Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

Bizim əqidəmiz budur ki, mütəal Allah insanları, bəndələrinə vədə verdiyi müəyyən olunmuş gündə öldükdən sonra yeni bir xilqətlə dirildəcək. Əmrlərinə müti olanlara, yaxşı əməl sahiblərinə mükafat, asi olanlara vəgünahkarlara isə əzab verəcəkdir.

Bu əqidə sadə və ümumi halda bütün ilahi din və fəlsəfələrin qəbul etdiyi bir məsələdir. Hər bir müsəlman labüd olaraq Allahın Peyğəmbərinin gətirdiyi Quran əqidəsinə müvafiq olaraq bu əqidəni etiraf etməlidir. Çünki, hər kəsin Allaha, Onun haqq din və hidayət əsasında göndərdiyi Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qəti şəkildə etiqad bəsləyirsə, təbiidir ki, onun gətirdiyi Quranın buyurduğu Qiyamət oyanışı, savab və cəza, Behişt və Cəhənnəm, ilahi nemət və Cəhənnəm əzabına da iman gətirməlidir. Quranda məad mövzusunda təqribən min ayə gəlmişdir.

Əgər bir kəs bu barədə şəkk və tərəddüd etsə, məlum olar ki, o Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətində (peyğəmbər olmasında), yaxud Allahın varlığı və qüdrətində şəkk edir. Hətta bütün dinlərin əslində, ilahi şəriətlərin səhih olmasında şəkk edir.

CİSMANİ MƏAD MƏSƏLƏSİ

Biz məadın özünə etiqad bəsləməkdən əlavə, onun cismani olmasını da dinin zəruri məsələlərindən hesab edirik. Bunu Quran ayələri tam aşkarlıqla göstərir, o cümlədən,

Məgər insan güman edir ki, Biz onun sümüklərini cəm etməyə qadir deyilik? Qadirik, hətta onun barmaqlarını da yenidən düzəltməyə qadirik!

cismani məad Qiyamət oyanışından, bədənin çürüyüb məhv olmasından sonra, insanın yenidən əvvəlki forma və vəziyyətə qaytarılmasından başqa bir şey deyildir. Cismani məadda, Quranın bəyan etdiyi bu qədərdən artıq təfsilatla etiqad bəsləmək vacib deyildir. Məsələn, hesab-kitab, sirat, mizan, cənnət, cəhənnəmin varlığı kimi məsələlərdə Quranın buyurduğu qədərlə kifayətlənmək lazımdır.

Təhqiqatçılardan, mütəfəkkirlərdan başqa bir kəsin dərk etməkdə aciz olduqları bəzi məsələlər barədə elm və mərifət kəsb etmək,

Əgər bir şeyə təəccüb etmək istəyirsənsə, onda onların çürüyüb torpaq olandan sonra yeni bir xilqətdə olacağıqmı demələri təəccüblüdür.

Məgər Biz ilk dəfə yaratdıqda (ilk xilqətdə) aciz qaldıq ki (Qiyamətdə də diriltməyə aciz olaq)? Amma onlar (bu qədər aşkar dəlillərlə) yenə də yeni oyanışda (Qiyamət oyanışında) şəkk-şübhədədirlər.

Qiyamət barəsində elə bu qədər əqidəylə kifayətlənmək lazımdır və bundan artıq zəruri deyildir. O cümlədən, qiyamət oyanışı eynilə bu bədənlərlədir, yoxsa onların oxşarı olan bəndələrlə? Ruh da bədən kimi məhv olub aradan gedir, yoxsa qiyamətdə öz bədəninə daxil olana qədər diri qalır, Məad və qiyamət oyanışı təkcə insanlar üçündür, yoxsa bütün canlılar və heyvan növləri də dirildiləcəkdir., Bəndələrin dirildilməsi tədrici olacaq, yoxsa bir dəfəyə? və s. kimi məsələlər.

Məsələn, ümumi halda behişt və cəhənnəmin olacağına inanmaq vacibdir, amma hal-hazırda mövcud olub-olmaması, göylərdə və ya yerdə, yaxud da birinin göydə, digərinin isə yerdə olacağı barədə təhqiqat aparmaq zəruri, vacib deyildir.

Həmçinin, mizanaa inanmaq ümumi halda vacibdir, amma onun mənəvi tərəzi, yaxud adi ikigözlü tərəzilər kimi olmasına dair elm tapmaq vacib deyildir.

Habelə, sirata ümumiyyətlə inanmaq vacibdir amma onun lətif və nazik bir cisimdən təşkil olunması, yaxud məqsədin mənəvi möhkəmlik olmasına inanmaq vacib deyildir.

Xülasə, siratın cisimdən təşkil olunmasına inanıb-inanmamaq müsəlmançılığın əsas şərtlərindən deyildir.

Bəli, məad barədə İslamın gətirdiyi sadə və hamının düşünə bildiyi əqidə budur. Əgər insan Quranın işarə etdiyindən daha artıq məlumat kəsb etmək istəsə və qiyaməti inkar edənlər, şəkkdə olanlar, onun isbatı üçün əqli dəlil və hissi təcrübə gətirilməsini istəyənlərin icad etdikləri şübhələr müqabilində qaneedici dəlil tapmaq istəyən bir şəxs özünü sonsuz və mürəkkəb elmi müşküllərə salar.

Din heç vaxt mütəkəllimlərin, filosofların kitablarındakı mövcud olan həddindən artıq mətləbə inanmağı tələb etmir. Habelə dini, ictimai və siyasi zərurətlər də bizə o kitablardakı müxtəlif bəhslərə, məqalələrə vadar etmir. Onlardan bəzilərinin o qədər də faydası yoxdur və vaxtın tələf olmasına, təfəkkürün zay olmasına gətirib çıxarır.

Bu qədər müfəssəl yazılar ətrafında yaranan şəkk və şübhələrin hamısını rədd etmək üçün bunu qeyd etmək kifayətdir ki, insan onun üçün gizlin olan bütün mətləbləri dərk etməkdə acizdir. Elə mətləblər ki, bizim dərkimizdən və vücudumuzun əhatəsindən kənardadır. Bizim torpaq (sırf maddi) tipli həyatımızın səviyyəsindən çox-çox uzaqdadır. Bundan əlavə biz inanırıq ki, Alim, Qadir və Mütəal Allah bizə xəbər verib ki, məad və qiyamət oyanışı hökmən gerçəkləşəcəkdir. İnsanın malik olduğu elm, təcrübə və axtarışlar onun çata bilmədiyi, təcrübə və sınaqdan keçirə bilmədiyi işləri vücudu ilə dərk etməyə qabiliyyəti yoxdur. Bunun yolu yalnız bu hiss, təcrübə və sınaq aləmindən daha geniş bir aləmə (mücərrəd aləmə) nəql olunmaqdır. Belə isə, insan öz məhdud təfəkkür, təcrübəsi ilə məadın nəinki cüzi məsələlərini, hətta onun özünün necə isbat, yaxud rədd edə bilər? O, bu yolda yalnız qeybi xəbərlərə inanmaqla müəyyən məlumatlar əldə edə bilər. İnsan təbiətən belədir: ünsiyyətdə olmadığı, elm, təcrübə və hiss yolu ilə ləms etmədiyi şeyləri qəribə hesab edir. Məsələn, qiyamətdə insanın yenidən dirilməsinə qəribə, təəccüblü bir hadisə kimi baxan bir şəxs həddindən artıq çürümüş sümükləri götürüb Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gətirir, ovub havaya üfürür, sonra deyir:

Bu çürüyüb ovulmuş sümükləri kim dirildə bilər?

Onun, bu məsələni çox təəccüblü və qəribə bir şey hesab etməsinin səbəbi budur ki, heç vaxt öz həyatında bədəni çürümüş ölünün dirilməsini görməyib. Amma o, öz yaradılışının əvvəlini, yoxdan necə vücuda gəldiyini unutmuşdur. Onun bədən üzvüləri xilqətindən əvvəl yerdə və havada, pərakəndə zərrələr şəklində idi ki, əql sahibi olan normal insan halına gəlib çıxdı. Quran buyurur:

Yoxsa insan görmür ki, Biz onu nütfədən (spermatozoiddən) yaratdıq?! İndi isə, (şükr etmək yerinə) Bizim aşkar düşmənimiz oldu. Bizim üçün məsəl vurdu, amma özünün xilqətini yaddan çıxartdı.

Quran belə unutqan şəxsi cavab olaraq buyurur:

(O sümükləri) ilk dəfə yaradan Kəs dirildəcəkdir və O, hər şeyi yaratmağa alimdir.

Biz üzümüzü Qiyaməti inkar edən hər hansı şəxsə tutub deyirik ki, sən bir tərəfdən varlıqların Xaliqinə, Onun qüdrətinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə və verdiyi qeybi xəbərlərin doğruluğunu təsdiq və etiraf edirsən, digər tərəfdən isə, sənin dərrakən və elmin hətta özünün yaradılışının mürəkkəb quruluşunun sirlərini dərk etməkdə acizdir, necə inkişaf etdiyinə, əql və iradə qüvvəsi olmayan nütfədən neçə mərhələ keçib təbiətdə pərakəndə surətdə olan zərrələrdən normal, əql, şüur, tədbir və hissə malik olan necə insan surətinə düşdüyündən xəbərsizsən?

Deməli, öz xilqətinin əvvəlindən təəccüb etmirsən, amma ölümdən sonra, çürüyüb torpaq olduqdan sonra bir daha sonra diriləcəyinə təəccüblənirsən. Labüd olaraq ölülərin necə dirilməsini elm və təcrübə yolu ilə dərk etmək istəyirsən. Amma bu yolla heç bir müsbət nəticə əldə edə bilmirsən. Yalnız bir yol var: bütün varlıqların Xaliqini, yəni səni yoxdan və pərakəndə, çürümüş zərrələrdən yaradan Kəsi qəbul etməlisən ki, O, Quranda məaddan, qiyamətdən xəbər vermişdir. Bu mətləbi açıb dərk etmək üçün heç bir çarə yoxdur; sənin və elm və dərkinin həddi-hüdudu onu dərk edib qavramağa qadir deyildir. Bu iş üçün hiylə işlətmək boş və bihudə bir işdir, haqq yoldan azmaq, qaranlıq zülmətdə gözləri açıb nəsə axtarmağa bənzər. Bu insan elm və texnikanın inkişaf etdiyi, elektron qurğuların kəşf və istifadə olunduğu, bölünməz sayılan atomun və nüvənin bölündüyü və s. kimi işlərin kəşf olunduğu bu son əsrdə (belə ki, əgər bu ixtiraların adları keçən əsrdə çəkilsəydi, onu zatən qeyri-mümkün bir iş hesab edərək onu danışanı məsxərəyə qoyar, atomun, elektron qurğuların həqiqətini, hətta bunların hər hansı bir xüsusiyyətlərini belə əsla dərk etməzdilər) xilqətin sirlərini necə dərk etmək istəyir ki sonra da irəliləyib məad və qiyamət məsələlərini dərk etsin?

Amma insana kifayət olan budur ki, İslam dininə iman gətirdikdən sonra həvayi-nəfsə tabe olmaqdan çəkinsin, dünya və axirətdəki vəziyyətini islah edə biləcək, məqam və şəxsiyyətini Allah dərgahında yüksəldəcək işlərlə məşğul olsun, bu yolda ona kömək edəcək məsələlər barəsində, bu dünyadan sonrakı aləmdə nələrlə qarşılaşacağını fikirləşib düşünsün. Qəbir əzabları və çətinlikləri, Qadir və Alim Allah qarşısında hesab və mühakimə və s. barəsində fikirləşib təqva ilə zinətlənsin, elə bir gün üçün hazırlaşsın ki:

O gündə heç bir nəfs başqasının əvəzindən cəzalanmaz, ondan şəfaət və əvəz qəbul obunmaz, ədalət onda götürülmər və onlara bir kömək edən olmaz.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment