Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? Ayəsinin təfsiri necədir? Bu ayəni sünnü alimlərindən hansı biri qüdrət, qüvvət, vasitəsiz yaradılış və əl mənasına təfsir etmişdir?

ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? Ayəsinin təfsiri necədir? Bu ayəni sünnü alimlərindən hansı biri qüdrət, qüvvət, vasitəsiz yaradılış və əl mənasına təfsir etmişdir?

Salam əleykum! Cad surəsinin 75-ci ayəsində Allah buyurur: Adəm (ə.s)-ı əllərimlə yaratmışam. Bu və bunu kimi mütaşabih ayələri (yədun) əhli- sünnə alimlərindən kimlər qüdrətə,qüvvətə,vasitəsiz yaratmağa (qüvvət qüdrət) yozub təfsir ediblər? Əhli-sünnə alimlərinin adı nə qədər çox olsa, çox yaxşı olar.Surə və ayələridə deyin ki, elektron versiya ilə orjinalını tapaq. Qabaqcadan təşəkkür edirəm!
Qısa cavab
Sual olunan ayədə oxuyuruq:
« قال یا ابلس ما منعک ان تسجد لما خلقت بیدی استکبرت ام کنت من العالین[1] »
Bəzi sünnü təfsir alimləri[2] və mütəkəllimləri o cümlədən Əbul Həsən Əşəri[3] (biyədəy) kəlmısini onun zahiri mənasında yəni (əl) mənasında olduğunu bildirərək deyir Allah iki əli ilə həzrət Adəmi (ə) yaratdı. Bu cür təfsir Allahın cism olmasına dəlalət edir ki, həmin mücəssəmə və müşəbbəhə məzhəblərinin səhv düşüncələridir. Mücəssəmə və Müşəbbəhə məzhəbləri Allah təalanı oxşar bilərək onun yer və məkana ehtiyacı olduğunu bilir və deyirlər: Ərşdə yeri var və ayaqları kürsüdədir, baş, əl və bədən üzvünə sahibdir; və bir halda ki, yer və məkan yoxdur yəni heç bir həyatda yoxdur[4].
Əşairə məzhəbi inanır quran və rəvayətdə Allah üçün qeyd olunan hər bir sifət, zahirdə olan mənasında təfsir olmalıdır; baxmayaraq ki, cismi sifətlər kimi olsun, o cümlədən ayaq, əl, üz və digər üzvlər. Bu cür bir halda özlərini müşəbbəhə və mücəssəmə məzhəblərindən uzaq bilmək üçün (bila təşbih) və ya (bila kəyf) ibarətlərini bu cür sifətlərlə birlikdə deyirlər[5]. Lakin bu cür nəzəriyyələr düzgün deyil və Allah cism deyildir; çünkü cism məhduddur və Allahın varlığı üçün nöqsan sayılır; misal üçün əgər Allah cism olarsa lazımdır ki, xüsusi bir məkanda qərar tutsun və əgər Allah bir məkan və yerdə qərar tutarsa digər yerlər Allahın vücudundan boş qalacaqdır, bir halda ki, Allah hər bir yerdədir və hər bir yer onun nəzərindədir[6].
Bundan əlavə şiyə təfsir alimləri və mütəkəllimləri[7] və hətta sünnü məzhəblərindən bəzi təfsir alimləri[8] ayədə olan (yədəy) kəlməsindən məqsəd Allahın qüdrəti mənası olduğunu təfsir etmişdirlər.
Şübhəsiz ki, (yədəy) zahirdə olan iki əl mənasında deyil; çünkü O hər növ cism və bədən üzvlərindən uzaq və pakdır. Ayədə işarə olunan əl
(ləmma xələqtu biydəyi)- dən məqsəd Allahın qüdrətidir[9], lakin iki əl qeyd olunması, Adəmin yaranmasında Allahın kamil qüdrətinə işarə olunur. [10] Bəzi təfsirlərdə zikr olunmuşdur iki əldən məqsəd Allahın qüdrət və nemət əli (qüdrəti) deməkdir, yəni hansı şey sənə mane olsa səcdə edəsən o şeyə ki, onu qüdrət və nemət əlimlə yaratdım?!
İnsan öz qüdrət və gücünü həyata keçirmək üçün əlindən istifadə etdiyi üçün, insanlar arasında da bu mənada dana çox istifadə olunur. O cümlədən bəzi vaxtlar deyilir:- Müəyyən bir ölkə hər hansı bir dəstənin əli ilə işarə olunur və yaxud müəyyən bir məscid və ya bina bir şəxs tərəfindən tikilmişdir. Bəzi vaxtlar deyilir: -Mənim əlim çatmır sənin əlin doludur; bu cür yerlərdə bədən üzvü olan əl mənasında istifadə olunmur, bəlkə bütün bunlar qüdrət mənasından kinayədir. Lakin insan bütün işləri iki əli ilə həyata keçirdiyi üçün və iki əl vasitəsi ilə iş görmək də diqqət və nəzərə alınır; Ayədə də iki əl kəlməsinin zikr olunması Allahın insan yaradılışında xüsusi inayəti və diqqətindən kinayədir.[11] Bunun üçün də ayənin düzgün tərcüməsi ibarətdir: "dedi: Ey iblis! Sənə hansı şey mane oldu ki, öz qüdrətimlə yaratdığım məxluqa səcdə edəsən?! - Təkəbbür etdin, yoxsa layiqlilərdən idin?! (sənə əmr olunan səcdə hökmündən üstün idin!)".

[1] - Sad surəsi, ayə 75
[2] - Bax: Təbəri, Əbu Cəfər Məhəmməd ibn Cərir, Camiul- bəyan fi təfsiril- quran, cild 23, səh 119, Darul mərifət, Beyrut, birinci çap, 1412 qəməri. Surabadi, Əbubəkr Ətiq ibn Məhəmməd, Surabadi təfsiri, təhqiq: Səidi Sircani, Əli Əkbər, cild 3, səh 2147, Fərhənge nəşre no, Tehran, birinci çap, 1380.
[3] - Bax: Zəhəbi Şəmsuddin Məhəmməd ibn Əhməd, Əlğluv lil Əli əl- Ğəffar fi izahı səhihil əxbar və səqimiha, təhqiq, Əbu Məhəmməd Əşrəf ibn Əbdul Məqsud, səh 217, Məktəbətul əzva əl sələf, Riyaz, birinci çap, 1416; Alusi, Noman ibn Mahmud, Cəlaul Əynəyn fi muhakimətil Əhmədəyn, səh 253 və 463, mətbəətul mədəni, 1401 qəməri.
[4] - Məşkur, Məhəmməd Cavad,Fərhənge firəqe islamı, səh 390, Astan quds rəzəvi, Məşhəd, ikinci çap,1372 şəmsi.
[5] - Pejuheşkədeye təhqiqate islamı, Fərhənge Şiyə, səh 79, Zəmzəme hedayət, Qum, ikinci çap, 1386, Cami Əli, Əbu Əhməd Məhəmməd, Əl sifatul ilahiyyə fil kitab və əl- sünnə əl- nəbəviyyə fi zəvil isbat və əl- tənziyə, səh 160, əl- məclis əl- elmi bil camiətil islamiyyə, Əl- mədinətul munəvvərə, birinci çap, 1408 qəməri.
[6] - Bax: Allaha iman və təcəssum məsələsi, sual 1211, Quran nəzərində Allahın cism olmaması, sual 20147, Allahı tanımağın mümkün olması, sual 98, Şiyə və Sünnü və Allahı görmək, sual 8408.
[7] - Feyz Kaşani, Molla Möhsün, Əl- əsfa fi təfsiril quran, təhqiq, Dirayəti, Məhəmməd Hüseyn, Neməti, Məhəmməd Rza, cild 2, səh 1076, Təbliğate islamı, Qum, birinci çap, 1418 qəməri; Şərif Lahici, Məhəmməd ibn Əli, Təfsiri Lahici, təhqiq, Hüseyni Ərməvi (mühəddis) Mir Cəlaluddin, cild 3, səh 844, Nəşre dad, Tehran, birinci çap, 1373; Şeyx Səduq, Əl- Etiqadat, səh 23- 24, Əl- Mötəmirul Aləmi lil- Şeyx əl- Mofid, Qum, ikinci çap, 1414.
[8] - İbn Aşur Məhəmməd ibn Tahir, Əl- Təhrir və əl- tənvir, cild 23, səh 191; Nəvəvi Cavi, Məhəmməd ibn Ömər, Mərah libəydi likəşfi məna əl- quranil- məcid, təhqiq: Əl-Sənavi, Məhəmməd Əmin, cild 2, səh 322, Darul kitab əl- elmiyyə, Beyrut, birinci çap, 1417; İbn Ətiyyə Əndolosi, Əbdul- həqq ibk Ğalib, Əl - Muhərrərul - Vəciz fi təfsiri əl- kitabil- əziz, təhqiq: Əbdul- Şafi Məhəmməd, Əbdul- Salam, Darul kitab əl- elmiyyə,Beyrut, birinci çap, 1422.
[9] - Məkarim Şirazi Nasir, Numunə təfsiri, cild 19, səh 338, Darul kitab əl- islamiyyə, Tehran, birinci çap, 1374.
[10] - Bax: Lahici təfsiri, cild 3, səh 844, Kaşani, Molla Fətulla, Mənhəc əl- Sadiqin fi ilzamil müxalifin, cild 8, səh 69, Məhəmməd Həsən Elmi kitabxanası, Tehran, 1336.
[11] - Məkarim Şirazi Nasir, Numunə təfsiri, cild 19, səh 338, Darul kitab əl- islamiyyə, Tehran, birinci çap, 1374.


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment