Azəri
Friday 19th of April 2024
0
نفر 0

Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?

Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?

Cavab : Əvvəla bunu bilməyimiz lazımdır ki,əhli sünnənin Maliki, Şafei və Hənbəli məzhəbləri müttəfiq olaraq səfərdə namazları cəm edilərək qılınmasına fətva veriblər.Amma səfərdə olmayan halda isə cəm edilib və edilmədiyi barədə müxtəlif-müxtəlif fətvalar veriblər.Odur ki, namazların cəm qılınması təkcə şiəyə ixtisası yoxdur. Şiənin namazları cəm halında qılınmasına sübutlarının bəzisi bunlardır :

1. İsra surəsi 78-ci ayə :

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُوداً

- Namazı (gündəlik vacib namazlarından Zöhr-Əsr,və Məğrib, İşa namazlarını) günəşin (günortanın tam yarsından) batmağa doğru meyl etməsinin əvvəlindən ,gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin Sübh namazını (da qıl).

Həqiqətən Sübh namazı (Gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün ) müşahidə olunur.

Bu ayədə Allah taala beş namazın qılınması üçün uç vaxt bəyan edib: ayədə ki,

" دلوك الشمس " - (Günəşin batmağa doğru meyl etməsi) Zöhr və Əsr namazına işarədir.

" غسق الليل" - (Gecənin qaranlığı) Məğrib və İşa namazına işarədir.

"وَقُرْآنَ الْفَجْرِ " sübh namazına işarədir

2. Hud surəsi 114-cü ayə

وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفاً مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ

" Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qil ki, həqiqətən yaxşılıqlar günahları aradan aparır. Bu yada salıb xatırlayanlar üçün öyüddür."

"طرفى النها ر" - (Günün iki tərəfi) Birinci tərəfi sübh namazına, ikinci tərəfi isə Zöhr və Əsr namazlarına işarədir.

" ز لفا من الليل " ( Gecənin gündüzə yaxın əvvəli ) Məğrib və İşa namazlarına işarədir.

Gördüyünüz kimi bu ayəd də Allah taala beş namaz üçün üç vaxt bəyan etmişdir. Bunlardan əlavə bir çox rəvayətlər ki, peyğəmbər (s) həm səfərdə və həm də vətəndə namazları cəm edərək qılmışdır . Həzrətdən soruşduqda ki, nıyə namazları cəm qılırsınız?

-Buyurmuşdur : İstəmirəm ki, mənim ümmətimdən kimsə zəhmətə düşməsin.

Müslümün səhihi (Əl cəmu bəynəs-səlateyn ) -babı cild 2 səhifə 151.

Əhməd ibn Hənbəl (Əlmüsnəd) -cild 1 ,səhofə 223.

Əbi Davud( Əs-sünən) cild1 səhifə 271.

Ət-Termezi (Əs-sünən) cild 1 səhifə 121.

Ən-Nəsai (Əs-sünən) cild 1 səhifə 290.

Beyhəqi ( Əs-sünənul-kubra) cild 3 səhifə 166.

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment