Azəri
Friday 19th of April 2024
0
نفر 0

Peyğəmbər(s)-ın vəfatı, İmam Həsən(ə)-ın şəhadəti günü anılacaq

Peyğəmbər(s)-ın vəfatı, İmam Həsən(ə)-ın şəhadəti günü anılacaq

31 dekabr (Səfər ayının 28-i) bəşəriyyətin nicatı üçün Allah tərəfindən seçilmiş sonuncu Peyğəmbər Rəsuli Əkrəmin(s) vəfatı və O Həzrətin əziz nəvəsi İmam Həsən Müctəbanın(ə) şəhadəti günüdür. Dünyanın iki milyardlıq müsəlman ümməti bu günü hörmətlə yad edəcək, əza saxlayacaqdır.

Peyğəmbər(s)-ın vəfatı, İmam Həsən(ə)-ın şəhadəti günü anılacaq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Allah-təalanın bizlərə və bütün aləmlərə rəhmət əzminin hidayət təcəllası olan xətmi-Rəsulullahı(s) vəfatı və O Həzrətin məsum Əhli-beytindən olan İmam Həsəni(ə) şəhadəti günündə anmaqla əza saxlamaq dünyanın 50 milyonluq müsəlman azərbaycanlılarının da üzərinə düşən müqəddəs vəzifədir.

Azərbaycan İslam Partiyası Peyğəmbər(s)-ın və ikinci İmamın şəhadətini anmaq, şəhidlər diyarı Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və dinimizin qorunması uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmək üçün bütün inanclı insanları, din, Vətən, torpaq təəssübkeşlərini bölgələrdə və paytaxtdakı "Şəhidlər xiyabanı"nda ziyarət etməyə dəvət edir.

Tədbirlər dekabrın 31-i, saat 11-00-da başlanacaq.

Allah ziyarətinizi və dualarınızı qəbul etsin. Amin!

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm
Bu gün Həzrəti Məsumənin (ə) Qum şəhərinə daxil olmasının 1178 ili qeyd ...

 
user comment