Azəri
Friday 19th of April 2024
0
نفر 0

İçində zərrə qədər spirt olan maye içilməlidirmi? Su qatılmış spirt murdardırmı? Təbabətdə araqdan istifadə etmək olarmı?

Alkol və spirt iki növdür. 1- Sənaye, neft və petrokimiya yolu ilə alınan spirt, misal olaraq etanol spirti. Onun tərkibini C2H5OH təşkil edir. 2- Buxarlanma vasitəsi ilə qətrələrdən alınan spirt, misal üçün ağ spirt. Onun da tərkibini "C2H5OH" təşkil edir...

İçində zərrə qədər spirt olan maye içilməlidirmi? Su qatılmış spirt murdardırmı? Təbabətdə araqdan istifadə etmək olarmı?

Sual:

Əssalamu əleykum. Ruslarda təbbi yolla duzəldilən "kvas" adlı icki var. Bu ickinin tərkibində ayranda oldugu kimi az miqdarda spirt olur. İcdikdən az sonra da eyni ayran kimi spirtin izi yox olur. Bilmək istərdim:

1)- Kvas icmək haramdirmi?

2)- İcində zərrə qədər də olsa spirt olan ayranı ta qədimlərdən Azərbaycanda biz icmisik və tərkibində spirt oldugunu sadəcə labaratoriya analizlərindən bilmisik. Ayranin hokmu nedir?

3)- Bundan basqa mualicə məqsədilə araqdan dəsmalqoyma kimi istifadə etmək olarmi?

4)- Spirtin pak oldugunu bilirəm. Onu suya qatanda tərkibi araqla eyni olur. Su qatılmış spirt necə murdardırmı və xalq təbabətində istifadəsi caizdirmi?

 

Cavab:

Və əleykum salam. Sualınıza cavab verməzdən öncə bir mətləbi yada salmaq istəyirik. Alkol və spirt iki növdür. 1- Sənaye, neft və petrokimiya yolu ilə alınan spirt, misal olaraq etanol spirti. Onun tərkibini C2H5OH təşkil edir. 2- Əslən maye olan qıcırılma, buxarlanma vasitəsi ilə qətrələrdən alınan spirt, misal üçün ağ spirt. Onun da tərkibini "C2H5OH" təşkil edir. Göründüyü kimi mahiyyət baxımından sənaye, petrokimiya yolu ilə alınan spirtlə buxar vastəsi ilə qətrələrdən alınan spirt arasında heç bir fərq yoxdur. Və sənaye spirti məst edici olsa da şəriət baxımından pak, yalnız içilməsi haram sayılır. Ona görə ki, bu növ spirtlərin əsli mayedən və qıcqırdılma, buxarlanma vasitəsindən alınmayıb. Amma buxarlanma vasitəsi ilə qətrələrdən alınan spirtin içilməsi haram olmaqla yanaşı həm də nəcis- murdardır. Çünki şəritdə hər hansı bir maye əgər məstedici olarsa həm haram həm də nəcis- murdar sayılır.

Deməli:

1)- Əgər kvas deyilən içki qıcqırdılma yolu ilə alınarsa və yaxud onun tərkibinə təbii spirt ki, əsli maye və məstedicidir (zərrə qədər olsa belə) qatılarsa içilməsi haram və həm də nəcisdir- murdardır. Əgər onun məstediciliyi və nəcis olması sübuta yetməzsə içilməsi halal və pak sayılır.

2)- Ayran qıcqırdılma və buxarlanma vasitəsi ilə alınmadığı üçün pak və içilməsi halal sayılır. Və tərkibində spirt oldugunu sadəcə labaratoriya analizləri köməkliyi ilə bilinməsi ayranı və onun kimi mayeləri nəcis və haram etmir.

3)- Böyük İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Nəcis- murdar əşyaların köməkliyi ilə xəstəliyinizi sağaltmayın". Başqa bir hədisdə buyurub: "Allah Təala dərd göndərəndə dərmanın da göndərib. Buna görə də xəstəlikinizə dərman edin. Lakin haram əşyalar ilə dərman etməyin". İmam Sadiq Əleyhis səlam buyurub: "Heç bir həram əşyada şifa tapmaqlıq qoyulmayıb". Və digər bir hədisdə, "aya kişmişdən düzəldilmiş araqdan dərm ünvanında istifadə etmək olarmı?" haqda soruşan şəxsə belə buyurub: "Heç kimin haram əşyalar ilə dərman edib şifa tapmağına icazə verilmir".

4)- Bilindiyi kimi sənaye spirti pakdır və əgər ona su qataraq qəlizliyini 90% -dən 40%-ə endirərək araq səviyyəsinə gətirilərsə içilməsi haram, amma özü isə pakdır. Çünki sənaye spirti mayedən və buxarlanma vasitəsi ilə alınmır. Təbii spirt isə deyildiyi kimi həm nəcis və həm də içilməsi əvvəlcədən haram olduğu üçün ona su qatılarsa və yaxud onun bir miqdarını az suya qatarlarsa su da nəcis və içilməsi haram olur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.alimamali.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment