Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

İslamda əzadarlığın hökmü

İslamda əzadarlığın hökmü

Bismillahir Rəhmanir Rəhim.

Salam aleykum. Qarşıdan gələn İmam Zaman (ə.f)- in mübarək mövlüdu münasibətilə ABNA əməkdaşlarını təbrik edir və işlərində uğurlar arzulayıram... Allah sizleri qorusun... Lütfen bu suala cavab verin: Sualımız Kərbəla şəhidlərinə sinə vurmaq və mərsiyə demək haqqındadır (ağlamaq haqqında deyil) .

İslamda əzadarlığın hökmü

SUAL:


1) Lütfən geniş və ətraflı olaraq araşdırın İmam Huseyn (ə) sinə vurub mərsiyə deməyi İslam qəbul edirmi?


2) Kərbala şəhidlərinə sinə vurub, məclis təşgil edərək mərsiyyə oxumağın tarixi nə zamandan başlayır?


3) Sinə vurmağın, mərsiyyə deməyin İlahi peyğəmbərlərin, xüsusən Hz. Mustafanın (s) sünnətində yer varmı?


4) Mümkünsə əhli sünnət qaynaqlarından yuxarıdakı suallara sübut kimi sitatlarda gətirəzsiniz və mövzünü ağalamaq deyil sinə vurmaq, mərsiyyə demək prinsipi ilə araşadırın.... Öncədən təşəkkürlər.


ehli_beyt@mail.ru

CAVAB:


Bismilləhir Rahmənir Rahim.


Aleykum Salam va Rahmətullah! Bizdə sizi və bütün dünya xalqlarını qarşıdan gələn İmam Zaman (ə.f)- in mübarək mövlüdu münasibətilə səmimi qəlbdən təbrik edirik! Allah daim sizi doğru yolda olanlardan qərar versin. Amin!


Böyük şəxsiyyətlərə eləcədə dahi insanlara, valideynlərə matəm saxlamaq, onların firağına qəmlənib ağlamaq, başa-sinəyə vurmaq hətta köynəyi cırmaq bunların hammısı həm insanların fitrətinin tələbi həmdə ilahi bir sünnətdir. Bu sünnəti keçmiş peyğənbərlər (əleyhimus səlam), həzrəti Mustəfa (səlləlahu əleyhi və alih), Məsum İmamlar (əleyhimus səlam), böyük səhabələr (raziyəllahu ənhum), tanınmış dahi sünni və şiə alimləri və ümum müsəlmanlar həyata keçirtmiş və keçirdirlər. Çox az miqdarda olan sələfilik (vəhabilik) firqəsidir ki, keçən əsirdə Səudiyyə Ərəbistanında özlərinə xas ali məqmlı vəzifə tutduqdan sonar müsəlmanları bu insani hisdən və ilahi sünnədən ayırmağa çalışmışlar.


Həzrət Musa (əleyhis səlam) qardaşı həzrəti Harunun( əleyhis səlam) matəmində:


... عن الصادق عليه السلام وسأله عن شق الرجل ثوبه على أبيه و أمه وأخيه أو على قريب له فقال : لا بأس بشق الجيوب قد شق موسى بن عمران على أخيه هارون .


İmam Sadiqdən (əleyhis səlam) (bir kişinin atasının, anasının, qardaşının və yaxud yaxın bir kəslərinin yas mərasimində öz paltarını çırmasını barədə) soruşdum, həzrət mənə cavab verdi: Köynəyi, paltarı cırmağın heç bir eybi yoxdur. Çünki Musa ibni İmran (əleyhis səlam) qardaşı Harunun (əleyhis səlam) matəmində köynəyini cırmışdır.1


(1) Biharul Ənvar, cild 79, səhifə 106, bab: Fi lətmil xdud və şəqqil cyub vəs siyab vən niyahə.


Ənsar qadınları Peyğənbər üçün matəm saxlayır:


... نساء الأنصار قد خدشن الوجوه ونشرن الشعور وجززن النواصي وخرقن الجيوب وحرمن البطون على النبي ( صلى الله عليه وآله ) فلما رأينه قال لهن خيرا وأمرهن أن يستترن ويدخلن منازلهن ...


Ənsar qadınları Ühüd döyüşündə həzrəti Peyğənbərin (səlləllahu əleyhi və alih) ölüm şayeəsini eşitdikləri an, üzlərini çırmaqlayıb, saçlarını dağıtdılar, başlarının qabaq hissədəki saçlarını yonuşdurmağa başladılar, yaxalarını cırdılar, yemək yeməyi özlərinə həram etdilər. Lakin şayeənin yaln olması üzə çıxdıqda, həzrəti Peyğənbəri (səlləlahu əleyhi və alih) gördükdə, Peyğənbər (səlləlahu əleyhi və alih) onlar üçün xeyr dua etdi və onlara geyinib öz evlərinə getməyi əmr buyurdu. 2


(2) əl-Kafi kitabı, cild 8, səhifə 322, bab: Ğuzvətu Uhud və Qıssətul Munəzimin.


Peyğənbərin qadınları ilk sinə vuranlardır.


İbni hişam yazır:


قال ابن اسحاق وحدثني يحيى بن عباد بن عبدالله بن الزبير عن أبيه عباد قال سمعت عائشة تقول . . . قمت ألتدم مع النساء وأضرب وجهي .


"İbn İshaq" dedi: Yəhya ibni İbad ibni Əbdullah ibni Zubeyr atası İbaddan mənə belə rəvayət etdi ki, "eşitdim Aişə deyirdi: (Peyğənbəri Əkrəm (səlləlahu əleyhi və alih) dünya ilə vidalaşan zaman) mən Peyğənbərin (səlləlahu əleyhi və alih) digər xanımları ilə birlikdə sinə vururduq. Və mən isə üzümə vururdum". 3


Qeyd: Aişə əhli Sünnə yanında ən böyük səhabələrdən biri kimi qəbul olunur. Və səhabələrin də əməli sünnülər üçün Dəlil və Höccətdir.


(3) Əbdul malik ibni Hişam ibni Əyyub əl-Himəri əl-Muafiri Əbu Muhəmməd (hicri qəmərinin 213-cü ilində dünyasını dəyişib) "əs-Sirətu ən-Nəbəviyyə" kitabı cild 6, səhifə 73, hədis 26391, təhqiq edilib Taha Əbdr Rəuf Səd tərəfindən, naşir: Darul Cil - Beyrut - 1-ci Çap 1411 hicri qəməri tarixində. İbni Hənbəl Əbu Əbdillah Əş-Şibani, Əhməd (hicri qəmərinin 241-ci ilində dünyasını dəyişib) Müsnəd kitabı, cild 6, səhifə 274, Naşir: Muəssisətu Qurtubə - Misr. Və.s...


İbn Mənzur lüğət kitabında « لدم » kəlməsinin mənasında yazır:


لدم : اللدم ضرب المرأة صدرها . . . و التدام النساء : ضربهن صدورهن ووجوههن في النياحة .


"Lədm": Qadının sinə vurmasına deyilir... və "iltidamun nisa" isə qadınların müsibət zamanı üzlərinə və sinələrinə vurmaqlarına deyilir. 4


(4) əs-Salihi əş-Şami (hicri qəmərinin 711-ci ilində dünyasını dəyişib) Subulul Huda vər Rəşad kitabı, cild 12, səhifə 267, Təhqiq və Əlavələr edən: əş-Şeyx Adil Əhməd Əbdul Movcud, əş-Şeyx Əli Muhəmməd Muəvviz, Naşir: Darul Kutubul Elmiyyə - Beyrut - Çap: Birinci 1414 hicri qəməri tarixində 1993 miladi ilində.


Sələfilərin, vəhhabilərin, əhli sünnə vəl cəmaə tayfalarının dahi alimləri və ilham bəxş ediciləri İBNİ TEYMİYYƏnin İbn İshaq barəsində dedikləri:


وبن إسحاق اذا قال حدثنى فحديثه صحيح عند أهل الحديث .


Elə ki, İbni İshaq açıq aşkara bir hədisin eşitdiyini deyərsə, onun nəql etdiyi həmin hədis, Hədis alimlərinin və Əhli Hədisin yanında "səhih" və mötəbərdir. 5


(5) İbni Teymiyyə əl-Harani, Əhməd ibni Əbdul Həlim Əbul Əbbas (hicri qəmərinin 728-ci ilində dünyasını dəyişib), Kutub və Rəsail və fətava ibni Teymiyyə fil fiqh, cüz 33, səhifə 86, təhqiq edən: Əbdur Rahman ibni Muhəmməd ibni Qasim əl-Asimi əl-Nəcdi, Naşir: Məktəbətu İbni Teymiyyə, Cap: İkinci. İbni Teymiyyə əl-Harani, Əhməd ibni Əbdul Həlim Əbul Əbbas (hicri qəmərinin 728-ci ilində dünyasını dəyişib), əl-Fətava əl-Kubra kitabı, cild 3, səhifə23, təhqiq: Həsəneyn Muhəmməd Məxluf, Naşir: Darul Mərifə - Beyrut.


Alimlərin əza mərasimində sinə vurmaq


Zəhəbi Şafei alimi Cuninin yas mərasimi haqda yazır:


الإمام الكبير، شيخ الشافعيّة، إمام الحرمين ـ إلى أن قال: ـ توفي في الخامس والعشرين من ربيع الآخر ، سنة ثمان وسبعين وأربع مئة ، ودفن في داره ، ثم نقل بعد سنين إلى مقبرة الحسين ، فدفن بجنب والده ، وكسروا منبره ، وغلقت الأسواق ، ورثي بقصائد ، وكان له نحو من أربع مائة تلميذ ، كسروا محابرهم وأقلامهم ، وأقاموا حولا ، ووضعت المناديل عن الرؤوس عاما ، بحيث ما اجترأ أحد على ستر رأسه ، وكانت الطلبة يطوفون في البلد نائحين عليه ، مبالغين في الصياح والجزع .


Böyük İmam, Şafeilərin Şeyxi, İmamul Hərəmeyn (yəni Məkkə və Mədinə şəhərlərindəki Məscidul Həram və Məsciduln Nəbinin İmamı) Cunini ilk öncə öz evində torpağa tapşırdılar. Sonra onun cənazəsini eindən çıxardaraq Huseynin məqbərəsinə apardılar. Atasının kənarında bastırdılar. Onun mətəmində inbərini sındırdılar, bazarları bağladılar, onun müsibətinə görə xeyli sayda mərsiyələr oxudular, onun 400 tələbəsi var idi ki onların hammısı öz müəllimlərinin matəmində qələmlərini və qəlm qablarının hammısını sındırdılar. Bir il ona yas saxladılar və bir il müddət ərzində başlarına əmmamə qoymadılar... Onlar bu müddət ərzində şəhər səviyyəsində müəllimləri üçün nohə deyib mərsiyələr oxudular. Onlar müəllimlərinin əza məclisində coxlu fəryadlar çəkir, sinə və başlarına döyürdülər! (6)


(6) Seyr Əlamul Ənbiya kitabı, cild 18, səhifə 468 və 476. əl-Muntəzəm kitabı, cild 9, səhifə 20.

Arxiv


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment