Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?

Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?

Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
Qısa cavab

1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır:

a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə);

b) Kəlami firqələr: Şiə və maturidiyyə;

v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə.

Əfqanıstanda fəaliyyətdə olan fiqhi məzhəblər:

a) Hənəfi fiqhi məzhəbi:

Əbu Hənifə Noman ibni Sabitin (150-ci ildə dünyadan gedib) ardıcılları. Əbu Hənifə şəri hökmləri istinbat edəndə öz səhabələri ilə məşvərət edirdi. Müəyyən bir rəy əldə etdiyi zaman onun yazılmasına göstəriş verir və ictihadda sırf fərziyyə üzündən olan məsələləri də tətbiq edirdi. Əbu Hənifə rəy əhlinin (şəxsi rəyə əməl edənlərin) başçısıdır. O, islami mənbələrdə əvvəlcə Qurana, sonra səhih sünnətə, daha sonra səhabələrin nəzəriyyəsinə müraciət edirdi. İbrahim, Şəbi və İbni Sirin kimi şəxsiyyətlərin nəzəriyyəsinə çatanda deyirdi: "Onlar da özlərinə görə ricaldır (elmi şəxsiyyət), biz də özümüzə görə ricalıq." Bundan sonra qiyas, istihsan, icma və ürfə müraciət edirdi.[1]

b) İmamiyyə şiə məzhəbi.

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in özü və onun Əhli-beytindən olan on iki imam məktəbinin ardıcılları. Bu fiqhin tutduğu yol əksər hallarda imam Baqir və imam Sadiq (əleyhiməs-salam)-ın nəzər və hədislərindən təsirlənmişdir. Şiə fiqhində mötəbər mənbələr aşağıdakılardır: Quran, sünnət (məsum şəxsin sözü, əməli və təqriri - başqasının əməlini görüb təsdiq ünvanı ilə bir söz deməməsi), məsumun sözündən hekayət edən icma - fikir birliyi, əql.[2]

Sələfilik. Bunlar özlərini sələflərə, yəni Peyğəmbər səhabələrinə və tabeinlərə mənsub edənlərdir. Bu firqə ilk dəfə dördüncü hicri əsrində zahir olan hənbəli qrupu idi. Onlar təsəvvür edirdilər ki, bütün rəyləri sələfin etiqadlarını dirçəldərək bu yolda mübarizə aparan Əhməd ibni Hənbələ gedib çatır. Sonra 7-ci hicri əsrində İbni Teymiyyə bu cərəyanı yenidən gücləndirdi, camaatı ona dəvət etməkdə daha artıq çalışdı, bu nəzəriyyəyə digər məsələləri əlavə etdi. Daha sonra on ikinci hicri əsrində Ərəbistan yarımadasında Məhəmməd ibni Əbdül-Vəhhab bu düşüncələri bir daha dirçəltdi ki, vəhhabilər indiyə qədər həmin fikirləri yaymaqdadırlar.

Sələfilərin tutduğu yol - öz gümanlarına əsasən - səhabə və tabeinin dövründə olan yoldur: Yəni guya onlar əqidələrini Allahın kitabından və Peyğəmbərin sünnətindən əldə edirlər. Əql ilə nəql arasında təzad yaranan zaman nəqlə üstünlük verirlər, təvildən və zahirin əksinə olan söz danışmaqdan ciddi şəkildə çəkinirlər. Sələfilər tövhidə, xüsusilə ibadətdə olan tövhidə həddindən artıq təkid edirlər, lakin bu barədə düzgün düşüncələri və təfəkkürləri olmadığına görə salehlərə hər növ təvəssül etməyi, onların qəbirlərini ziyarət etməyi tövhidlə zidd hesab edirlər.[3] Əfqanıstanda ciddi fəaliyyət göstərən, çox irticaçı və kobud rəftarlar göstərən, qaba və tünd qanunlar icra edən və dünya xalqlarının islama və müsəlmanlara bədbinliyinə səbəb olan taliban qrupu özlərini sələfilərə mənsub edirlər.

Əfqanıstanda fəaliyyətdə olan kəlam firqələri

a) Şiə (onun izahı yuxarıda verildi)

b) Maturidiyyə: Əbu Mənsur Məhəmməd ibni Məhəmməd Maturidinin (333-cü ildə dünyadan gedib) ardıcıllarına maturidilər deyilir. Bu məktəb Əşərinin kəlam məktəbi ilə eyni zamanda - dördüncü əsrin əvvəllərində vücuda gəlmişdir. Maturidi kəlami istidlal üslublarında əhli-sünnətin kəlam məktəbləri arasında şiələrə ən yaxın olanıdır. Bu məzhəbin əqidələrindən bəziləri aşağıdakılardır:

1. Allahın sifətləri barəsində təşbehin inkarı və bu barədə olan ayələrin təvili (başqa mənaya yozulması);

2. Əqli hüsn (gözəllik) və qübhə (qəbahətə) etiqad;

3. Qiyamətdə Allahın görünməsinin mümkünlüyü (şiələr bunu inkar edirlər);

4. Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etməsi. Baxmayaraq ki, onların bəziləri son dövrdə sifətlərin zata artırılmasına işarə etmişlər.[4]

Sufilik təriqətləri

a) Qadiriyyə: Hənbəli məzhəbində olan Əbdül-Qadir Gilaninin ardıcıllarıdır. Bu firqə bütün islam ölkələrində mövcud olan sufi firqələrinin ən geniş yayılmış növüdür. Qadiriyyə firqəsinin böyük şəxsiyyətləri - Əbdül-Qadir Cəzairi və Daruş-şikvədir.[5]

b) Nəqşbəndi. Məşhur nəzəriyyəyə görə bu firqənin əsasını qoyan şəxs 6-cı əsrdə yaşayan Əbdül-Xaliq Ğəcdəvanidir. Əlbəttə, hazırkı nəqşbəndilər 8-ci əsrdə yaşamış Bəhauddin Nəqşbəndə mənsub edilirlər.

Bu firqə qadiriyyə firqəsindən sonra ən geniş yayılmış sufi firqəsidir və hər hansı bir məntəqə ilə hüdudlanmır. Bu firqəni birinci xəlifəyə çatdırırlar, lakin onun şeyxləri silsiləsində imam Cəfər Sadiq (əleyhis-salam)-ın da adı vardır. Xacə Məhəmməd Parsa, Əbdür-Rəhman Cami və Şeyx Əhməd Sərhəndi kimi ariflər bu silsilədə təlim görmüşlər. Deyilmişdir ki, əksəriyyətdə olan sufi firqələrinin əksinə olaraq nəqşbəndiyyə firqəsinin arasında şiəliyə olan meyllər yoxdur.

Nəqşbəndi firqəsinin əsas prinsipləri: daim zikr, müraqibə və itaət halında olmaq.[6]

v) Çeştiyyə: Xacə Muinuddin Çeştinin (663-cü ildə dünyadan gedib) ardıcıllarıdır. Onların təlimatları mürid-murad, zikr, müraqibə və simadır (eşitmək). Zikrdə mürid təsəvvür etməlidir ki, şeyxi şəxsən onun yanındadır. Onların ədəb qaydalarından biri qocaların ayaqlarını öpmək və onların qarşısında səcdə etməkdir.[7]

2. Pakistan ölkəsində də çoxlu firqələr, məzhəblər və sufi təriqətləri vardır ki, onların içində ən çox fəaliyyətdə olanları aşağıdakılardır:

a) Fiqhi məzhəblər: hənəfi, şiə, hənbəli (sələfi);

b) Kəlam firqələri: şiə və maturidiyyə;

v) Sufi təriqətləri: divbəndiyyə, bəriluyyə, çeştiyyə, qadiriyyə.

Pakistanda fiqhi məzhəblər

a, b, v) Hənəfi, şiə və hənbəli (sələfi) barəsində yuxarıda izah verildi. Lakin burada bir məsələni xatırlatmaq zəruridir: hal-hazırda ciddi fəaliyyətdə olan, çoxlu terrorist əməliyyatları keçirən, imam Hüseyn (əleyhis-salam)-ın əzadar dəstələrinə hücum edərək onları qətliam edən, çox ağır cinayətlər törədən və müsəlmanlar üçün çox quru, kobud və ifratçı qanunlar təqdim edən "səhabə ordusu" dinin həqiqətini və məğzini dərk etmək istiqamətində çalışmaq əvəzinə dinin zahiri ilə kifayətlənir, özlərini sələfilərə mənsub edir və bununla öyünüb iftixar edirlər.

Pakistanda kəlam məzhəbləri

Maturudiyyə və şiə (onun izahı yuxarıda qeyd olundu)

Sufi təriqətləri

a) Divbəndiyyə

1297-ci ildə Hindistanda vəfat edən Şeyx Qasim Nanituyun vasitəsi ilə Səharənpur şəhərinin ətrafında yerləşən Divbənddə təsis edilən "Darul-ülum" mədrəsəsində mənsub edilir. Bu mədrəsənin təsis edənlərin əsas hədəfi islamın əsaslarını hənəfi məzhəbi əsasında gücləndirmək kimi qeyd olunmuşdur. Deyilmişdir ki, bu mədrəsənin rəislərinin məzhəbi etiqadda maturidi, fiqhdə hənəfi, təriqətdə çeştiyyə olmuşdur. Eyni zamanda nəqşbəndiyyə, qadiriyyə və söhrəvərdiyyəyə ehtiram qoyurlar.

Divbəndiyyənin etiqadlarından bəziləri: 1. Vəhdəti-vücud, 2. Sufiliyə mənsub olunan ədəb qaydaları, 3. Peyğəmbərlərin və övliyaların qəbirlərini ziyarət etməyin caizliyi, 4. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək məhzərinə təvəssül etməyin caizliyi, 5. İlahi sifətlər bölməsində bəzi ayələrin zahiri mənasının təvili (yozumu).

b) Biriluyyə. Bu məktəb Əhməd Rza Xan Biriliviyə mənsub edilir (1272-1340). Bu firqə qadiriyyə silsiləsindən olan sufi firqəsidir. Həqiqətdə biriluyyə, qadiriyyə firqəsinin böyüklərindən olan pir və miyanmirdir ki, İbni Ərəbidən çox ciddi şəkildə təsirlənmişlər. Buna görə də biriluyyənin vəhdəti-vücuddakı etiqadlarını və maturidiyyə əqidələrinin əsaslarını, o cümlədən əqli hüsn və qübh, Allahın zatı ilə sifətinin eyniyyət təşkil etməsini qeyd etmək olar. Əlbəttə, hal-hazırda bu firqə sufilikdən daha çox hədisə meyl edirlər.[8]

Mühüm məsələ: İngilislər Seyid Əhməd Biriluyə vəhhabiyyət ləqəbi vermişlər. Buna görə də adətən, onların yolunu davam edənlərə vəhhabiyyət ləqəbi verirlər. Amma məqsədləri məşhur vəhhabilik deyil və vəhhabilərin divbəndiyyə və bıriluyyə ilə əlaqələri tam mənada yaxşı deyildir. Lakin son zamanlarda onlarda hədisə meyl çoxaldığına görə vəhhabiliyə yaxınlaşmışlar, amma yenə də onlarla vəhhabilər arasında müəyyən fərqlər vardır.

Çeştiyyə və qadiriyyə firqələrinin izahı yuxarıda qeyd olundu.

Bu barədə əlavə məlumat almaq üçün vərəq altı haşiyələrdəki mənbələrə müraciət edə bilərsiniz.

 

[1] Zəmiri, "Fiqhi məktəblərdə tədqiqat, hənəfi məzhəbi bölməsi"; İslami, Rza, "Fiqh elminə müqəddimə", Qum elmiyyə hövzəsinin müdiriyyət mərkəzinin nəşriyyatı, 1384-cü il, 1-ci çap

[2] Əllamə Təbatəbai, "İslamda şiə"

[3] Fərmaniyan, Məhdi, "Sünnü məzhəbləri, sələfilər bölməsi", "Ədyan" nəşriyyatı, 1386-cı il, Qum, 1-ci çap

[4] "Əhli-sünnət firqələri", Cəlali, "Maturidiyyə" məqaləsi

[5] Qəni, Qasim, "Sufiliyin tarixi", "Zəvvar" nəşriyyatı, Tehran, 1383-cü il, 9-cu çap

[6] Yenə orada

[7] Zərrinkub, Əbdül-Hüseyn, "Dər costocuyi təsəvvüf"

[8] Yenə orada

 

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm

 
user comment