Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Dünyanın ən qədim kiçik Quranı xristiandadır

400 il yaşı olan 550 səhifədən ibarət bu müqəddəs kitabın ölçüləri 5.1 sm və 8 sm-dir.

Dünyanın ən qədim kiçik Quranı xristiandadır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dünyada qədimliyi və ölçüsünə görə ən balaca Qurani-Kərim Birləşmiş Ərəb Əmirliklərindədir. Maraqlıdır ki, kitabın sahibi xristiandır.

Ən balaca Quran nüsxəsinin 400 il yaşı var. 550 səhifədən ibarət bu müqəddəs kitabın ölçüləri 5.1 sm və 8 sm-dir. Bu nadir nəşr Qüds tərəfdə tapılıb və hazırda Muhannad Ameel Issa adlı şəxsə malikdir.

"Al Jazeera"ya müsahibəsində Muhannad deyib ki, Quranı onun əcdadları tapıb və sonradan bu kitab nadir inci kimi nəsildən nəslə ötürülüb.

Ameel İssanın ailəsi xristian olsa da, daim müsəlmanlarla yanaşı yaşayıb:

"Mən həmişə İslamın içində olmuşam, müsəlmanların yanında yaşamışam. Bizim aramızda heç vaxt problemlər olmayıb, həmişə əmin-amanlıq içində yaşamışıq".

Muhannad Ameel İssa Quranı satmayacağını, kitabın onun üçün qiymətsiz nadir bir nüsxə olduğunu bildirib.

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment