Azəri
Friday 26th of April 2024
0
نفر 0

AİP Bakıda Xanım Zəhranın mövludun keçirtdi

Quran hafizi Zülfüqar Mikailzadə tədbirə gələnlər üçün dəyərli çıxışlar etdi.

AİP Bakıda Xanım Zəhranın mövludun keçirtdi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası Həzrəti Zəhra (əleyha salam) mövludu və qadınlar bayramı münasibəti ilə geniş mövlud tədbiri keçirdib.

Bu tədbirdə AİP müvəqqəti sədr əvəzçisi Elçin Manafov tədbirə gələn 100-lərlə qadın və kişiləri bu mövlud münasibəti ilə təbrik etdi. Sonra da ilahiyyatçı, Quran hafizi Zülfüqar Mikailzadə tədbirə gələnlər üçün dəyərli çıxışlar etdi və tarixən İslam düşmənlərinin işlətdiyi hiylələri xatırlatdı.

Quran Hafizi Xanım Fatimeyi-Zəhranın (əleyha salam) fəzilətini anlatdı ve duçmənlərin xanıma qarşı apardığı təbliğatı cəmiyyətə çatdırdı. Xanımın müqabilində süni iffət, izzət nümunələri yaradanların hiyləsinin heç vaxt baş tutmayacağını anlatdı.

Hacı Zülfüqar ilahi vəzifələrdən danışdı. Keçmişdə Pəyğəmbərlərə (əleyhimus səlam) olan tələləri xatırlatdı. İlahi insanlara qarşı düşmənlər tərəfindən süni "ilahi insanlar"in yaradıldığını söylədi. İndi də belə tələlərin olduğunu qeyd etdi.

Hacı iştirakçılara üz tutaraq, buyurdu: Allah heyvana buynuz verib özünü müdafiəsi üçün. Balasina toxunsan buynuz atacaq. Amma bəzi insanlar o qədəer süst olublar ki, dininə ya da dünyasına toxunsan da fərq etmir susurlar.

Tədbirin davamında balaca möminə xanımlar Azərbaycan haqqında surudlar oxudular.

Tədbirdə Azərbaycan İslam Partiyasının Qadınlar şurasının sədri Növrəstə xanım da mömin və möminələri təbrik edib Həzrəti Zəhra (əleyha salam) barəsində dəyərli çıxışlar etdi.

AİP gənclər təşkilatınin sədri Hacı Valeh İsmayılov tədbirdən razı qaldığını və gələcəkdə belə tədbirlərin çox olacağını çatdırdı. Xanımları xüsusi ilə təbrik edən Valeh İsmailov Allahdan Xanım Zəhra xatirinə ölkəmizdə hicab qadağasının götürülməsini və məhbusların azad olmasını arzuladı. O, bu yolda gənclərin də səy etmələrini mənəvi borcları olduğunu əlavə etdi.

AİP gənclər təşkilatınin sədri Hicabın və Hicab məhbuslarının nəin ki, möminlərin bütün Azərbaycan xalqının vəzifəsi olduğunu çatdırdı.

Hacı Valeh İsmayılov gələn qonaqlara dərin təşəkkürünü bildirərək, Allahdan onlara uca məqamlar istədi.

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment