Azəri
Saturday 22nd of January 2022
376
0
نفر 0

HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ -Amənə bint Şərid (Əmr ibn Həməqin həyat yoldaşı)

Şəridin qızı və Əmr ibn Həməqin həyat yoldaşı olan Amənə gözəl natiqlik istedadına və bəlağət elminə malik idi. O, Əli (ə)-a məhəbbət bəslədiyinə görə Kufədə həbs olunaraq Muaviyənin sarayına göndərilmişdi və 2 il Şamın zindanında saxlanılmışdı. Bir gün Müaviyənin cəlladları əri Əmr ibn Həməqi öldürüb başını kəsərək Müaviyənin sarayına gətirdilər. Müaviyə Amənəni sınamaq üçün əmr verdi ki, kəsik başı zindana aparsınlar və Amənə oyaq olanda onun ətəyinə qoysunlar. Amənə ərinin kəsilmiş başını gördükdə titrəyib özündən getdi. Özünə gələndə isə müsibət görmüş ərəb qadınları kimi əlini başına qoyub ürək yaxan bir nalə çəkdi. Sonra zindanın məmuruna dedi: «Müaviyənin yanına get, sözlərimi olduğu kimi ona çatdır. De ki, Müaviyə, Allah uşaqlarını yetim, evini viran etsin və əsla səni bağışlamasın».

Məmur Amənənin sözlərini Müaviyəyə çatdıranda. Müaviyə qadının bu ağır qarğışından (nifrinindən) narahat oldu və Amənəni yanına çağırtdırıb ona dedi: «Ey Allahın düşməni, sən bizim haqqımızda nifrin edirsən?»

Amənə dedi: «Bəli, mən bu işi görmüşəm, bunu inkar etmirəm. Mən buna görə səndən nə üzr istəyəcəyəm, nə də dediyimdən əl çəkəcəyəm». Onların arasında çox sözlər deyildi

Axırda Müaviyə dedi: «Mənim ölkəmdən (Şamdan) çıx, nə özünü görüm, nə də səsini eşidim». Amənə ona: «Gedərəm. Şam mənim istədiyim yer deyil, burada nə xoş gün gördüm, nə də xoş söz eşitdim. Nəsibim ancaq əziyyət olub. Şam mənim vətənim deyil, burada heç kəsim yoxdur. Bu viran Şamda bəlalarım çox oldu. Odur ki, ey Müaviyə arxayın ol, buradan gedəcəyəm, əsla geri qayıtmayacağam və harada olsam, səni pisliklə xatırlayacağam» - söylədi.

Amənə çıxmaq istəyəndə Müaviyə əli ilə işarə etdi ki, get. Amənə yenə də susmadı: «Bəli, Müaviyə əli ilə işarə edir ki, gedim. Mənim ağır cavabımdan qorxduğundan dilini tərpətmir. Ey Müaviyə, bil ki, mən sükut etsəm də, Qiyamət günü ərim Əmr ibn Həməq qılıncdan iti dili ilə səninlə dava edəcək». Amənə, ürəyi dərdlə dolu halda, Müaviyədən ayrıldı və Şamdan çıxdı. Yolda olarkən Müaviyənin göstərişi ilə Əbid ibn Ovs ona hədiyyə gətirdi ki, Müaviyəyə pislik arzulamasın. Amənə hədiyyəni görəndə dedi: «Çox təəccüblüdür ki, Müaviyə ərimi öldürür, mənə hədiyyə göndərir». O, hədiyyəni qəbul etmədi və Şamdan adaya tərəf yollanaraq Həməs şəhərinə getdi. Orada taun xəstəliyinə tutuldu və həmin xəstəlikdən dünyasını dəyişdi. Müaviyə onun ölüm xəbərini eşidəndə çox şad oldu.

 


source : www.tebyan.net
376
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
QİSAS AYƏSİNİN NƏSXİ
ƏHLİ-HƏDİS (2)
AILƏ TƏŞKILINDƏ ILK ADDIM
Quranın ən çox ümidləndirən ayəsi hansıdır?
Qur’anın uca tutulması vә оna еhtİram
Kim günah edir, amma cənnət arzusundadır ?
HƏZRƏT ZƏHRANIN (S) TƏSBİHİ
Əxlaqi hədislər

 
user comment