Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

HARAM MAL

HARAM MAL

 

İslamda ailə

Hüseyn Ənsariyan

 

Həzrət Peyğəmbər (s) buyurur: «Allah-təala buyurmuşdur: «Malı haradan qazanmağına etina etməyən şəxsi qiyamətdə hansı qapıdan oda daxil edəcəyimə etina etməyəcəyəm»; «Qeyri-halal yolla qazanc əldə edən şəxsin qazandıqları onun cəhənnəm azuqəsi olacaq».

Zəkatı, xümsü və digər şəri hüquqları ödənilməyən var-dövlət harama qarışmış halaldır. Ondan istifadə etməyə icazə yoxdur. Ailəyə haram və ya harama qarışmış mal yedirtmək böyük bir günahdır.

Əli (ə) buyurur: «Ən pis sərvət Allahın haqqı (xüms, zəkat) ödənilməyən (çıxarılmayan) maldır».

İmam Baqir(ə) buyurur: «Allah qiyamət günü bəzilərini qəbirlərindən çıxarıb məhşərə gətirəcək. Mələklər onları məzəmmət edərək deyəcəklər: «Bunlar həmin şəxslərdir ki, Allah bunlara var-dövlət bəxş etmişdi, lakin öz mallarından haqqı olanlara verməmişdilər».

İmam Həsən (ə) buyurur: «Malı islah etmək mərdlik nişanəsidir».

Əziz qardaşlar! Ailələrinin tərbiyəsinə, maddi xərclərinə görə məsuliyyət daşıyanlar! Sabah ailə quracaq şəxslər! Siz ailənizə onların vacib haqlarını borclusunuz. Hansı ki, İslam fiqhində «nəfəqə» adı altında araşdırılmışdır. Onlar sizin işinizə, kəsbinizə, ticarətinizə məsul deyildirlər. Qiyamət günü sizin iş vəziyyətinizdən xəbərdar olmadıqları halda, bu haramı öh

dələrinə götürməyəcəklər. Haram kəsbin cəhənnəmi də haram qazananındır. Onu qazanan iki əzaba ‒ bir əzaba haram mal qazandığı, digər əzaba isə digərlərinə haram yedirdiyi üçün ‒ düçar olacaq. Öz gəlirinizə diqqət yetirin. Allahın halalı ilə kifayətlənin, haramdan uzaq durun. Qazancınızdan vacib hüquqları çıxarın ki, dünya və axirətiniz abadlaşsın.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR

 
user comment