Azəri
Friday 29th of March 2024
0
نفر 0

“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri

“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri

Üzünün nurunu gördükdə Mələklər çəkinər,

Xilqəti həşti-behişt hikməti Zəhrada imiş.

"Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş" şeri


Xəlqi-aləm səbəbi Həzrəti Zəhrada imiş

İki dünya evinin zinəti Zəhrada imiş.

 

Çarə yox ümmətə gəlməzsə Qiyamət Xanımı,

Demə Məhşər gününün hörməti Zəhrada imiş.

 

Ey əmioğlum! Öz əlinlə mənə ver qüsl dedin,

Aləmin dərdi, qəmi, möhnəti Zəhrada imiş.

 

Etdi öz canını bir gün şahi-mərdanə fəda,

Neçə mərdanələrin qeyrəti Zəhrada imiş.

 

Tanrının şiirinə tapşırdı Hüseynlə, Həsəni,

Analar mərhəməti, şəfqəti Zəhrada imiş.

 

İncə qəlbi ata hicranına tab eyləmədi,

Saleh övladların xiffəti Zəhrada imiş.

 

Ona gəl-gəl dedi Peyğəmbərmiz vəxti yetib,

Ali dərgahda belə həsrəti Zəhrada imiş.

 

Üzünün nurunu gördükdə Mələklər çəkinər,

Xilqəti həşti-behişt hikməti Zəhrada imiş.

 

Ey könül tutisi, hər şəkkərə meyl eyləmə ki,

Mərifət məclisinin şərbəti Zəhrada imiş.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment