Azəri
Thursday 28th of March 2024
0
نفر 0

TƏƏCCÜB DOĞURAN İXLAS

TƏƏCCÜB DOĞURAN İXLAS

İslamda ailə

Hüseyn Ənsariyan

İxlaslı və Əhli-beyt aşiqi olan, uzun müddət ünsiyyətdə olduğum, əxlaqından dərs aldığım alimlərdən biri nəql edirdi: «İlahiyyat elmləri sahəsində təhsil almaq üçün Qum şəhərinə daxil oldum. O zaman Qum hövzəsinin rəisi Ayətullah hacı şeyx Əbdülkərim Hairi idi.

Bir müddət keçdikdən sonra məni bir Əhli-beyt müsibətləri zikr edən şəxs kimi ona tanıtdırdılar. Məndən müəyyən zamanlarda Əhli-beyt müsibəti oxumağımı istədi. Yavaş-yavaş tanınmağa başladım. Həzrət Hüseyni (ə) yad edənlər arasında olduğum üçün fəxr edirdim. Cümə axşamlarından birində şəhərin aşağı tərəfində yaşayan alimlərdən birinin evinə dəvət olundum. Orada məndən minbərə çıxıb nitq söyləməyimi istədilər. «Nəhcül-bəlağə»dən bir neçə cümlə oxuyaraq, bir neçə dəqiqə ölüm haqqında danışdım. Ev yiyəsi məclisin sonuna qədər ağladı. Məni növbəti cümə axşamına da dəvət etdilər. Növbəti cümə axşamı oraya getdikdə ötən həftəkindən bir az sadə, aşağı səviyyədə danışmağımı xahiş etdilər. «Keçən həftə danışdığın sözlər nə vaxt onun (ev yiyəsinin) yadına düşürsə, ağlayır»-deyə bildirdilər. Sonra isə onun ixlası haqqında heyranedici bir hadisə danışdılar:

Ailə qurmamışdı, subay yaşayırdı. Bizim təkidimizin heç bir faydası yox idi. Bir müddətdən sonra bu təklifi qəbul etdi. Ərə getməmiş gənc bir qız təklif olundu. Qızı gördükdə mənfi cavab verdi. Bir müddət sonra qara üzlü, çirkin, üç uşaqlı bir dul qadınla ailə qurduğunu eşitdik. Heyrət bizi bürüdü. Bunun səbəbini soruşduqda dedi: «İlk bakirə qızı görüb bəyəndim. Nə qədər çalışdımsa, bu evlənmək niyyətimi yalnız Allaha tərəf yönəldə bilmədim. Ondan əl çəkdim. Əri vəfat etmiş, qazanc gətirəni olmayan bu qadını gördüm. Üç uşağı yetim qalmışdı, heç bir şəxs onunla ailə qurmağa hazır deyildi. Bu an niyyətimi xalisləşdirmək üçün böyük bir fürsət yarandığını gördüm. Yalnız Allaha görə ailə qurdum. Bunun həqiqi qarşılığını qiyamətdə alacağam».

Əli (ə) ixlas haqqında buyurur: «Xoş o şəxsin halına ki, əməli, elmi, məhəbbəti, kini, alıb-almamağı, danışığı, sükutu, davranışı və sözü yalnız Allaha görədir».«İxlas ən gözəl aqibətdir»;«Nicat ixlasdadır»;«İxlas ibadətin (qəbul olunma) meyarıdır»;Həzrət Rəsulullah buyurur: «Xoş ixlaslı şəxslərin halına! Onlar hidayət nurudurlar. Hər bir fitnə və zülmət onlardan uzaqdır».

İmam Əskəri (ə) ixlasın yüksək dəyəri haqqında buyurur: «Əgər bütün dünyanı bir loğma halında ixlasla Allaha ibadət edən şəxsə yedizdirsəm, haqqını ödəmədiyimi düşünərəm».

Həzrət Peyğəmbər (s) buyurur: «Bütün əməllərinizi ixlasla, yalnız Allaha görə edin. Həqiqətən, Allah yalnız ixlaslı, Ona görə görülmüş işləri qəbul edir».

«Tam ixlas bütün haramlardən çəkinməkdir».

Əmirəl-möminin (ə) buyurur: «Allahdan qeyri məqsədi olan şəxs məhv olar».

Əgər həva-həvəs hakimiyyəti, şəhvət hegemonluğu olmazsa, hər bir əməldə ixlas gülü daxili gülzarda çiçəklənər və onun xoş ətri həyatı başdan-başa bürüyər.

Evlənməyin təməlini ixlas üzərində quran kişi və qadın, həyat yolunu bu cığırla gedən ailə çox gözəl bir həyat sürürlər: «De ki, Mənim namazım, ibadətim, həyatım və ölümüm də aləmlərin rəbbi Allah üçündür!»

Vacib əməllərdə riya əməlin batil olmasına, mubah işlərdə isə dəyərdən düşməsinə səbəb olur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
AİLƏ

 
user comment