Azəri
Friday 26th of April 2024
0
نفر 0

"ZƏHZAH" HƏDİSİNİN ARAŞDIRILMASI

Qeyd olunan hədisdə Peyğəmbəri Əkrəmə (s) belə bir nisbət verilir ki, guya o Həzrət Əbu Talibi cəhənnəm atəşinin içindən, istinin nisbətən az olduğu yerə aparmış və beləliklə də əzabının yüngülləşməsinə səbəb olmuş, yaxud qiyamət günündə ona şəfaət arzu etmişdir

 

"ZƏHZAH" HƏDİSİNİN ARAŞDIRILMASI

Bəzi yazıçılar zəif və əsassız ravilərə istinadla Peyğəmbərdən aşağıdakı hədisi nəql etmişlər:


a) "(Onu Əbu Talibi) odla dolu bir yerdə tapdım, sonra onu "Zəhzah"a apardım."


b) "Bəlkə də qiyamət günündə mənim şəfaətim ona - Əbu Talibə fayda çatdıra, sonra cəhənnəm odunun "Zəhzah"ında qərar tutar ki, dərinliyi ayaqlarının çıxıntısına qədər çatar, belə ki, onun beyni qaynayar."


Əbu Talibin aydın imanını göstərən çoxlu dəlillər və rəvayətlər namərdcəsinə olan bu töhmət və iftiranın (Zəhzah hədisinin) əsassızlığını isbat edir. Lakin məsələyə aydınlıq gətirmək üçün "Zəhzah" hədisini iki yöndən araşdırırıq:


1-Onun sənədlərinin əsassız olması


2-Onun mətninin Allahın kitabı və Peyğəmbər sünnəsi ilə müxalifliyi.

 

ZƏHZAH HƏDİSİNİN SƏNƏDLƏRİ ƏSASSIZDIR

 

Qeyd olunduğu kimi "Zəhzah" hədisinin raviləri aşağıdakılardır: Süfyan ibn Səid Suri, Əbdülməlik ibn Ümeyr, Əbdül Əziz ibn Məhəmməd Dəravərdi və Leys ibn Səd. İndi sünnülərin rical alimlərinin (onlar mühəddislərin hansı vəziyyətdə olmalarını araşdırırlar) bu barədə sözlərinə istinad edərək adları qeyd olunan ravilərin vəziyyətini araşdırırıq:


Süfyan ibn Səid Suri. Əbu Əbdillah Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi (sünnülərin böyük şəxsiyyətli alimidir) onun barəsində belə deyir: "Süfyan ibn Suri zəif ravilərdən saxta (qondarma) hədisləri hekayət edirdi." Bu göstərir ki, Süyfan Suri hədisləri təhrif edir, zəiflərdən, yaxud vəziyyətləri aşkar olmayan ravilərdən hədis nəql edirdi. Deməli, onun hədisləri etibar dərəcəsindən düşür.


Əbdülməlik ibn Ümeyr. Zəhəbi onun barəsində yazır: "Onun ömrü uzun oldu, hafizəsində xələl yarandı." Əbu Hatəm deyir: "Onun hədisi qoruyub saxlamaq qüdrəti yox idi, hafizə qüvvəsi də dəyişilmişdi." Əhməd ibn Hənbəl də deyir: "Əbdülməlik ibn Ümeyr zəif və səhvlə doludur (yəni əsassız və saxta rəvayətləri nəql edir)." İbn Muin deyir: "O, düzgün olmayan hədisləri düzgün hədislərlə qarışdırmışdır." İbn Xəraş deyir: "Şöbə də ondan razı deyildi". Kushəc, Əhməd ibn Hənbəldən hekayət edir ki, o, Əbdülməlik ibn Ümeyrin zəif olduğunu demişdir. Bu sözlərin məcmusundan aydın olur ki, Əbdülməlik ibn Ümeyr aşağıdakı sifətlərə malik olmuşdur: Hafizəsiz və unutqandır; zəifdir (rical elmi istilahında), yəni onun rəvayətlərinə etimad olunmaz; səhvləri çoxdur; düzgün hədisləri yanlışlrla qarışdırırmış. Aydındır ki, bu sifətlərdən hər biri təklikdə Əbdülməlik ibn Ümeyrin hədislərinin əsassız olduğunu göstərir, halbuki onda bu sifətlərin hamısı mövcuddur.


Əbdül Əziz ibn Məhəmməd Dəravərdi. Sünnülərin rical alimləri tərəfindən unutqan və hafizəsiz hesab edilmiş və demişlər ki, onun rəvayətlərinə əsaslanmaq olmaz. Əhməd ibn Hənbəl onun barəsində söyləmişdir: "Hər vaxt hifzdən (əzbərdən) rəvayət desəydi əsassız və dəxli olmayan mətləblər ortaya çıxardı." Əbu Hatəm də onun barəsində "sözlərinə əsaslanmaq olmaz" qənaətinə gəlib. Əbu Zəraə onu "səyyiul-hifz", yəni hafizəsi pis olan şəxs kimi təqdim etmişdir.


Leys ibni Səd. Rical elmində yazılan sünnü kitablarına müraciət etməklə aydın olur ki, adları Leys olan ravilərin hamısı tanınmaz və məchul, yaxud zəif adamlar olmuşlar ki, onların hədislərinə etimad etmək, dəlil gətirmək düz deyil. Leys ibn Səd də rəvayətlərdə zəif və laqeyd xarakterizə olunur. Belə ki, hədis eşitmək və rəvayəti nəql etdiyi şəxslər barəsində səhlənkarlıq edirmiş. Yəhya ibn Muin onun barəsində deyir: "Leys ibn Səd rəvayəti nəql edən adamlar barəsində, eləcə də hədis eşitməkdə səhlənkarlığa yol verirdi." Nəbati onu zəiflər cərgəsində bilmiş, haqqında özünün yalnız zəif ravilərə yer ayırdığı "Ət-təzlilu ələl-kamil" kitabında bəyan etmişdir.


Deməli, "Zəhzah" hədisinin raviləri son dərəcə zəifdirlər və onların hədisinə etimad etmək olmaz.


MƏZMUNU ALLAH KİTABI VƏ PEYĞƏMBƏR SÜNNƏSİYLƏ UYĞUN GƏLMİR


Qeyd olunan hədisdə Peyğəmbəri Əkrəmə (s) belə bir nisbət verilir ki, guya o Həzrət Əbu Talibi cəhənnəm atəşinin içindən, istinin nisbətən az olduğu yerə aparmış və beləliklə də əzabının yüngülləşməsinə səbəb olmuş, yaxud qiyamət günündə ona şəfaət arzu etmişdir. Halbuki Quran ayələri və Peyğəmbər sünnəsinə əsasən peyğəmbərlərin şəfaəti və əzabın yüngülləşdirilməsi yalnız möminlər və müsəlmanlara aiddir. Əgər Əbu Talib kafir olsaydı belə, Peyğəmbər heç vaxt onun əzabını yüngülləşdirə, yaxud şəfaət edə bilməzdi.


Deməli, hətta Əbu Talibi kafir hesab edənlərin öz sözlərinə əsasən, "Zəhzah" hədisinin möhtəvasının əsassızlığı sübuta yetir. İndi isə bu məsələni Allah kitabı və Peyğəmbər sünnəsi əsasında aydınlaşdıraq:


- Qurani-Kərim buyurur: "Cəhənnəm atəşi kafirlər üçündür, nə onlar üçün ölüm gəlib çatar ki, ölsünlər, nə də onların əzabı yüngülləşdirilər. Biz kafirlərə belə cəza verərik!"


- Peyğəmbərin (s) sünnəsi də kafirlər üçün şəfaəti inkar edir. Əbuzər Qifari Peyğəmbərdən (s) belə nəql edir: "Mənim şəfaətim ümmətimdən müşrik olmayanlara çatar."


Deməli, "Zəhzah" hədisinin mətni də Əbu Talibi kafir hesab edənlərin sözünə görə əsassızdır, Allahın kitabı və Peyğəmbər (s) sünnəsi ilə müxalifdir.


Qeyd olunanlardan məlum olur ki, "Zəhzah" hədisi həm sənəd, həm də məzmun və mətn baxımından etibarsızdır və ona istinad etmək olmaz. Beləliklə, Əbu Talibin qüvvəli imanını sarsıtmaq üçün sığınacaq kimi istifadə edilən saxta hədis batil olur və Qüreyş mömini, Peyğəmbəri-Əkrəmin ən yaxın silahdaşının parlaq çöhrəsi daha nurani bir simada cilvələnir.

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment