Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Müaviyyə (lən) Qurandan necə qorxdu

 Müaviyyə (lən) həccə gedən zaman Mədinədə qaldığı küçədən keçirdi. Keçdiyi yerdə bir qrup Qureyşlini görür. Onlar Müaviyyəni görən kimi ayağa qalxırlar, İbni Abbasdan başqa.
Müaviyyə İbni Abbasa deyir: “Ey İbni Abbas! Necə olur ki, dostların ayağa qalxır, ancaq sən yox? Bu ancaq mənə qarşı bəslədiyin qəmə görədir. Mənimlə Siffeyndəki döyüşə görədir. Ey İbni Abbas! Mənim əmim oğlu Osmanı məzlumcasına qətl etdilər”.
İbni Abbas dedi: Ömər ibni Xətabı da qətl etdilər. Xilafəti onun oğluna burax.
Müaviyyə dedi: Öməri müşrik biri qətl etdi.
İbni Abbas dedi: Bəs Osmanı kim qətl etdi?
Müaviyyə dedi: Müsəlmanlar onu öldürdülər.
İbni Abbas dedi: Bu ki, sənin hüccətini daha çox aradan aparır. Sənin ziyanına sona çatır. Əgər müsəlmanlar onu öldürüblərsə, deməli haqlı və yerində ediblər.
Müaviyyə dedi: Biz hamıya bağışlanma kağızı yazmışıq. Ona görə dilii saxla.
İbni Abbas: Yəqin ki, bizə Quranı qadağan edirsən?
Müaviyyə: Yox.
İbni Abbas: Yəqin deyirsən ki, biz Quran oxuyuruq, ancaq Allahın orada nə deyəcəkləri ilə işimiz olmamalıdır. Bu haqda sözün yoxdur?
Müaviyyə: Bəli.
İbni Abbas: Quranı oxumaq vacibdir, yoxsa ona əməl etmək?
Müaviyyə: Əməl etmək.
İbni Abbas: Əgər ayələrin məqsədini başa düşməsək və bilməsək ki, bizdən nə istəyir, ona necə əməl edə bilərik?
Müaviyyə: Mənasını başqasından soruşarıq.
İbni Abbas: Quran mənim qohumlarıma və əhli-beytimə nazil olmuşdur. Onun mənasını necə ola bilər ki, ali-Əbu Süfyandan, yəhudidən, xristiandan soruşam?
Müaviyyə: Sən ali-Əbu Süfyanı yəhudilərlə bir sıraya qoyursan?
İbni Abbas: Səni o zaman onlarla bir sıyara qoymuşam ki, ümmətə Qurana əməl etməyi və onu qəbul etməyi və Quranda olanları qadağan etmisən.
Müaviyyə: Yaxşı, onda Quran oxu. Ancaq Allahın siz Əhli-beyt (ə) üçün nazil etdiyini oxu. Peyğəmbərin (s) buyurduqlarını nəql etməyin.
İbni Abbas: “Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”. (“Tövbə” 32).
Müaviyyə: Ey İbni Abbas! Dilini saxla, canını qoru. Əgər danışmaqdan baqşa çarən olmasa gizləndə danış. Heç kim səndən bunu eşitməsin”.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment