Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Rəcəb ayının 27-ci gecəsi və gündüzünün əməlləri

...İlahi, Həzrəti Muhəmməd və onun məzlum əhli beytinə, öz nəbi, rəsul və seçdiyin insanlara göndərdiyin salavatın ən fəzilətlisini, ən kamilini, ən uca məqamlısını və ən şərəflisini göndər...

Rəcəb ayının 27-ci gecəsi və gündüzünün əməlləri

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gecə Məbəs gecəsi, yəni Rəsuli Əkrəm səlləllahu ələyhi və alihi və səlləmin peyğəmbərliyə seçildiyi gecədir. Böyük, şərəfli və mütəbərrikə gecələrdən biri sayılır. Bu gecənin və sabahısı günün xüsusi əməlləri hədislərdə qeyd olunub.

Bu gecə bir neçə əməli yerinə yetirmək lazımdır.

1. Şeyx Misbah kitabında belə yazılmışdır: Həzrəti Əbu Cəfər İmam Cavad ələyhissəlam buyurmuşdur:

"Rəcəb ayında elə bir gecə vardır ki, o, gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27-sidir ki, onun sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən, bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 il əməlin əcrinə bərabərdir".

Həzrətdən soruşdular: Bu gecənin əməli nədir?

- İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rukət) Namazın rukətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri "Muhəmməd" surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müfəzzəteyn, 7 dəfə "İxlas", 7 dəfə "Kafirun", 7 dəfə "Qədr", 7 dəfə AyətəlKürsünü oxuyub sonra aşağıdakı duanı oxu:

"Əlhəmdulilləhil-ləzi ləm yəttəxizə və lədən və ləm yəkun ləhu şəriikun fil mulki və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə innii əsəlukə biməaqidi izzəkə əla ərkani ərşikə və muntəhar-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalli əla Muhəmmədin və alihi və əntəf -ələ bii ma əntə əhluhu"

 

2.Şeyx Kəfəmi Bələdül Əmin kitabında Məbəs gecəsində oxunan duanı qeyd edib:

İlk olaraq ziyarətçilərimizə duanın ərəbcə mətnin təqdim edirik. Daha sonra isə latın əlifbası ilə ərəbcə oxunuş qaydasını yazmışıq.

اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِالتَّجَلِىِ الاْعْظَمِ فى هذِهِ اللَّيْلَةِ مِنَ الشَّهْرِ الْمُعَظَّمِ وَالْمُرْسَلِ الْمُكَرَّمِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَغْفِرَ لَنا ما اَنْتَ بِهِ مِنّا اَعْلَمُ يا مَنْ يَعْلَمُ وَلا نَعْلَمُ اَللّهُمَّ بارِكْ لَنا فى لَيْلَتِنا هذِهِ الَّتى بِشَرَفِ الرِّسالَةِ فَضَّلْتَها وَبِكَرامَتِكَ اَجْلَلْتَها وَبِالْمَحَلِّ الشَّريفِ اَحْلَلْتَها اَللّهُمَّ فَاِنّا نَسْئَلُكَ بِالْمَبْعَثِ الشَّريفِ وَالسَّيِّدِ اللَّطيفِ وَالْعُنْصُرِ الْعَفيفِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَ اَنْ تَجْعَلَ اَعْمالَنا فى هذِهِ اللَّيْلَةِ وَفى سايِرِ اللَّيالى مَقْبُولَةً وَذُنُوبَنا مَغْفُورَةً وَحَسَناتِنا مَشْكُورَةً وَسَيِّئاتِنا مَسْتُورَةً وَقُلوُبَنا بِحُسْنِ الْقَوْلِ مَسْرُورَةً وَاَرْزاقَنا مِنْ لَدُنْكَ بِالْيُسْرِ مَدْرُورَةً اَللّهُمَّ اِنَّكَ تَرى وَلا تُرى وَاَنْتَ بِالْمَنْظَرِ الاْعْلى وَاِنَّ اِلَيْكَ الرُّجْعى وَالْمُنْتَهى وَاِنَّ لَكَ الْمَماتَ وَالْمَحْيا وَاِنَّ لَكَ الاْخِرَةَ وَالاُْولى اَللّهُمَّ اِنّا نَعُوذُ بِكَ اَنْ نَذِلَّ وَنَخْزى وَاَنْ نَاءتِىَ ما عَنْهُ تَنْهى اَللّهُمَّ اِنّا نَسْئَلُكَ الْجَنَّةَ بِرَحْمَتِكَ وَنَسْتَعيذُ بِكَ مِنَ النّارِ فَاَعِذْنا مِنْها بِقُدْرَتِكَ وَنَسْئَلُكَ مِنَ الْحُورِ الْعينِ فَارْزُقْنا بِعِزَّتِكَ وَاجْعَلْ اَوْسَعَ اَرْزاقِنا عِنْدَ كِبَرِ سِنِّنا وَاَحْسَنَ اَعْمالِنا عِنْدَ اقْتِرابِ اجالِنا وَاَطِلْ فى طاعَتِكَ وَما يُقَرِّبُ اِلَيْكَ وَيُحْظى عِنْدَكَ وَيُزْلِفُ لَدَيْكَ اَعْمارَنا وَاَحْسِنْ فى جَميعِ اَحْوالِنا وَاُمُورِنا مَعْرِفَتَنا وَلا تَكِلْنا اِلى اَحَدٍ مِنْ خَلْقِكَ فَيَمُنَّ عَلَيْنا وَتَفَضَّلْ عَلَيْنا بجَميعِ حَوايِجِنا لِلدُّنْيا وَالاْخِرَةِ وَابْدَاْ بِاباَّئِنا وَاَبْناَّئِنا وَجَميعِ اِخْوانِنَا الْمُؤْمِنينَ فى جَميعِ ما سَئَلْناكَ لاِنْفُسِنا يا اَرْحَمَ الرّاحِمينَ اَللّهُمَّ اِنّا نَسْئَلُكَ بِاسْمِكَ الْعَظيمِ وَمُلْكِكَ الْقَديمِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَنْ تَغْفِرَ لَنَا الذَّنْبَ الْعَظيمَ اِنَّهُ لا يَغْفِرُ الْعَظيمَ اِلا الْعَظيمُ اَللّهُمَّ وَهذا رَجَبٌ الْمُكَرَّمُ الَّذى اَكْرَمْتَنابِه اَوَّلُ اَشْهُرِ الْحُرُمِ اَكْرَمْتَنا بِهِ مِنْ بَيْنِ الاُْمَمِ فَلَكَ الْحَمْدُ يا ذَاالْجُودِ وَالْكَرَمِ فَاَسْئَلُكَ بِهِ وَبِاسْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ الاْجَلِّ الاْكْرَمِ الَّذى خَلَقْتَهُ فَاسْتَقَرَّ فى ظِلِّكَ فَلا يَخْرُجُ مِنْكَ اِلى غَيْرِكَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ الطّاهِرينَ وَاَنْ تَجْعَلَنا مِنَ الْعامِلينَ فيهِ بِطاعَتِكَ وَالاْمِلينَ فيهِ لِشَفاعَتِكَ اَللّهُمَّ اهْدِنا اِلى سَواَّءِ السَّبيلِ وَاجْعَلْ مَقيلَنا عِنْدَكَ خَيْرَ مَقيلٍ فى ظِلٍّ ظَليلٍ وَمُلْكٍ جَزيلٍ فَاِنَّكَ حَسْبُنا وَنِعْمَ الْوَكيلُ اَللّهُمَّ اقْلِبْنا مُفْلِحينَ مُنْجِحينَ غَيْرَ مَغْضُوبٍ عَلَيْنا وَلا ضاَّلّينَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِعَزاَّئِمِ مَغْفِرَتِكَ وَبِواجِبِ رَحْمَتِكَ السَّلامَةَ مِنْ كُلِّ اِثْمٍ وَالْغَنيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالْفَوْزَ بِالْجَنَّةِ وَالنَّجاةَ مِنَ النّارِ اَللّهُمَّ دَعاكَ الدّاعُونَ وَدَعَوْتُكَ وَسَئَلَكَ السّاَّئِلُونَ وَسَئَلْتُكَ وَطَلَبَ اِلَيْكَ الطّالِبُونَ وَطَلَبْتُ اِلَيْكَ اَللّهُمَّ اَنْتَ الثِّقَةُ وَالرَّجاَّءُ وَاِلَيْكَ مُنْتَهَى الرَّغْبَةِ فِى الدُّعاَّءِ اَللّهُمَّ فَصَلِّ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاجْعَلِ الْيَقينَ فى قَلْبى وَالنُّورَ فى بَصَرى وَالنَّصيحَةَ فى صَدْرى وَذِكْرَكَ بِاللَّيْلِ وَالنَّهارِ عَلى لِسانى وَرِزْقاً واسِعاً غَيْرَ مَمْنُونٍ وَلا مَحْظُورٍ فَارْزُقْنى وَبارِكْ لى فيما رَزَقْتَنى وَاجْعَلْ غِناىَ فى نَفْسى وَرَغْبَتى فيما عِنْدَكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Sonra cəcdəyə get və de:

اَلْحَمْدُ لِلّهِ الَّذى هَدانا لِمَعْرِفَتِهِ وَخَصَّنا بِوِلايَتِهِ وَوَفَّقَنا لِطاعَتِهِ شُكْراً شُكْراً صد مرتبه...

 

Səcdədən başıvı qaldır və de:

اَللّهُمَّ اِنّى قَصَدْتُكَ بِحاجَتى وَاعْتَمَدْتُ عَلَيْكَ بِمَسْئَلَتى وَتَوَجَّهْتُ اِلَيْكَ بِاَئِمَّتى وَسادَتى اَللّهُمَّ انْفَعْنا بِحُبِّهِمْ وَاَوْرِدْنا مَوْرِدَهُمْ وَارْزُقْنا مُرافَقَتَهُمْ وَاَدْخِلْنَا الْجَنَّةَ فى زُمْرَتِهِمْ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Duanın latın əlifbası ilə yazılış və oxunuş qaydası:

Əllahummə inni əsəlukə bittəcəlliyil əzəmi fi hazihil leyləti minəş şəhril muəzzəmi vəl mursəl,

əl-Mukrəmi ən tusəlliyə əla Muhəmmədin və alih və ən təğfir ləna maə əntə bihi minnə ə`ləm,

Yə mən yələmu və lə nələm, əllahummə bərik lənə fi ləylətinə həzihil ləti bi şərəfir risaləti fəzzəltəhə

Və bikəramətikə əcləltəhə və bil məhəlliş şərifi əhləltəhə

Əllahummə fə innə nəsəlukə bil məbəsiş şərif və seyyidil lətif vəl unsiril əfif ən tusəlliyə ələ Muhəmmədin və alih və ən təcələ ə`mələnə fi həzihil ləyləti və fi sairil ləyəli məqbulətən və znubənə məğfurətən və həsənətinə məşkurə və səyyiətinə məsturə və qlubənə bi husnil qəvlil mərurə və ərzəqənə min lədunkə bil yusri mədrurə.

Əllahummə innəkə təra və lə tura, və əntə bil mnzəril ə`lə və innə iləykər rucə vəl muntəhə və innə ləkəl məmətə və məhyə, və innə ləkəl əxirətə vəl ulə.

Əllahumməinnə nəuzu bikə ən nəzillə və nəxzə və ən nətiyə mə ənhu tənhə Əllahummə innə nəsəlukəl cənnə birəhmətikə və nəstəizu bikəminənnər fə əiznə minhə bi qudrətikə və nəsəlukə minəl huril eyn fərzuqnə bi izzətikə vəcəl əvsəəərzəqinə ində kibəri sinninə və əhsin ə`məlinə indəqtirabi icəlinə və ətvil fi taətikə və mə yuqərribu iləykə və yuhzə indəkə və yuzlifu lədeykə ə`marinə və əhsin fi cəmiiəhvəlinə və umurinə mərifətinə və təkilnə ilə əhədin min xəlqikə fə yəmunnə əleynə və təfəzzəl əleynə bi cəmii həvaicinə liddünyə vəl axirə vəbdə biəbəinə və əbnəinə və cəmii ixvəninəl muminin fi cəmii mə əsəlukəli ənfusinə ya ərhəmər rahimin.

Əllahummə innə nəsəlukə bismikəl əzəm və mulkikəl qədim ən tusəliyyə ələ Muhəmmədin və ali Muhəmməd və ən təğfir lənə zənbəl əzimə innəhu la yəğfirul əzimə illəl əzim

Əllahummə və hazihi Rəcəbunil mukərrəm əlləzi əkrəmtənə bihi əvvəlu əşhuril hrumi əkrəmtənə bihi min bəynil uməmi fələkəl həmdu ya zəl Cudi vəl Kərəm.

Fə əsəlukəbihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəm, ələcəllil əkrəmil ləzi xələqtəhu fəstəqərrə fi zillikə fələ yəxruc minkə ilə ğeyrik ən tusəlliyə ələ Muhəmmədin və əhli Bəytihit Tahirin və ən təcələnə minəl amilinə fihi bitaətik vəl əmilinə fihi lişəfaətik.

Əllahummə ihdinə ilə səvvəis səbil vəcəl məqilənə indəkə xeyrəl məqil fi zillil zəlil və mulkin cəzil fə innəkə həsbunə və niməl vəkil .

Əllahumə iqbilnə muflihinə munhininə ğəyrə məğzubin əleynə və zallinə birəhmətikə ya Ərhəmər Rahimin.

Əllahummə inni əsəlukə biəzaimi məğfirətik və bi vacibi rəhmətikəs səlamətə min kulli ismin vəl ğənimətə min kulli birrin vəl fovzə bil cənnəti vənnəcətə minənnər.

Əllahummə Dəakə daun və dəovtuk, və sələkə sailunə və səəltuk və tələbə iləykə talibunə və tələbtu iləyk.

Əllahummə əntə siqətu vərrəcə və iləykəmuntəhə rəğbətu fid dua. Əllahummə fə səlli ələ Muhəmmədin və alih vəcəlil yəqinə fi qəlbi vən nurə fi bəsəri vən nəsihətə fi sədri və zikrəkə billəyli vənnəhəri ələ lisəni, və rizqən vasiən ğəyrə məmnunin və lə məhzurin fərzuqni, və barik li fi mə rəzəqtəni vəcəl ğinəyə fi nəfsi və rəğbəti fimə indəkə birəhmətikə ya ərhəmər rəahmin.

 

Sonra səcdəyə get və bu duanı oxu:

əlhəmdullilləhil ləzi hədənə lilməğfirətih, və xəssənə bi viləyətih, və vəffiqnə litaətih. Və 100 dəfə "şükrən" de.

 

Sonra səcdədən başıvı qaldır və de:

Əllahummə inni qəsədtikə bi hacəti və`təmədtu əleykə bi məsələti və təvəccəhtu ileykə bi Əimməti və Sadəti.

Əllhummə infənə bi hubbihim, və Əvridnə məvridəhum, vərzuqnə murafəqətəhum və ədxilnəl cənnətə fi zumrətihim bi rəhmətikə ya ərhəmər rahimin.

 

3. Bu gecə qüsl etmək müstəhəbdir.

4. Rəcəb ayının 15-ci gecəsində qılınan namazı qılmaq.

5. Bu gecənin ən fəzilətli əməllərindən biri də Həzrəti Əmirəl-möminin Əli (ə)-ı ziyarət etməkdir. O Həzrət üçün bu gecə üç ziyarət var.

Onlardan birinin "ceferiler.com" saytı tərəfindən tərcümə olunmuşunu təqdim edirik:

ZİYARƏTNAMƏ

Allahın salamı olsun Muhəmmədə Allahın rəsuluna, vəhyinin, risalətinin, qəti hökmlərinin və ayələrinin əmanətdarına, vəhyin, tənzilin mədininə, keçmişdəkiləri xətm, gələcəkdəkiləri fəth edənə və bütün bunların hamısına keşikçiyə. bəndələrin şahidinə, nurlu çırağa.

Allahın salamı, rəhmət və bərəkəti olsun ona.

İlahi, Həzrəti Muhəmməd və onun məzlum əhli beytinə, öz nəbi, rəsul və seçdiyin insanlara göndərdiyin salavatın ən fəzilətlisini, ən kamilini, ən uca məqamlısını və ən şərəflisini göndər.

İlahi, salavat göndər əmirəl-mömininə, öz bəndən Rəsulundan sonra insanların ən yaxşısı, Rəsulunun qardaşı, həbibinin canişininə. Elə bir şəxs ki, onu risalətə seçdin, öz ədalətinlə və xalq arasında haqqı batildən ayıran, qəzavətinlə dinin qoruyucusu etdin.

Allahın salam, rəhmət və bərəkəti olsun ona.

İlahi, Onun zürriyyəsindən olan və ondan sonra sənin əmrinlə haqqı bərqərar etmək üçün qiyam edən pak imamlara salavat göndər. Elə şəxslər ki, onları öz dinin üçün köməkçi, sirrin üçün hafiz, məxluqun üçün şəhidlər, bəndələrin üçün ələmlər olmasına razi olmusan. Sənin salavatın olsun onların hamısına.

Salam olsun əmirəl-möminin Əliyyibni Əbu Talibə, Allah rəsulunun canişini və xəlifəsinə, ondan sonra onun əmri ilə qiyam edənə, canişinlərin ağasına.

Allahın rəhmət və bərəkəti olsun ona.

Salam olsun Fatiməyə, Rəsuli-Əkrəmin qızına, aləm qadınlarının seyyidəsinə, salam olsun Həsən və Hüseynə, bütün məxluqatın içərisində cənnət əhlinin cavanlarının ağasına.

Salam olsun raşid imamlara, salam olsun Allahın nəbi və mürsəl peyğəmbərlərinə, salam olsun əmanət qoyulmuş imamlara, salam olsun Allah məxluqları içərisində onun xas bəndələrinə, salam olsun zəkalı, fərasətli imamlara, salam olsun Allahın əmri ilə qiyam edib ilahi övliyalara kömək edənlərə və onların xoflandığı şeylərdən xoflananlara, salam olsun müqərrəb məlaikələrə, salam olsun bizə və Allahın saleh bəndələrinə.

 

Rəcəb ayının 27-ci gününün əməlləri

Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu gün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxuyucuların diqqətinə çatdırırıq:

1. Qüsl almaq.

2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir. İmam Sadiqdən (ə) nəql olunur ki, kim rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.

3. Çoxlu salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.

4. Rəsulullahı (s) və Hz. Əli (ə) ziyarət etmək.

5. On iki rükət namaz (hər iki rəkətdən bir salam verilir). Hər iki rükətdən bir verilən salamlardan sonra "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə, لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.

Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment