişdir ki, Fatimə buyurub: Sizin dünyanızdan üç şeyi istəyirəm: 1. Quran-Kərimin tilavəti. 2. Peyğəmbərin (s.ə.s) simasına baxmağı. 3. Allah yolunda sədəqə verməyi.

Yaxşı olar ki, hər bir müsəlman insan bəzi rəvayətlərin bildirdiyinə görə insanla Allahı arasında əhd olan Quran-Kərimlə ünsiyyətdə olsun və hər bir sutkada ən azı 50 ayə tilavət etsin, eyni zamanda onun dərin mənalı məzmunlarına diqqət yetirsin. Yaxşı olar kİ, Həzrət Ayətullah Vəhid Xorasaninin dəfələrlə vurğuladığı proqramı icra etsin. Budur ki, hər gün sübh namazından sonra 11 dəfə "Tövhid" surəsi oxunulsun və məsumlardan birinə hədiyyə olunsun. Gün arasında o qədər bu surəni oxusun və yatdığı zaman 11 dəfə onu oxusun. 11 dəfə səhərin başlanğıcı dininin hafizi, 11 dəfə yatan vaxtı insanın cismi və dünyasının qorunmasıdır.

4. Başqaları üçün dua

O həzrət (s.ə) həmişə dua edərdi və hər bir şeyi Allahdan istəyərdi amma özün üçün deyil. Hətta dua etdiyi vaxt fədakarlıq edərdi və hər bir şeyi özündən qabağa salardı. İmam Həsən (ə) buyurur: Anam cümə gecəsi səhər açılana qədər daimi şəkildə rüku və səcdədə idi. Eşitdim ki, mömin və möminələrin adlarını çəkirdi. Lakin hətta bir dəfə olsun belə, özü üçün dua etdiyini görmədim. Təəccüblənərək soruşdum: Nə üçün özün üçün dua etmədin! Cavabında buyurdu: Övladım əvvəl qonşunu nəzərə almalısan.

5. Ataya hörmət

«لا تَجْعَلُوا دُعاءَ الرَّسُولِ بَینَکمْ کدُعاءِ بَعْضِکمْ بَعْضاً» ayəsi peyğəmbərə nazil olduğu zaman, atanı Rəsulullah deyə çağırardı. İmam Hüseyn (ə) anasından nəql edir: Bu ayə nazil olduğu gündən atamın siması onu ata deyə çağırmağına mane oldu. Peyğəmbər bunu eşitdikdə buyurdu: Qızım bu ayə sənin və sənin əhli-beytin barədə nazil olmayıb. Çünki sən məndənsən və mən səndənəm. Bu ayə mənim hörmətimi saxlamayan cəfa və təkəbbür əhli barəsində nazil olmuşdur. Qızım sən məni, ata deyə çağır. Bu mənim ürəyimin sakitliyi üçün yaxşıdır.

6. Ailə və həyat yoldaşına minnətsiz xidmət

Fatimə (s.ə) 9 il müddətində Əlinin (ə) evində olduğu zamanda minnətsiz xidmət göstərdi. 4 övladı olmasın baxmayaraq, o həzrət üçün xidmətçi təyin olunan illər istisna olmaqla, evin bütün işlərini özü yerinə yetirirdi. Fatimə uşaqlı olmasına baxmayaraq, quyudan su çəkir, arpanı üyüdürdü. Lakin yorğunluğunu bildirmirdi və heç vaxt belə işlərə görə həyat yoldaşına minnət qoymadı və məsuliyyətdən heç vaxt boyun qaçırmadı.

7. Fatimə hicab və həyat mənbəyidir

Fatimə həyasının qorunmasını təkcə dünya məsələlərinə görə deyil, hətta ölümdən sonra da kəfənə bürünmüş bədəninin naməhrəmlərin gözünün qarşısında görünməsini istəmirdi.

Eləcə də bəzi rəvayətlərdə bildirilib: Əziz peyğəmbər (s.ə.s) kor bir kişi ilə Fatimənin evinə gəldi. Fatimə dərhal özünü tamamilə örtdü. Allahın rəsulu buyurdu: Onun səni görməməsinə baxmayaraq, nə üçün özünü örtdün? Həzrət buyurdu: Ey Allahın peyğəmbəri! Əgər o məni görmürsə, mən onu görürəm və o mənim iyimi hiss edir. Peyğəmbər buyurdu: Şəhadət verirəm ki, sən mənim vücudumun bir hissəsisən.

8. Həyat yoldaşı ilə rəftar

Ən yaxşı və ən gözəl rəftarı Əli (ə) və Fatimənin (s.ə) həyatında görmək olar. Zəhra (s.ə) Əli (ə) ilə eniş-yoxuşlu həyatında heç vaxt ondan bir şey istəmədi ki, onun istəyi Əli üçün çətin olsun. Paltar, zinət əşyaları, ev əşyaları, mənzil və bunu kimi vasitələr adətən hər bir qadının öz həyat yoldaşından istəməsinə şərait yaradan tələblərdir. Lakin Zəhra (s.ə) heç vaxt həyat yoldaşını belə tələbləri yerinə yetirmək üçün çətinliyə salmadı.

Fatimə (s.ə) həyat yoldaşının bütün mübarizələrində, istər siyasi mübarizələri, müharibələrdə onun üçün ümid yeri idi. Həyat yoldaşı evdə olmayanda, ev və övladlarını yaxşı formada idarə edir. Tam maraqla həyat yoldaşının müharibədən qayıtmasını gözləyərdi. Bütün səyi onun rahatlığı istiqamətində olardı. Belə ki, Əli qayıtdığı zaman bir neçə saat evdə qalması ilə onun bütün yorğunluğu çıxardı.

9. Vilayətə dəstək

Fatimə Zəhranın (s.ə) iffət və hicaba xüsusi diqqət yetirdiyini və həmişə naməhrəmin onun səsini eşitməməsini diqqətə aldığını nəzərə alaraq vilayət məsələsi, dinin və onun əsil dəyərlərinin qorunması məsələsi ortaya gəldiyi zaman Rəsulullah məscidində əvəzsiz Fədək xütbəsini buyurdu. Vilayəti qəsb edənlərin zülmü qarşısında mərdliklə dayandı, qabırğasının sındığını gördü, Möhsünü dünyaya gəlmədən düşdü. Sonda özünü vilayətə fəda etdi. İnsanlara öyrətdi ki, iki yol ayrıcında canı ideologiyanın qorunması üçün qurban vermək lazımdır və beləliklə din əbədi olaraq yaşasın.

10. Əsaslı iş

Fatimə Zəhra (s.ə) buyurur: Yatağımı saldığım zaman, Allahın Rəsulu gəlib mənə dedi: Ey Fatimə! Dörd işi yerinə yetirmədən yatma. Quranı bitir. Peyğəmbərləri özün üçün şəfaətçi et. Möminləri özündən razı sal. Həcc və ömrəni yerinə yetir. Bunu buyurub, namaz qılmağa başladı. Gözlədim namazı sona çatsın. Dedim: Ey Allahın rəsulu! Mənə dörd şeyi əmr etdiniz. Mən onları yerinə yetirmək iqtidarında deyiləm. Atam təbəssüm edib buyurdu: "Qul huvəllah"ı üç dəfə oxuyarsansa, sanki Quranı bitirmisən. Mənə və məndən öncəki peyğəmbərlərə salavat çevirərsənsə, Qiyamət günündə sənin şəfaətçilərin olacağıq. Möminlər üçün bağışlanmaq dilərsənsə, səndən razı olacaqlar və «سبحان الله والحمدلله ولا‌اله‌الاالله والله اکبر» desən həcc və ömrəni yerinə yetiribsən.

Höccətülislam İbrahim Baqiri
- See more at: http://azeri.sahartv.ir/fatim%C9%99-(s.%C9%99)-tam-m%C9%99nada-bir-%C3%BClg%C3%BC-504#sthash.jXx7BvCK.dpuf

 


source : azeri.sahartv.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar
Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

 
user comment