Azəri
Friday 19th of April 2024
0
نفر 0

Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları

İmam Həsən (əleyhissəlam) onun sülhünə etiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:

«Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim əgər tərəfdarım olsaydı gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir batində isə bizim düşmənlərimizlə əlbirdirlər.»

İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bəzi məsələlərə işarə edib buyurmuşdur:

«Nə dinləri nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi vədələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə beyət etsəm öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.

And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm yəqin bilin ki Bəni–Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su çörək istəyəcəklər. Hansı ki həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni–Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»

Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:

«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...»

Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha nə qədər ki hökumət Bəni–Üməyyənin əlindədir xoş həyat görməyəcəksiniz.»

Bu tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.


source : http://www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

 
user comment