Azəri
Friday 6th of August 2021
157
0
نفر 0
0% این مطلب را پسندیده اند

İSLAMDA ƏR VƏ ARVADIN HÜQUQLARI

İSLAMDA ƏR VƏ ARVADIN HÜQUQLARI

İslamda ailə

Hüseyn Ənsariyan

 

AİLƏ HÜQUQU

Ər və arvadın qarşılıqlı hüquqları Quranda və rəvayətlərdə lazımınca qeyd olunmuşdur. Belə ki, bu hüquqlara nəzər salarkən, onların İslamın möcüzələrindən olduğu qənaətinə gəlmək olar. Çünki heç bir din ər və arvad hüquqlarına bu şəkildə toxunmamışdır. Qiyamətə qədər də İslamdan qeyri heç bir din belə bir gücə malik olmayacaqdır.

Bu qarşılıqlı hüquqların bir hissəsi vacib, digər bir hissəsi isə müstəhəbdir. Vacib hüququn tərk olunması qarşı tərəfin keçmədiyi surətdə qiyamət əzabına səbəb olur. Müstəhəbin tərk olunması isə həyatın şirinliyini azaldır.

Bu vacib və müstəhəb hüquqların böyük bir hissəsi «Vəsail» kitabının 20, 21 və 22-ci cildlərində qeyd olunmuşdur. Burada həmin hüquqlara ehtiyac olduğu qədərincə toxunur, digər hissəsinin mütaliəsini isə oxucuların öz öhdəsinə qoyuruq.

Öncə təbərrük olaraq, bu mövzuda bir neçə Quran ayəsini qeyd etmək istərdik:

«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin» (Nisa surəsi, 19)

«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır».

«Onların zövcələri barəsində nə hökm etdiyimizi, əlbəttə, bilirik»( Əhzab surəsi, 50).

İshaq ibn Əmmar deyir: «Həzrət Sadiqdən (ə) soruşdum: «Qadının kişi üzərində olan haqqı nədir? Hansı ki, onu həyata keçirdikdə əməlisaleh olur». İmam (ə) buyurdu: «Qadının kişi üzərində olan haqqı onu lazımınca qidalandırmaq, geyimlə təmin etmək və xanım səhv etdikdə bağışlamaq». Daha sonra belə buyurdu: «Atamın daim onu incidən bir xanımı var idi. Lakin atam onu bağışlayırdı».

İmam Sadiq (ə) həzrəti Peyğəmbərdən (s) nəql edir: «Vəhy əmini (Cəbrayıl) qadını o qədər tapşırdı ki, mən talağın yalnız zina olduqda caiz olduğunu sandım»; «Allah arvadı ilə öz arasındakı bütün məsələlərə lazımınca riayət edən şəxsə rəhmət etsin. Çünki ailə qurmağı Allah insana bəxş edərək, kişini qadının himayəçisi etmişdir»; «Ailəsinin hüquqlarını pozan şəxs Allahın rəhmətindən uzaqdır»; «Sizin ən yaxşınız ailəsi üçün ən yaxşı olanınızdır. Mən ailəm üçün sizin hamınızdan yaxşıyam»; «İnsanın ailəsi onun ixtiyarındadır. Allah yanında ən yaxşı şəxslər, ixtiyarında olanlarla yaxşı davrananlardır».

157
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ələddin məlikov
Habil və Qabil kim ilə evlənmişdi?
10 HƏDIS (6)
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-6
NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
DÖRD MÜHÜM VƏZİFƏ
İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ-2
Yaxşılıq haqqında hədislər
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?

latest article

Ələddin məlikov
Habil və Qabil kim ilə evlənmişdi?
10 HƏDIS (6)
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-6
NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
DÖRD MÜHÜM VƏZİFƏ
İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ-2
Yaxşılıq haqqında hədislər
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?

 
user comment