Azəri
Friday 29th of March 2024
0
نفر 0

TƏQVA VƏ ƏDALƏT

TƏQVA VƏ ƏDALƏT

İslamda ailə

Hüseyn Ənsariyan

Qadın və kişi bir-birlərinə qarşı olan islami vəzifələrini yerinə yetirməlidirlər. Bütün bunlar yalnız təqva

 və ədalət sayəsində mümkündür.

Təqva pis əməllərdən çəkinmək, bəyənilməz davranışdan uzaq olmaq, ədalət isə bütün məsələlərdə ifratdan, təfritdən çəkinmək deməkdir.

Qadının kişiyə, yaxud kişinin qadına zülm etməsi, az da olsa belə, pisdir. Kişi qadınla davranışında onun yaradılış xüsusiyyətlərini nəzərə almalıdır. Allah da bir çox məsuliyyətləri qadının öhdəsinə qoyduqda onun bacarığını, qüvvəsini nəzərə almışdır.

Qadının zəif cəhətləri kişinin gözəl rəftarı ilə örtülməlidir. O, kişi ilə döyüşəcək səviyyədə deyildir ki, ev mübarizə meydanına çevrilsin. Bu mövzuda iki rəvayətə nəzər salaq:

Əmirəl-möminin (ə) imam Həsənə (ə) yazdığı bir məktubda çox mühüm məsələlərə toxunur. Belə məsələlərdən biri olan qadın yaradılışı haqqında buyurur: «Həqiqətən, qadın güc mənbəyi deyil, bir dəstə xoş ətirli güldür».

İmam Sadiq (ə) buyurur: «Behişt əhlinin çoxu zəif qadınlar zümrəsidir. Ulu Tanrı onların zəifliyini bildiyi üçün onlara mərhəmət göstərmişdir».

Buna görə də, kişi Haqqın buyurduqlarına əsasən qadınla son dərəcə yumşaq, mülayim davranmalı, ona qarşı azacıq da olsa, zülmü rəva bilməməlidir.

Qadın da öz növbəsində bilməlidir ki, əri öz ailəsini rahat yaşatmaq və onların hər bir ehtiyacını ödəmək üçün min bir əziyyətə qatlaşır. Yuxusuzluğa, uzaq səfərlərin narahatlığına dözür. Buna görə də qadın ona xoş üz göstərməli, təbəssümlə, təmkinlə onun əziyyətlərinə şərik çıxmalıdır.

Bəli, təqva, ədalət, gözəl əxlaq, təşəkkür, səmimiyyət hamısı qadın və kişinin həyatları boyunca malik olduqları fəzilətlər olmalıdır. İnsanlar bu fəzilətlər sayəsində gözəl həyat sürə bilərlər.

Qadının əri ilə, kişinin də həyat yoldaşı ilə gözəl rəftarı İslamda, şiə rəvayətlərində qeyd olunan ən mühüm məsələlərdəndir. Belə ki, onların mətnindən əlavə, sayı belə adamı təəccübə vadar edir.

Zülm bir zərrə qədər olsa da, zalımı ağır cəza gözləyir.

Kişi qadının sahibi deyil, ona görə də hər istədiyini etməyə ixtiyarı yoxdur. Qadın da tam azad deyil, ona görə də hər istədiyini edə bilməz.

Qadın və kişi üçün İslam tərəfindən təyin olunmuş vəzifələr mövcuddur. Onlar yalnız bu məsuliyyətlər çərçivəsində addımlamalı, onun hüdudlarından kənara çıxmamalıdırlar. Əks təqdirdə, zülm edərək onun acı nəticəsi ilə qarşılaşacaqlar.

Qadının kişiyə, kişinin də qadına etdiyi zülm haqqında həzrət Peyğəmbərdən (s) bir rəvayət nəql olunmuşdur. Ona diqqət yetirmək yerinə düşərdi: «Hər hansısa bir şəxsin onu incidən arvadı olarsa, onun razılığı olmadan arvadının heç bir əməli qəbul olunmaz. Ərini incidən qadın bilməlidir ki, bu işini davam etdirdiyi halda, cəhənnəmə daxil olan ilk şəxs olacaq. Baxmayaraq ki, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirsin, Allah yolunda qul azad etsin və sədəqə versin». Sonra həzrət buyurdu: «Belə bir çətinlik arvadını incidən, ona zülm edən kişiyə də aiddir. Həmin kişi gündüzləri oruc tutub, gecələri ibadətlə keçirsə belə, Allah yolunda qul azad edib, bütün var-dövlətini Onun yolunda xərcləsə də cəhənnəmə zalım kimi daxil olan ilk şəxs olacaq».

Bu xüsusiyyətlərə malik kişi və qadınlar bilməlidirlər ki, Allah-təala Quranda zalımlara qarşı böyük nifrət bəslədiyini bildirir: «Allah zülm edənləri sevməz».

Qadın və kişi bilməlidir ki, zülm yalnız cismə verilən işgəncə deyil. Qəzəbli baxış, sərtlik göstərmək, təmkinli olmamaq, təhqir, söyüş – bütün bunların hamısı zülmün bariz nümunəsidir.

Ərinə zülm edən qadın, arvadına zülm edən kişi həqiqi müsəlman deyil. O, hidayət yolunu azmış bir şəxsdir: «Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar».

Həzrət Peyğəmbər (s) buyurur: «Behiştlə bəndə arasında yeddi aşrım mövcuddur. Bu aşırımların ən asanı ölümdür». Ənəs «Ən çətini hansıdır?»-deyə soruşduqda, Rəsulullah buyurdu: «Məzlumlar zalımların yaxasından tutduqları bir vəziyyətdə Allah dərgahında dayanmaq».

Əli (ə) buyurur: «Bəndələrə zülm axirətin ən pis azuqəsidir»; «Zülm yolları azdırır, neməti alır, millətləri həlak edir»; «And olsun Allaha, əgər bir qarışqadan arpa qabığını almaq qədərincə günah etmək üçün (zülm etmək üçün) yeddi iqlimi mənə versələr, qəbul etməz və bu zülmü o heyvana rəva bilmərəm. Həzrət Peyğəmbər (s) qarışqanın ağzı, əli və ya ayağı ilə daşıdığı şeyi yeməyi qadağan etmişdir».

Rəsuli-əkrəm (s) buyurmuşdur: «Zülm etməkdən qəti şəkildə çəkinin. Həqiqətən, zülm qiyamət gününün zülmətidir».

Bir şəxs Peyğəmbərə (s) dedi: «Mən qiyamət günü işıqlı, nurlu (bir yerdə) olmaq istəyirəm». Həzrət (s) buyurdu: «Heç bir kəsə zülm etmə və qiyamətdə işıqlı, nurlu (bir yerdə) ol».

İmam Sadiq (ə) buyurur: «Hər bir zülm küfrdür. Günahsız xidmətçini döymək də bu küfrdəndir

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...

 
user comment