Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Allahın ərşı nə deməkdir

Allahın ərşı nə deməkdir

Quran ayələrinin bəzilərində ərş kəlməsinə və bu kimi ayələrər rast gəlirik. “Əraf” 54, “Yunus” 3, “Taha” 5, “Furqan” 59, “Hədid” 4 kimi.
Ərş nə deməkdir?
Ərş lüğətdə o şeyə deyirlər ki, üstündə tavanı olsun. Qədim insanların adəti belə idi ki, yerə mütəkkə düzüb, oturmaq üçün xüsusi yer düzəldərdilər. Hər bir evin bu cür bir guşəsi var idi və bir-birindən fərqlənirdi. Bu adət get-gedə dəyişilir və sultanlar, şahlar özləri üçün taxt düzəldirlər. Onu ərş adlandırırlar. Ancaq bu taxtın əhəmiyyəti mütəkkədən daha üstün idi. Ərş və taxt mənaları ona görə yaxınlaşdı və padşahlara aid olan yer mənasını verdi. İnsanlar bu adı eşidən zaman sultanın və ya padşahın insanları idarə etmək üçün üzərində oturduğu taxtı nəzərdə tuturdular.
Bəzi Quran ayələrinə müraciət edək:
“Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir». (“Tövbə” 129).
“(Həmin gün) mələkləri Rəbblərinə şükür etməklə birlikdə, Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən”. (“Zumər” 75).
Bəzi ayələrdə isə ərşin su üzərində yerləşməsi vurğulanır. Hədislərə nəzər salanda görmək olur ki, ərş sözünün müxtəlif mənaları vardır. Onlardan biri varlıq aləminin hökuməti, biri varlıq aləminin məcmuəsi, biri yuxarı aləm, biri kürsü, təbiət aləmindən üstün mənalarında işlənir.
Allahın əzəməti o qədər böyükdür ki, onu xəlq dili ilə təsəvvür etmək mümkün deyildir. Çünki insan dili vasitəsilə Allahın əzəmətini olduğu kimi çatdıra bilmir. Allahın ərşi alimlərin nəzərinə görə bir işarədir. Onların nəzərinə görə bu işarənin ehtimalları bunlardır:
- Allahın ərşi o şeydir ki, bəşər onu dərk etməkdə acizdir. Ancaq onun adını bilir.
- Allahın ərşi - həmin Mülki Əladır, yəni kainat aləmidir. Onlar Peyğəmbərin (s) bu sözünə istinad edirlər: “Yeddi qat səma və yeddi yer kürsünün qarşısında geniş səhrada halqadan başqa bir şey deyildir. Allahın kürsüsü də ərşi qarşısında bu nisbətdədir”.
- Allahın sonsuz elmi.
- Allahın hakimiyyəti və malikiyyəti.
- Onun Kamal və Camal sifətləridir. Çünki onların hər biri Allahın məqamının bəyan edənidir. Necə ki, sultanların taxtı əzəmətlərinin nişanəsidir.
Bu ehtimallar içərisində düzgün olanı o ehtimaldır ki, Allahın pak zati sifətlərinə qayıdır.
İmam Sadiq (ə) ərş sözünü Allahın peyğəmbərlərinə öyrətdiyi elm, kürsü sözünün isə heç kimin agah olmadığı elm kimi təfsir etmişdir.
Beləliklə deyə bilərik ki, Allah hər yerdədir, onun xüsusi bir məkanı və yeri yoxdur. Çünki, Onun müqəddəs varlığı biz insanlar kimi məhdud deyildir ki, bir yerdə oturub, qalxsın. Ərş sözü Allaha nisbət verilən bir rəmzdir ki, Allahın öz mülkünə səltənətliyinə işarə edir. Bu mənada ki, heç bir kiçik və böyük bir canlı yoxdur ki, Onun iradəsindən kənarda olsun. Öz dəqiq hökuməti sayəsində hər bir varlıq öz kamalına yetişər, hər bir hacət sahibinin hacətini yerinə yetirər.
“İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur”. (“Yunus” 3).


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment