Azəri
Friday 26th of April 2024
0
نفر 0

AİLƏDƏ FƏZİLƏT CİLVƏLƏRİ-2

AİLƏDƏ FƏZİLƏT CİLVƏLƏRİ-2

İslamda ailə

Hüseyn Ənsariyan

İXLASIN SON HƏDDİ
Bu mövzuda həzrət Musa (ə) haqqında maraqlı bir hadisəyə nəzər salaq: Həzrət Musa (ə) Şüeybin qoyunlarına su verərkən çəkdiyi əziyyətdən sonra onun dəvəti ilə evinə daxil oldu. Şam süfrəsi açıldı. Şüeyb buyurdu: «Ey gənc! Əyləş, yemək ye». Musa «Allaha pənah aparıram»-deyə cavab verdi. Şüeyb dedi: «Nə üçün? Ac deyilsənmi?» Musa: «Acam, lakin bu yeməyin zəhmətinin qarşılığı olacağından qorxuram. Biz axirət üçün görülən işi qızıl dolu tarla ilə də dəyişmirik». Şüeyb dedi: «And olsun Allaha, mənim elə bir məqsədim yoxdur. Mənim və ata-babamın adəti qonağa qulluq göstərməkdir». Bu söhbətdən sonra həzrət Musa (ə) süfrə kənarında əyləşib, yemək yeməyə başladı.[1]
Olduqca maraqlıdır, Musa (ə) uzun müddət idi ki, Misirdən çıxmışdı. Bu müddət ərzində yaxşı yeməmişdi. Yalnız şirin çöl bitkiləri ilə qidalanmışdı. Şüeybin evinə daxil olduqda isə, lazımi yeməklər düzülmüş süfrə ilə qarşılaşdı. Çox ac olmasına baxmayaraq, yalnız Allaha görə gördüyü işin əlindən çıxacağından qorxaraq, süfrəyə əl uzatmadı. Amma Şüeybin Allaha görə öz qonağına xidmət etmək istədiyinə arxayın olduqda, süfrə başına keçdi.
Şüeybin ixlası gələcəyin ülul-əzm peyğəmbərinin onun üçün səkkiz il çobanlıq etməsinə, Musanın ixlası isə Şüeyb peyğəmbərin onun qayınatası olmasına səbəb oldu.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!

 
user comment