Azəri
Friday 26th of April 2024
0
نفر 0

Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir

Ey bizi yoxdan Yaradan, lütf qıl! Lütfün ilə bir nəzm inşa edim,

Yox edə acizliyimi qüdrətin. Mən əbədi rəhbərinə ümmətin.

ABNA Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir

Əhli Beyt -ABNA- xəbər agentliyi əziz İslam Peyğənbərinin Milad bayramı münasibəti ilə başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə Əvəz Qurbanlının şerini təqdim edir.

 

Həzrət Peyğəmbərə

 

Ey bizi yoxdan Yaradan, lütf qıl!

Yox edə acizliyimi qüdrətin.

Lütfün ilə bir nəzm inşa edim,

Mən əbədi rəhbərinə ümmətin.

 

Öylə səxavətlə ki bəxş etmisən

Bir belə söz qüdrəti Peyğəmbərə,

Bəxş et onun zərrəsini şerimə -

Layiq ola Həzrəti-Peyğəmbərə!

 

Ya Rəbb! Bu çarəsiz qələmə ixtiyar ver,

Bu biqərar könlümə gəl bir qərar ver!

Əğyardən mən istəmərəm, sən ki Yarsən,

Tək dərdimin əlacı axır səndə var, ver!

 

Səndən nə istərəmsə mən, ərk ilə istərəm

Bu meyvəsiz qalan ağaca öylə bar ver -

Axsın könüldə lütfün ilə təb' çeşməsi,

Rəhm et ki, təb'dən bu könül bir də düşməsin!

 

Ey bəxtimin sitarəsi, bu qəlbə nursən,

Peyğəm gətirdiyin bəşər üçün qürursən!

Yox məndə bir hünər, səni mədh eyləmək qədər,

Çün səndə cə'm olub, nə ki aləmdə var hünər.

Olmaz sənə rəva ki, desəm gərçi dahisən,

Sən çünki dahi şəxslərin səcdəgahisən!

 

Ey Xaliqin səmadən enən xalqa rəhməti,

Qoydun bizim nicatımız üçün şəriəti.

Səndən əzəl gələnlərə verməklə sən xitam,

Allah Rəsulu höccətini eylədin təmam.

Zikrinlə tapdı mömin olan dərdinə dəva,

Allahdan həm də kafər üçün istədin şəfa!

 

Haqqında çox da çoxları yazmış ziyadə söz,

Haqqa süvar olanlara çatmaz piyadə söz!

Onlarda söz dənizsə əgər, məndə damladır,

Əfv eylə, şə'ninə deyirəm mən də sadə söz.

Ərz eylədim ki, mədhinə yox məndə bir hünər,

 

Lütf eyləyə ilahi, duam getməyə hədər,

Söz gülşənində olmaya zaye əziyyətim,

Bir gün hidayətinlə açılsın bəsirətim.

Badi-səba ilən mənə qılsın Xuda kərəm,

Qədrin qədər də nəzminə qadir ola qələm!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment