Azəri
Sunday 2nd of October 2022
0
نفر 0

Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv olmalıdır

Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv olmalıdır

Şeyx Əli Səlman Cümə Namazının xütbələrində Bəhreynə hakim kəsilmiş vəhhabiəqidəli Ali Xəlifə rejiminin solğun siyasətlərinə toxunaraq bildirib: "Bütün inqilabçlar və müxalifətçlər yaxşı anlayırlar ki, tayfabazlıq siyasətləri ictimaiyyətin zərərinədir. Buna görə də, müxalifət heç zaman xalqı tayfalara və qəbilələrə bölməyir. Əksinə bizim siyasətimiz bütün tayfaları vahid bir vətən ətrafında birləşdirərək vətəndaş hüquqlarının bərpasıdır".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Bəhreynin əl-Diraz şəhərində yerləşən İmam Sadiq (əleyhi səlam) adına Məsciddə möhtəşəm Cümə Namazı bərpa olunub.

Ayətullah Şeyx İsa Qasim cənablarının səhhətində yaranmış müvəqqəti problemlə əlaqədar ötən həftənin Cümə Namazını da Bəhreyn əl-Vifaq İcmasının Katibi Şeyx Əli Səlman qılmışıdır.

Şeyx Əli Səlman Cümə Namazının xütbələrində Bəhreynə hakim kəsilmiş vəhhabiəqidəli Ali Xəlifə rejiminin solğun siyasətlərinə toxunaraq bildirib: "Bütün inqilabçlar və müxalifətçlər yaxşı anlayırlar ki, tayfabazlıq siyasətləri ictimaiyyətin zərərinədir. Buna görə də, müxalifət heç zaman xalqı tayfalara və qəbilələrə bölməyir. Əksinə bizim siyasətimiz bütün tayfaları vahid bir vətən ətrafında birləşdirərək vətəndaş hüquqlarının bərpasıdır".

O, daha sonra bildirib: "Rejimin hədəfi yalnız xalqın sərvətlərinə göz tikməsi və onu mənimsəməsidir. Lakin müxalifətin nəzəri isə, demokratik bir ölkə yaradaraq milli sərvətləri xalqın mənafeinə xərcləməkdir".

İmam Cümə daha sonra bildirib: "Gələcəyin düzəlməsini, sabitliyin bərpasını istəyən, Azadlıq və Ədaləti sevən hər bir şəxs mütləq müxalifətə qoşulmalı və seçkiləri baykot etməlidir".

Bəhreyn əl-Vifaq İcmasının Katibi daha sonra Cümə Namazının xütbəsində Ərəbistan Alimi Ayətullah Şeyx Nimr Baqir əl-Nimrə çıxardılmış edam hökmünün ləğvini tələb edərək bildirib: "Mən özüm daim şahidi olmuşam ki, Şeyx Nimr silahlı mübarizənin əleyhinə olub. Buna görə də belə bir şəxsiyyətin həbsi və edama məhkum edilməsi qəbul edilməzdir".

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI
Həzrəti Yusif Peyğəmbərin (ə) Müqəddəs Məzarı
Müsəlman futbolçu “Xaç” nişanəsindən imtina etdi
SALAVAT AYƏSİ
İMАM MӘHDİ (Ә.C.) İLӘ TАNIŞLIQ
On nəfərdən ibarət sələfi briqadası Suriya Hizbullahının pusqusuna düşərək ...
Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv ...
KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI
ƏHLİ-BEYT (Ə) QURANDA
İmam Hüseynin (ə) hərəmindən çəkilmiş orginal şəkillər

 
user comment