Azəri
Friday 26th of April 2024
0
نفر 0

Ey inanlar

«Nəml» surəsinin 38-40-cı ayələrində Allah-təala belə buyurur: (Elçinin getməsindən sonra Süleyman; «Ey öndə gələnlər! Onlar mənə təslim olub gəlmədən öncə, sizdən kim onun taxtını mənə gətirə bilər?» dedi.

Cinlərdən bir ifrit dedi: «Sən yerindən qalxmamışn, mən onu sənə gətirərəm və şübhə yox ki, mən, əlbəttə etibar edə biləcək bir gücə sahibəm» dedi.

Kitaba aid bir məlumata sahib olan dedi ki: «Mən göz qırpımında onu sənə gətirə bilərəm». Elə bu an (Süleyman) taxtı yanında duran vəziyyətdə gördükdə dedi: «Bu, Rəbbimin lütf və ehsanındandır…»

Bilqeyisin o böyük və əzəmətli taxtı, uzun məsəfədən, bir göz qırpımından daha tez bir şəkildə gətirilməsi, aciz məxluqun işi deyildir. Bu işin qeyri-adi bir şey olduğu bəllidir. Həzrəti Süleyman (ə) bu işin əmələ gəlməsi üçün İlahi bir qüdrət lazım gəldiyini bildiyi halda, Allahdan taxtın gətirilməsini istəmədi. Əksinə, onu gətirmək üçün aciz bir məxluqdan yardım istədi. Bilavasitə ətrafında olanlardan o taxtın gətirilməsini istədi. Həzrət Süleymanın (ə) aciz yaranmışlardan belə bir istəkdə olması bunu göstərir ki, yaranmışlardan bir işin etməsini istəmək, mütləq olaraq şirk deyildir.

Allah-təala dünyanı, səbəblər dünyası olaraq yaratmışdır. Şirk qəlbə aid olan bir şeydir. İnsan birindən bir şey istədiyi zaman, onu Allah, ya da Allahın şəriki olaraq görməzsə, ondan istəyini istəməsi əsla şirk sayılmaz. Çünki bu əməl, insanların yanında normal olan şeylərdəndir; çünki insanlar davamlı şəkildə, Allahın adını çəkmədən, ondan bundan yardım istəyilər.

Görəsən xəstə həkimin yanına gedib «Dərdimə bir çarə tap, bu xəstəlik məni öldürəcək» dediyi zaman, bu xəstə müşrikmi olur?! Suda Boğulan bir kəs, Allahın adını çəkmədən insanlardan yardım istədiyi zaman müşrikmi olur?! Zalım bir nəfərə zülm etdiyi halda, o məzlum da məsələn bir məmurun yanına gedib, «Bu zalımın əlindən məni qurtar» dediyi halda müşrikmi olur?!

 «Maidə» surəsinin 35-ci ayəsində belə buyurur: «Ey inananlar, Allahdan qorxub çəkinin və (sizi) ona (yaxınlaşdıracaq) vasitə axtarın».


source : www.sibtayn.com/az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment