Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Rəcəb ayının 26 – əziz peyğənbərimizin ( səlləlahu əleyhi və alihi və səlləmin ) Ən yaxın və misilsiz hamisi həzrəti “ Əbu Talibin ” şəhadət günüdür .

agentliyinin verdiyi xəbərə əsasən , həzrəti Əbu Talibin il dönümü ilə bağlı mərasimdə " Əbu Talib " adına təhqiqat müəssisəsinin sədri Höccətul islam vəl muslimin Muhəmməd Mehdi Səbahi dedi : Əldə olan sənədlər və tarixi əsaslara istinadən cənab Əbu Talibə həzrəti peyğənbərin nəbiyy olmasına və öz övladı həzrəti Əlinin də ondan sonra İmam və Vəsiyy olmasına tam etiqadı vardır və cənab Əbdul Mutəllib də ölməzdən qabaq cənab Əbu Talibə vəsiyyət və sifariş etdi ki , Hərəti Muhəmməd Əmin -dən ( səlləllahu əleyhi və alihi və səlləm ) himayətin əsirgəməsin . Höccətul İslam Səbahi sözünə davam etdirərək dedi : Bizim apardığımız araşdırmalara əsasən şiə və sünninin 300 - tarixi mənbəsində Əbu Talibin fədəkarlığı haqqda söhbət açılmışdır ,Onun Şibi Əbu Talibdə müsəlmanları müşrüklərin əzab və əziyyətindən qoruması , vəfat etdikdə həmin ilin həzrəti peyğənbər tərəfindən " Ammul Huzn " - Hüzn İli - adlandırması , "و انذر عشیرتک الاقربین" ayəsi nazil olduqda peyğənbər ilk dəfə Məkkə müşrükləri arasında aşkarcasına öz peyğənbərliyin elan etdikdə Əbu Talib həzrəti peyğənbər əkrəmi qateiyyətlə himayət edərək Əbu Ləhəbi ( Allahın Lənəti ona olsun )tünd sözlərlə yerinə əyləşdirərək susdurması və s.r kimi əməlləri gözə dəyir və sözsüz ki bunların hammısı onun mömin olmasına açıq dəlildir . Bu barədə bəzi Sünni alimləridə öz sözlərin demişlər . Təlmasi sünni alimi deyir : " Peyənbər Əkrəm Əbu Talibi çox istəyirdi , bu səbəbdən də hər kəs Əbu Talibə əziyyət edərsə ( yəni onun mömin olmasında şəkk edərsə ) peyğənbərə əziyyət etmiş olur." Yaxud Şeyx Süheymi Ət - Tohid Kitabında bu məsələnin bütün müsəlmanlar tərəfindən qəbul edilməsin iddia edərək yazır : Əgər Həzrəti Əbu Talib açıq sürətdə öz imanın aşkar etsəydi .Müşrüklər Həzrəti əmzə ilə etdiklərin onunlada edərdilər . " Mosuli Hənəfi də belə yazır : Hər kim Əbu Talib Əleyhis səlamın Kinin ürəyində saxlayarsa o kafirdir ." Hoccətul İslam sözunə davam edərək bildirdi : Cənab Əbu Talib İslamdan öncə böyük şairlərdən sayılırdı . İbn Şəhr Aşub " Muşabihul Quran " kitabında "و لینصرن الله من ینصره" ayəsin zikr etdikdə 3000 - beyt cənab Əbu Talibdən gətirmişdir . " Bu məsələ ilə bağlı məşhur şərqşünast " Karl Brukliman " yazdığı " Tarixul Ədəbil Ərəbi " kitabında ədəbiyyat baxımından cənab Əbu Talibin şerlərini gətirmişdir . O qeyd etdi : Bİz öz müəssisəmizdə cənab Əbu Talibin 1000 - ə yaxın beytin toplaya bilmişik . Cənab Əbu Talibin " Lamiyyə " qəsidəsi onun ədəb və iman baxımdan şederv sayılan əsərlərindən biridir ki , tezliklə işığ üzərin görəcəkdir .


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment