Azəri
Friday 29th of March 2024
0
نفر 0

Allah günahkarları necə cəzalandırır

Bismilləhir Rəhmənir Rəhim

Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.

Qurani Kərimin buyurduğuna əsasən Allah Təala bəşər yarandığı gündən günahkarlara dəfələrlə bildirişlər etdikdən sonra sonuncu bildirişi fəlakətlər göndərmək olmuşdur. Buna həm Quranda həm də Peyğəmbər və Əhli Beytin hikmət dolu kəlamlarında çox rast gəlinir. Misal olaraq Əraf surəsinin 132-133-cü ayələrini nümunə göstərmək olar.

(Firon adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!".

Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

Ayədə vurğulandığı kimi Bəni İsrail övladları dəfələrlə Allah tərəfindən bildirişləri qulaq ardına vurduqlarına görə bu bəlalarla cəzalandırılmışlar.

Bu qəbildən olan keçmiş ümmətlərin başına gələn bəlalar Qurani Kərimdə xüsusilə Əl Həqqa surəsinin ilkin ayələrində təfsilatı ilə qeyd olunmuşdur.

Çoxları elə güman edirlər bu kimi bəlalar və fəlakatlar keçmiş ümmətlərə məxsusdur. Onlar hətta bu fikirlərini əsaslandırmaq üçün Ənfal surəsinin 33 ayəsinə istinad edirlər "Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!". Lakin ayə onların düşündüyünü demək istəmir. Ayədə vurğulanan mətləb başqa bir məsələdir ki, Əllamə Təbatabai və başqa təfsir alimləri bunu təfsirlərində qeyd etmişlər.

Bəlalar və fəlakatların keçmiş ümmətlərə məxsus olduğu nəzəriyyəsi Quran baxımından səhvdir. Çünki Allah Təala Fussilət surəsinin 13-cü ayəsində Ad və Səmud qüvmünün cəzalandırmaq hadisəsini təhlil edərək müsəlmanların başına da belə bəlaların gəlməsini mümkün sayır. Belə ki, ayədə Allah Təala bütün müsəlmanlara xəbərdarlıq və təhdid edərək buyurur: (Ya Peyğəmbər!) Əgər üz döndərsələr, de: "Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!"(Bəzi tərcümələrdə ayə müşriklərə aid edilir ki, bu da təfsir alimləri tərəfindən səhv hesab edilir).

Əgər Quran müsəlmanlara bəlanı istisna etmirsə hər zaman bəlalar bizə də üz verə bilər. Çoxlarımız bundan qəflətdə olduğumuza görə hətta Qurani Kərimdə Allah Təala insanları qınayır. Buna Əraf surəsinin 97-98-99-cu ayələrini nümunəl göstərmək olar.

"Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?" -Əraf 97

"Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?"-Əraf 98. "Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!"-Əraf 99.

Belə olduqda bəs nə üçün müsəlmanlar özlərini aldadırlar? Qurani Kərimdə açıq-aşkar günahkar müsəlmanların da cəzalandırmaq vədləri verilib. Əfsuslar olsun ki, çoxları bu məsələni ya bilmir, ya inanmır, ya da etinasızlıq edir. Amma Allahın verdiyi vəd mütləq baş verməkdədir.

Allah müsəlmanları hansı yollarla cəzalandırır?

Peyğəmbərimiz peyğəmbərliyə seçildikdən sonra bəşəriyyətə xüsusilə müsəlmanlara siyasi, ictimai və iqtisadi baxımdan bəxş etdiyi iki böyük nemət olmuşdur. O nemətlərdən biri əmniyyətdir. Məlum olduğu kimi Ərəbistan yarımadasında iki böyük imperiyanın yaratdığı əmniyyətsizlik heç kimə məxfi deyil. Ərəbistan yarımadasında mərkəzi hökümətin olmaması nəticəsində hər iki imperiya xüsusilə İran imperiyası Ərəbistan yarımadasında qətl-qarətlə məşğul idi. Peyğəmbərimiz mərkəzi höküməti qurduqdan sonra əcnəbilərin dəxalətlərinin qarşısını aldı. İkinci böyük nemət ümməti iqtisadi baxımdan təmin etmək idi. Hamıya aydındır ki, İslamdan öncə cahiliyyət dönəmində ərəblərin yedikləri çəyirtkə, içdikləri isə üfunətli sular idi. (Nəhcul Bəlağaya əsasən). Məhs ona görədir ki, Qureyş surəsinin 3-4 ayəsində: "Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi"- Allah Təala müsəlmanlara ona ibadət etmələrinin borclu olduğunun bir səbəbini də bu iki nemətin onlara verilməsində görür.

Şübhəsiz ki, Allah Təala İslam ümmətini günahlarına görə cəzalandırmaq istəyərsə bu iki neməti onlardan alar. Yəni verdiyi əmniyyəti almaq nəticəsində İslamdan öncə olan əmniyyətsizlik, zəlillil, digərlərinə kölə olmaq və s. cəzalara məruz qoyar. (Bir çox müsəlman ölkələrində mövcud olan əmniyyətsizliklər bna görədir: Qarabağ,Fələstin, Əfqanıstan, İraq).

İqtisadi baxımdan da bu qəbildəndir. Məhs ona görədir ki, Allah Təala Nəhl surəsinin 112 ayəsində buyurur: "Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı". Allah Təala bu ayədə açıq-aşkar iki nemətin alınmasını misal gətirir. Bizə də İbrahim surəsinin 45 ayəsində Allah Təala misallardan nəticə çıxarmağımızı həmçinin hamımıza aid olduğunu başa düşməyə çağırır. "Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik"-İbrahim surəsi 45-ci ayə.

Təəssüflər olsun ki, bir çox insanlar başlarına gələn bəlaları təbii hadisə olduğunu güman edərək bu fəlakətlərdən nəticə çıxarmaq əvəzinə özlərini aldadırlar.

Bu məsələ hətta Qurani Kərimin Əraf surəsinin 95 ayəsində də vurğulanır: "Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: "Atalarımıza da belə yaxşı-yaman günlər(təbii fəlakətlər) üz vermişdi". Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq". Bundan belə nəticə çıxarmaq olar ki, Allah Təala bir müddət insanları öz başına buraxır sonra isə günahları müqabilində onlara bəla göndərir. Ənam surəsinin 44-cü ayəsində belə deyilir: "Edilmiş xəbərdarlığı unutduqları zaman (günahlarını daha da artırmaq məqsədilə) hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular".

Zülfüqar Mikayıl.

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment