Azəri
Friday 29th of March 2024
0
نفر 0

Qurani-Kərimdə danışığın qaydası barədə

Qurani-Kərimdə danışığın qaydası barədə

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər
Agentliyi- Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri də danışmaq nemətidir.
"Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər
cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində
olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman"
4).

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və
alih) ən böyük möcüzəsi olan Quran da kəlmələrdən ibarətdir.

Nitqdə fəsahətə malik olmaq çox
mühümdür. Belə ki, Həzrət Musa (əla nəbiyyina və alihi və ıleyhi səlam) Allaha
belə dua edir ki, dilimdəki diyinləri aç ki, sözlərimi deyə bilim.

Bəli, danışmaq insanın möcüzəvi əsasıdır.
Quran bizlərə danışmaq ədəbini öyrədir və buyurur: "İtaətkarlıq və gözəl söz
onlar üçün daha yaxşıdır". ("Muhəmməd (səlləllahu əleyhi və alih) 21). Başqa
yerdə buyurur: "İnsanlarla xoş dillə danışın". ("Bəqərə" 83).

Allah buyurur: "Və Mənim bəndələrimə de
ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən
gözəlini seçsinlər)". ("İsra" 53).

"Əyri söz(lər)dən uzaq olun". ("Həcc"
30).

"Onlara nəsihət ver və yetərli və
canlarına təsir edən söz de". ("Nisa" 63).

Allah Təala bu ayədə bizlərə əmr edir
ki: "Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki,
onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər". ("Ənam" 108).

"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri
yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə)
onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan"
63).

Allah Təala bu ayələrdə danışıq meyarını
tanıdır: "Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət
etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də
müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan
kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!".
("Zumər" 17-18).

Allah Musaya (əla nəbiyyina və alihi və
ıleyhi səlam) və Haruna (əla nəbiyyina və alihi və ıleyhi səlam) xitab edərək
buyurur: "Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə
yaxınlaşdı)". ("Taha" 44).

Bu ayələrdən belə nəticə çıxartmaq olar
ki, hər bir insan söz danışan zaman onu aydın tələffüz etməli və yaxşı sözlərdən
istifadə etməlidir. Söyüşdən, təhqirdən uzaq olmalıdır. Eşitdiyi hər bir sözü
ölçüb-biçməli və sonra ona əməl etməlidir.

Beləliklə deyə bilərik ki, nitq -
Allahın bizə əta etdiyi ən böyük nemətlərdəndir. İlahi ayələr bizə həyatın hər
bir sahəsində yardım etdiyi kimi, danışıq ədəbini öyrənməkdə də bizə kömək
edir. Danışıq insanın daxilindən xəbər verər və ona görə də danışıq tərzimizi
Allah istəyən kimi edək, həm Onun və həm də insanların sevimlisi olaq.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə
istinad lazımdır

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment