Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Rəbiul Sani ayının 10-u həzrəti Məsumənin (əleyha salam) Şəhadət günüdür

Rəbiul Sani ayının 10-u həzrəti Məsumənin (əleyha salam) Şəhadət günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Miladi tarix ilə 10 Fevral, 2014-cü ilə təsadüf edən tarix həzrəti Fatiməi Məsumənin (səlamulahi əleyha) Şəhadət günüdür.

Biz ABNA olaraq bu hüzünlü günləri başda Zamanın Sahibi İmam Məhdi (Allah Təala onun şərafətli zühurunu tezləşdirsin) cənablarına, o həzrətin haqq naibi İmam Xamenei həzrətlərinə, Ali Təqlid Mərcələrinə və bütün ağıl sahiblərinə təsliyyət ərz edirik.

Həzrəti Fatiməi Məsumənin (əleyha salam) Həyatı

Həzrəti Məsumə (səlamullahi əleyha) çirkinliklərdən uzaq, ən gözəl əxlaqi və davranış sifətlərinə sahib olan, kəramət, dirayət abidəsi, təqvada, böyüklükdə bənzərsiz və cəza gününün şəfaətçisidir. O, həzrəti Zeynəb (səlamullahi əleyha) kimi bir duruş sərgiləyərək İslam düşmənlərinin həqiqi üzünü ortaya qoymuşdur.

Zilqədə ayının birinci günü həzrəti Məsumənin (səlamullahi əleyha) mübarək doğum günüdür. Anası həzrəti Fatımatüz Zəhranın (səlamullahi əleyha) isməti, şərafəti onda təcəlli etmişdir. O, cənnət qadını, ibadət və yalvarışın iksiri, çirkinliklərdən uzaq, yaradılışın gözəl qoxulu şəbnəmləri. Bütün ailə fərdləri əxlaqi fəzilətlərlə bəzənmiş olan bir ailədə dünyaya gəlmişdir. İbadət və zöhd, təqva və pəhrizkarlıq, doğru danışan, xoşgörüş, çətinliklər qarşısında istiqamətli, comərdlik, fəzilətli və Allahı zikr etmək kimi sifətlər bu pak ailənin ən diqqətə çarpan xüsusiyyətlərindəndir.

Əziz atası imam Musa Kazım (əleyhi səlam) Şəhid olduqdan sonra, dəyərli böyük qardaşı İmam Rza (əleyhis səlam) bacı və qardaşlarının təhsil, tədris və tərbiyəsini öz öhdəsinə götürdü.

İmam Rzanın (ə.s) qardaşlarına olan diqqət və əlaqəsi onların uca məqamlara çatmasına səbəb oldu. Həzrəti Məsumə (sa) haqqında deyilən sifətlər İmam Razadan (ə.s) sonra o Xanımın həzrəti İmam Kazımın (ə) uşaqları arasında ən uca məqamlara çatanı olduğu bildirilir.

Hz. Məsumənin atası on iki Günahsız imamlardan Yeddincisi İmam Musa Kazımdır (əleyhis səlam). İmam Musa Kazım (as) öz zamanında İlahi elmlərin daşıyıcısı, yer üzündəki insanlar arasında İlahi höccət; elm, təqva, zöhd və digər uca fəzilətlər cəhətdən bənzərsiz idi. Çox az yatar, gecələrini ibadətlə keçirər, səcdə halında saatlarla Allah Təala ilə münacat edərdi. Bir çox gecələr özünü tantmadan kasıbların evlərinə müraciət edərək şəfqətli bir ata kimi onların evinə lazımlı olan ehtiyac maddələrini daşıyardı. Gündüzləri isə xalqı haqqa hidayət etməklə məşğul olur və zalımlar vasitəsiylə təhrifə uğramış olan dinin həqiqətlərini açıqlayardı.

Hz. Məsumənin anası iffət, iman və takvasıyla tanınan və İslami elmlərə vaqif Nəcm adında möhtərəm bir xanımdır. O İslami elmləri Hz. İmam Cəfər Sadiqin (əleyha salam) xanımı Həmidədən öyrənmişdir.

Həmidə belə deyir: Nəcmə bizim evə gəldiyi gün, Peyğəmbəri (səlləllahu əleyhi və alih) röyamda gördüm mənə belə buyurdu: "Ey Həmidə Nəcməni oğlun Musa ilə evləndir. Çünki yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcəkdir."

Həmidə deyir ki mən Rəsulullahın (səlləllahu əleyhi və alih) əmri ilə Nəcməni oğlum Musaya aldım və ondan İmam Rza dünyaya gəldi.

Xorasana Səfər

Abbasi xəlifələrinin yeddincisi olan Məmun (Allahın lənəti ona olsun), Şiələrin qıyamını yatırtmaq üçün, həzrəti İmam Rzanı (əleyhi səlam) Mədinədən Xorasana məcburi sürtdə dəvət etdi. Bu barədə, İmama çox məktublar göndərdi və nəhayət zorla İmamı Xorasana gətirtdi. Məmun (əleyhi lənə) ilk əvvəl siyasi addım ataraq xilafəti İmama təklif etdi, amma İmam (as) qəbul etmədi. Daha sonra vəliəhd (admin: Yəni xəlifədən sonra xilafətə keçəcək şəxs) olmağı təklif etdi. İmam (ə.s), Məmunun hiylələrindən xəbərdar olduğu üçün yenə, ilk əvvəl qəbul etmədi, amma daha sonra Məmunun israr və təhdidiylə, vəliəhdliyi, məmləkətin siyasi işlərinə qarışmamaq şərti ilə, zahirdə qəbul etdi. İmam (ə.s) qoyduğu bu şərtlə, Məmunun hökumətindən razı olmadığını Müsəlmanlara bir daha izah etdi.

Həzrəti Məsumənin Şəhadəti və Dəfni

Məmunun, İmam Rzanı (əleyhis salam) Mədinədən Mərv şəhərinə gətizdirdikdən bir il sonra , yəni Hicrətin 201- ci ildə həzrəti Məsumə (əleyha səlam) qardaşını görmək üçün, ailəsi ilə birlikdə 50 nəfərlik karvan ilə Mədinədən Xorasana doğru hərəkət etdi. [1]

Bu səfərdə həzrəti Masuməni qardaşları Fəzl, Cəfər, Hadi, Qasim və bir neçə qardaşı oğlu və bir neçə xidmətçi ilə birlikdə idi. Həzrəti Məsumə xanım hansı şəhər və kəndə çatırdısa qardaşı İmam Rızanın zülmükar padşahların əlində əsir olduğunu və Qəsbkar Əbbasi sülaləsinə qarşı olduğunu və vəliəhdliyi məmləkətin siyasi işlərinə dəxalət etməməsi şərti ilə qəbul etməsinin bir daha zülmə qarşı mübarizənin davam etdirdiyini söyləyirdi.

Bu minvanla həzrəti Məsumənin (əleyha səlam) olduğu karvanı İranın Savə şəhərinə çatdığda, Əhli Beyt düşmənləri xalqın (Sinni və Şiə camaatının) Əbbasi sülaləsinə qarşı qiyamlara yenidən əl atacağlarından qorxaraq, onların karvanına hücum etdilər. Amansız hücumda həzrəti Məsumənin (əleyha səlam) qardaş və qardaşı oğlanlarından 23 nəfəri baş verən qarşıdurma nəticəsində Şəhid oldular.

Qum şəhərinin xalqı bu xəbəri eşidincə köməyə tələssələr də hadisə yerinə çatdıqlarında artıq həzrəti Məsumənin (əleyha seəlam) yaxınlarından çoxu Şəhid olmuşdur. Düşmən qüvvələri Həzrəti Məsuməni (əleyha səlam) zəhərləməyə də nail olmuşdular, bəzi tarixçilər isə həzrəti Məsumənin bu hadisədən xəbərdar olduqda keçirtdiyi hüzn və kədər nəticəsində şiddətli bir şəkildə xəstələndiyini yazırlar.

Xanım Məsumə (əleyha səlam), '' Burayla Qum Şəhəri arasındakı məsafə nə qədərdir?'' - deyə soruşdular. On fərsəx deyə cavab verdilər. Xanım Məsumə daha sonra, ''Məni Quma aparın'' deyə buyurdular . Və sözlərinə bunu əlavə etdilər ki, "Mən Atalarımdan eşitdim ki, Qum şəhəri bizim Şiələrimizin məkanıdır[2]''.

Həzrəti Məsumə (əleyha səlam), Hicri Qəməri tarixi ilə 201 ildə Rəbiul Əvvəl ayının 23-də Qum şəhərinə çatdılar.

Nəql edilən səhih hədislərə görə, Xanım Məsumənin (əleyha səlam) Qum şəhərinə daxil olduqda, Qumun ağsaqqallarından biri olan Əşəri qəbiləsinin başçısı Musa ibn Xəzrəci olmaqla Qum əhalisinin sıx toplum bir qrupu, Həzrəti Məsuməni (əleyha səlam), qarşıladılar. Və çoxlu dəvə və qoyunları qurban kəsdilər.

Xanım Məsumənin (əleyha səlam) Qum şəhərində, Qumun ağsaqqallarından biri olan Əşəri qəbiləsinin başçısı Musa ibn Xəzrəcinin xahişi ilə onun evinə yerləşdilər.

Həzrəti Məsumə (əleyha səlam), Musa ibn Xəzrəcin evində olduğu müddətcə, daim qardaşı İmam Rızanı (əleyhi səlam) xatırlayıb ayrılığından ötəri gözyaşı tökürdü. Xanım Məsumənin (səlamullahi əleyha) olduğu ev hazırda Beytun Nur adı ilə tanınan Qum şəhərinin "Çehelopənc metri Əmmar Yasir, Meydani Mir" məhəlləsində yerləşən"Sittiyə" mədrəsəsi yaxınlığındakı evdir.

Xanım Məsumə, Musa ibn Xəzrəcin evində on yeddi gün qaldı, Rəbius Sani ayının onunda, 201 Hicri Qəməri ildə Qum şəhərində Şəhadətə yetdi.

Bu nəqlə görə həzrəti Məsumə Şəhid olduqda doğumundan 27 il 4 ay və on gün keçirdi.

Həzrəti Fatime Məsumə (əleyha səlam), Şəhid olduqdan sonra ona qüsul verib , kəfənlədilər və sonra Qumda olan Babilan adlı qəbiristanlığa dəfn etmək üçün apardılar.

Nəqlə görə , kimin həzrəti Məsumənin pak nəşini məzara qoyacağı barəsində, Xəzrəci ailəsi arasında ixtilaf meydana gəlmiş və sonunda hamısı, Qədr adlı saleh bir yaşlının bu vəzifəni boynuna götürməsi barəsində ittifaq etmişlər.

Bu şəxs gəlib cənazəni dəfn etmək istədikdə, birdən çölün qumlu tərəfindən üzü örtülü iki süvarinin sürətlə gəldiyi görünür. Bu iki süvari, Xanım Masumənin pak cənazesinin yanına gəlib atlarından endilər, cənazə namazını qıldılar, sonra həzrəti Məsumənin cənazəsini torpağa tapşırdılar və daha sonra çıxıb getdilər. Bunlar İmam Rza (əleyhis səlam) ilə yeganə oğlu İmam Məhəmməd Təqinin (əleyhis səlam) idi.

İlk öncə Musa ibn Xazrəc, qəbrin üzərinə həsirdən bir kölgəlik tikdi, daha sonraları doqquzuncu İmam həzrəti Məhəmməd Təqinin (əleyhis səlam) qızı həzrəti Zeynəb, Quma gəldi və o mütəhhər məzarın üzərinə bir qübbə inşa etdirdi.

--------------------------------------------------------------------------------

[1] - Şeyx Abbas Qumi, Muntəhəl Amal s.161

[2] - Səqqazadə Təbrizi, "Dəryayi Suhən".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment