Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Möminlərin Anası həzrəti Xədicənin (s) bu gün şəhadət günüdür

Möminlərin Anası həzrəti Xədicənin (s) bu gün şəhadət günüdür

İslam Peyğəmbəri Mömin və Mucahid Əmisi həzrəti Əbu Talibi (əleyhis səlam) itirərək əldən verdi. Üç gün sonra isə Ramazan ayının 10-da İslam peyğəmbəri ikinci böyük belarxası olan həzrəti Xədicə Xanımı itirərək əldən verdi. Bu iki itki ilə əlaqədar İslam Peyğəmbəri həmin ili "Amul Hüz" Hüzn İli adlandırdı...

Möminlərin Anası həzrəti Xədicənin (s) bu gün şəhadət günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün, Hicri Qəməri tarixi ilə Mübarək Ramazan ayının 10-u, Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfalı həyat yoldaşı, Möminlərin Anası, İslam Dinini ilk qəbul edən qadın, Öz sərvəti ilə İslamı yaşadan, Təqva, İman, İstiqamət, Möhkəmlik və Səbr Kasası olan həzrəti Xədicəyi Kubranın (səlamullahi əleyha) şəhadət günüdür.

Biz ABNA olaraq, bu hüznlü gün münasibəti ilə başda İmam Zaman (Allah Onun Şərafətli Zühurini Tezləşdirsin) həzrətlərinə, onun yer üzərindəki Haqq Naibi İmam Xameneyi cənablarına və bütün Müsəlman Dünyasına başsağlığı veririk.

Bu münasibətlə saytımızın hörmətli ziyarətçırinə Xanım Xədicəyi Kubranın (səlamullahi əleyha) həyatı haqqda qısa anlayışı təqdim edirik.

Xanım Xədicəyi Kubranın (səlamullahi əleyha) həyatı

Atası Xuveylid ibn Əbdül Qərra bin Quseyy bin Kilabdır. Hörmətli anası Fatimə binti Zaid ibn Əsəmmdir. Xanım Xədicəi Kubra Hicrətdən 55 il öncə (miladi tarixi ilə 567-ci ildə) Tək-Allahlı Bəni Haşim tayfasının dindar ailəsində dünyaya göz açıb. O, varlı və zadəgan bir qız xəylaqı olduğu üçün, ona müxtəlif tayfa başçılarından evləmək təklifləri irəli sürülürdü. Lakin həzrəti Xədicə elçilərini Tək-Allahlı olmadıqları səbəbuindən hamısına rəd cavabı verərək özünə tay bir şəxsin intizarın çəkirdi. Buna görə də, Xanım Xədicə ömründə bir dəfə, 28 yaşında olarkən ailə həyatı qurub və onun yeganə həyat yoldaşı da məhz 25 yaşlı İslam Peyğəmbəri həzrəti Muhəmməd İbn Əbdullah (səlləllahu əleyhi və alih) olub. Onların kəbini həzrəti Əbu Talib (əleyhis səlam) tərəfindən kəsilib.

İbni Əbbas bu haqqda deyir: "Həzrəti Xədicə Peyğəmbər ilə evləndiyi zaman onun 28 yaşı var idi" (Biharul Ənvar, cild. 16, səh. 3).

Əbul Qasim Kufi, Əhməd Bəlazəri, Ələmul Huda (Seyyid Murtəza) Şafi kitabında və Şeyx Tusi "Təlxisul Şafi" kitabında təkidlə bildirirlər: "Həzrəti Xədicə Xanım Peyğəmbər ilə evləndiyi zaman Əzra (Bakirə) idi."

Əllamə Məclisi də məhz bu nəzəriyyəni təyid edir...

Çünki əgər Peyğəmbərə ərə gedərkən Xədicənin 40 yaşı olmuşsa, besətdən 5 il sonra doğulmuş Həzrət Fatiməni (ə) dünyaya gətirərkən onun yaşının 60-ı keçdiyini qəbul etməliyik ki, bu da həqiqətə uyğun görünmür. İslam Peyğəmbəri Xədicədən əvvəl heç kəslə evlənməmiş, onunla evli olduğu müddət boyunca da başqa qadınla ailə qurmamışdır. Bu evlilikdən onların 1 ölvadı, həzrəti Xanım Fatimə (səlamullahi əleyha) dünyaya gəlib və onun barəsində Kövsər sürəsi nazil olub.

Xanım Xədicəyi Kubra (səlamullahi əleyha) İslamı qəbul edən ilk qadındır

Həzrəti Muhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər ilə Xanım Xədicəi Kubranın (səlamullahi əleyha) bərəkətli və xoşbəxt evliliklərindən 15 il ötürdü... Həzərti Muhəmməd Əmin (səlləllahu əleyhi və alih) tez-tez Həra Dağına gedir və Həra Mağarasında ibadətlə məşğul olurdu... Belə bir günlərdə o, Həra Mağarasında ibadətlə məşğul olduğu anda, rəsmən Allah Təala tərəfindən Peyğəmbərliyə təyin edildi... Xanım Xədicəyi Kubra (səlamullahi əleyha) ilk qadındır ki, İslam Dinin qəbul edərək Peyğəmbərə İman gətirib və Uca Allaha qul olduğunu iqrar etmişdir. İslam Peyğəmbəri bu haqqda buyurur: "Dünya qadınları sırasında Allaha İman gətirib, Muhəmmədin Peyğəmbərliyini qəbul edən ilk qadın Xədicə əleha salamdır."

Allah Cəllə Cəlaluh, Xanım Xədicəyə salam göndərir

Xanım Xədicənin məqmı o qədər yüksək idi ki, Alləah Təala dəfələrlə o həzrətə Həzrəti Cəbrail vasitəsi ilə öz salamını göndərib.

İmam Muhəmməd Baqir əleyhis səlam buyurur: "Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih) Meracdan qayıdarkən Cəbrailə xitab edərək buyurdu: Bir istəyin varmı? Cəbrail ərz etdi: İstəyim budur ki, Allahın və mənim salamımı Xədicəyə çatdlrasan." (Biharul Ənvar cild. 6 səh. 7)

Xanım Xədicənin (səlamullahi əleyha) İslamın təbliğindəki böyük rolu

Çox zadəgan bir qadın olan həzrəti Xədicə (səlamullahi əleyha) bütün var-dövlətini İslam Dinin yayılmasında və İslam Peyğəmbəri uğrunda ehsan etdi. O, bütün əmlakını həzrəti Peyğəmbərə bağışlamışdır. Belə ki, Xanım Xədicənin Şəhid olduğu an kəfənlik üçün parçası qalmamışdır...

Xanım Xədicənin (səlamullahi əleyha) şəhadəti

Artıq 7 il idi ki, həzrəti Peyğəmbər İslam Dinin ələni sürətdə təbliğ edirdi. Başda Əbu Sufyan və Hində lənətliklər olmaqla bütün Məkkə müşrikləri "Darul Nədvə"də yığışaraq İslam təbliğatının önün kəsmək məqsədi ilə Peyğəmbərə və onun az miqdarda olan ardıcıllarına ağır iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə başladılar. Sanksiyalar Muhərrəm ayının 1-dən başlayaraq üç il müddətində davam etdi. Bu müddət ərzində İslam Peyğəmbəri Müsəlmanlar ilə birlikdə Səfa və Mərva dağları ilə zbə-üz olan, və bu iki dağın 500 metirliyində yerləşən "Şibi Əbu Talib" məhəlləsinə sığınaraq, Əbu Talibə (əleyhis səlam) pənahəndə oldular... Sanksiyalar nəticəsində Müsəlmanlar yalnız həzrəti Xədicə səlamullahi əleyhanın sərvəti ilə dolanışıqların ödəyə bilirdilər... Artıq vəziyyət ağırlaşmışdır... Əbu Talib besətin 10-cü ili Ramazan ayının 7-də 3 il hicrətdən öncə Şibi Əbu Talibdə dünyasın dəyişdi. İslam Peyğəmbəri Mömin və Mucahid Əmisi həzrəti Əbu Talibi (əleyhis səlam) itirərək əldən verdi. Üç gün sonra isə Ramazan ayının 10-da İslam peyğəmbəri ikinci böyük belarxası olan həzrəti Xədicə Xanımı itirərək əldən verdi. Bu iki itki ilə əlaqədar İslam Peyğəmbəri həmin ili "Amul Hüz" Hüzn İli adlandırdı...

İmam Sadiq (əleyhis səlam) buyurur: "Xanım Xədicə dünyadan köçdükdən sonra həzrəti Fatimə (səlamullahi əleyha) Peyğəmbərə pənah apararaq, onun ətrafına dövr vurub deyirdi: "Atacan Anam haradadır?" Həzrəti Cəbrail nazil olaraq buyurdu: Ey Allahın Rəsulu! Pərvərdigarın Fatiməyə salam çatdırıb ona belə bildirməyivi əmr etdi: Anan Beheştə Zəbərcəd və Yaqutdan düzəldilmiş evin, stunları Qırmızı Yaqutdan olan Qızıl Otaqda, həzrəti Asiyə və Məryəmlə (əleyhiməs səlam) birlikdə əyləşib."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment