Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK

İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK

 

İslamda ailə

Hüseyn Ənsariyan

 

Bir hədisdə deyilir: «Bir şəxs süd qabı ilə həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, «Bu südlə iftarınızı açın»-deyə xahiş edir. Həzrət «Bu süd kimindir?»-deyə soruşur. Həmin şəxs deyir: «Bunu sizin üçün bir qadın göndərmişdir». Rəsulullah «Qayıt və bu südü haradan əldə etdiyini soruş!»-deyə buyurur. Həmin şəxs qadının evinə qayıdaraq, Peyğəmbərin sualını ona çatdırır. Qadın «Öz qoyunumdan sağmışam»-deyə bildirir. Həmin şəxs qadının sözlərini Peyğəmbərə çatdırır. Həzrət buyurur: «Qayıt və o qoyunun haradan əldə olunduğunu soruş!» Həmin şəxs qadının evinə gəlib Rəsulullahın sualını soruşduqda, qadın «Öz zəhmətimin bəhrəsidir»-deyə cavab verir. Şəxs qadının bu cavabını da Həzrətə çatdırdıqdan sonra Həzrət buyurur: «İndi bu südlə iftarımı açaram».

Həmin günün sabahı südü göndərən qadın Peyğəmbərin yanına gələrək, keçən gecə qabın bir neçə dəfə qaytarmasının səbəbini soruşduqda Həzrət (s) buyurdu: «Allah biz peyğəmbərlərə haram yeməməyi əmr etmişdir».

Peyğəmbərin (s) bu davranışı bütün müsəlmanlar üçün bir ibrət dərsidir. Onlar bu davranışdan dərs alaraq halal və haram mövzusunda diqqətli olmalı, bu beş günlük həyatda ağır yüklər altına girməməlidir. Belə ki, bu yükün altından çıxmaq çox çətin, bəlkə də qeyri-mümkündür.

Rəsuli-əkrəm (s) buyurmuşdur: «Halal qazanc dalınca getmək hər bir müsəlman kişi və qadına vacibdir»; «Halal qazanc hər bir müsəlmana vacibdir»; «Halal qazanc ardınca getmək bir növ cihaddır»; «Behişt qapıları alın təri ilə halal ruzi yeyən şəxsin üzünə açılacaq və hansı qapıdan istəsə, daxil olacaq»; «İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal qazancdadır».

İmam Rza (ə) buyurur: «Ailəsinin xərcini təmin etmək üçün Allahın mərhəmətindən ruzi uman şəxsin savabı, Allah yolunda döyüşən döyüşçünün savabından çoxdur».

İmam Baqir (ə) buyurur: «Camaat qarşısında öz iffət-nəfsini qorumaq, ailəsini yaşatmaq və qonşularına mərhəmət göstərmək üçün qazanc əldə edən şəxs, qiyamət günü çöhrəsi on dörd gecəlik ay kimi nur saçan bir halda Allahla görüşəcəkdir».

Həzrət Sadiq (ə) buyurur: «Abrını qorumaq, borcunu ödəmək üçün pul qazanmayan adamın faydası yoxdur».

Xatəmül-ənbiya (s) buyurur: «Gecəni halal mal qazanmağın yorğunluğundan yatan şəxs bağışlanır»; «Allah bəndəsini halal ruzi qazandığı halda görməyi sevir».

Hədislərdə qeyd olunduğuna görə, ruzinin az və ya çox olması yalnız və yalnız bəndənin yüksək məqamlar kəsb etməsi üçün bir imtahandır. Ruzinin azlığına səbir edən, harama əl uzatmayan və ruzinin çoxluğuna şükür edən şəxs imtahandan üzüağ çıxır.

Mömin şəxs ruzinin azlığından narahat, çoxluğundan da məst olmur. Ruzi az olduqda onunla uyğunlaşır, çox olduqda isə yeyir, yedirir və ilahi vəzifələrini həyata keçirməyə səy göstərir.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...

 
user comment