Azəri
Friday 29th of March 2024
0
نفر 0

İBRƏTAMİZ BİR HADİSƏ

İBRƏTAMİZ BİR HADİSƏ

Islamda ailə

Hüseyn Ənsariyan

Anamın ata-anası yetmiş ilə yaxın bir yerdə, olduqca səmimi bir həyat sürdülər. Vacib və müstəhəb əməlləri böyük eşqlə yerinə yetirərdilər. Gecə namazını, Quran oxumağı, imamların ziyarətini, məzhəbi məclislərin keçirilməsini, qonaqpərvərliyi, camaatın problemlərini həll etməyi, qohumlara baş çəkməyi və camaat namazını ömürlərinin sonuna qədər unutmadılar. Atamın ata-anası da eynilə bu şəkildə əlli ildən çox ömür sürdülər.
Məhərrəm ayının əvvəllərində, əzadarlıq günlərində anamın anası dünyasını dəyişdi. Lakin anamın atası olduqca sağlam idi. Anamın anasını dəfn etdikdən sonra qohumlar məclis üçün elan yazıb vurmaq istəyirdilər. Babam onlara dedi: «Səbir edin, sabah axşam xiftən namazından sonra mən də dünyadan köçəcəyəm, hər ikimiz üçün bir məclis keçirərsiniz».
Hamı narahat oldu. Babam onlara ürək-dirək verdi. Buna heç kim inana bilmirdi, amma sabah gecə namazının salamından sonra Allah-təalayla raz-niyaz edərək dedi: «Ey Rəbbim! Ehtiyacı olanların dadına çatacağına vəd vermisən. İndi mən qiyamət yolçusuyam, ehtiyacım var, dadıma yet». Sonra kəlimeyi-təyyibəni deyərək, səccadənin yanında dünyadan köçdü.
Hər ikisini bir qəbirdə dəfn etdilər. Bir gecə onu yuxuda gördüm. Harada olduğunu soruşdum. Cavab verdi: «Mən və həyat yoldaşım üç gün dəfn olunduğumuz yerdə qaldıq. Ondan sonra bizi imam Hüseynin (ə) yanına apardılar. İndi bərzəx aləmində gözəl bir həyat sürürük».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...

 
user comment