Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə İçərişəhər "Cümə" məscidi dini icmasının fəal xanımları uşaqlar üçün gözəl sürpriz hazırlamışlar. Xanımların səyi və zəhmətləri nəticəsində, kukla tamaşası təşkil edilmişdi.
İlk tamaşanın yaxın günlərdə qoyulması nəzərdə tutulmuşdur. "Dostluq bağçası" adlanan bu tamaşada 10-dan artıq personaj, o cümlədən, Göyərçin, Xal-xal, Ağca, Xalxalam, Bozat, Quzu, At, Qumral, Mərcan, Nənə, Baba və digərləri canlandırılacaq.
Allah Təala bu və bu kimi bütün gözəl təşəbbüslərə bərəkət versin! Xəbər xidməti
source : http://deyerler.org