Azəri
Friday 9th of December 2022
0
نفر 0

MÜSƏLMANLARIN BİR-BİRİNƏ QARŞI HAQLARI

 

Müqəddəs İslam dininin ən böyük və ən gözəl çağırışlarından biri müsəlmanların arasında, onların bütün sinfi və məqam fərqləri ilə belə, qardaşlığa çağırmasıdır. Keçmişdə və hal-hazırda müsəlmanların ən pis və yararsız işlərindən biri bu islami qardaşlığın tələbinə diqqət yetirməmələri, səhlənkarlığa, laqeydliyə yol vermələri olub.

Çünki bu qardaşlığın ən sadə tələblərindən biri İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu kimi, budur ki, hər müsəlman öz müsəlman qardaşına özü üçün bəyəndiyi, razı olduğu şeyləri bəyənsin, özü üçün bəyənmədiyi şeyləri onun üçün də bəyənməsin.

Əhli-beyt (əleyhimüs-salam)-ın bizlərə verdiyi bu sadə və qısa göstəriş barəsində dərindən fikirləşsək, ona əməl olunmasının müsəlmanlar üçün nə qədər çətin və müşkül, onların bu göstərişdən nə qədər uzaq olmaları aydınlaşar. Əgər onlar insaflı olub öz dinlərini layiqincə tanısaydılar və yalnız qeyd olunan göstərişə əməl etsəydilər, heç vaxt bir-birlərinə zülm etməzidilər, aralarında başqasının haqqına təcavüz, oğurluq, yalan, qeybət, sözgəzdirmək, töhmət vurmaq, abrını tökmək, nalayiq sözlər demək, şəxsiyyətini təhqir etmək, xudbinlim və s. kimi rəzil sifətlər baş alıb getməzdi.

Əgər müsəlmanlar öz aralarında qardaşlığın ən sadə xüsusiyyətlərindən agah olub ona əməl etsəydilər, zülm, düşmənçilik və ədavətin kökü yer üzündən kəsilər, bəşəriyyət tam xoşbəxtliklə, ictimai səadətin ən yüksək mərhələsində qardaş olar və öz həyatını bu minvalla davam etdirərdi. Həmçinin qədim fəlsəfələrdə deyilən utopik (ideal) cəmiyyət gerçəkləşərdi. Dostluq və məhəbbətin hakim olduğu bu halda hökumət, məhkəmə, polis, zindan, cəza qanunları, hədd və qisas hökmlərinə artıq yer olmazdı, istismarçıların və zalımların qarşısında baş əyməzdilər, zalımlar da onlara hakim ola bilməzdi. Nəhayət yer üzü büsbütün dəyişilər, cənnətə dönərdi.

Qeyd etmək lazımdır ki, hərgah İslamın buyurduğu qardaşlıq və məhəbbət qanunu insanlar arasında hakim olsaydı, artıq indi ədalət kəlməsi lüğətlərdən çıxmışdı. Başqa sözlə desək, bu surətdə ədalət və ədalətli qanunlar kimi terminlərə ehtiyac duyulmazdı ki, ədalət kəlməsinə də ehtiyac duyulmuş olsun. Əksinə, məhəbbət və qardaşlıq qanunu gözəlliklərin, yaxşılıqların yayılmasına, əmin-amanlığın bərqərar olmasına, xoşbəxtlik və səadətə kifayət edərdi. Çünki, insan yalnız cəmiyyətdə məhəbbət olmadığı təqdirdə ədalətli qanun axtarmağa başlayır. Amma, hər hansı cəmiyyətdə ata-oğul münasibəti, qardaşlıq məhəbbəti hakim olarsa, insan öz istəklərində güzəştə gedər, məhəbbət qoruğunu tam razılıqla müdafiə edər, nəticədə bütün problemlər ədalət və məsləhət naminə deyil, qaşılıqlı məhəbbət sayəsində həll olar. Belə olan halda artıq hansısa ədalətə, məsləhətə ehtiyac qalmaz.

Səbəbi də budur ki, hər insan yalnız özü üçün və öz istədiyi şeyləri sevir. Öz vücudundan kənarda olan şeyləri yalnız o şeylərlə rabitə bərqərar etdikdən, xoşuna gələn şey olduğunu bildikdən sonra dost tutur.

Həmçinin, sevmədiyi, meylli olmadığı bir şeyin yolunda öz ixtiyarı ilə fədakarlıq edib canından keçməsi, onun xatirinə öz sevdiyi şeylərdən keçməsi mümkün deyildir. Amma, əgər bu barədə onun sevdiyi şeylərə olan məhəbbət qüvvəsindən güclü olan müəyyən əqidəyə malik olsa o əqidə yolunda fədakarlıq edəcəkdir. Məsələn, ədalət və ehsanın yaxşı əməl olmasına əqidəsi olsa, bu halda daha güclü təmayül səbəbi ilə nisbətən zəif təmayüllərdən əl çəkər. Qəlbə nüfuz edən bu güclü əqidə insanda yalnız böyük ruha malik olduğu halda vücuda gəlir.

Misal kimi gətirilən bu əqidə maddi və şərti işlər naminə heç vaxt maddiyyatın fövqündə dayanan mənəvi şeyləri kənara vurmayacaq, nəticədə isə ədalət başqalarına ehsanı yüksək, ali mərhələsini dərk edəcək. İnsanın bu ruhi və mənəvi proqramlara o vaxt ehtiyacı olar ki, özünün həqiqi məhəbbət və qardaşlıq hissini həyata keçirməkdə aciz olsun.

Hər bir müsəlmanın malik olması vacib olan birinci dərəcəli xüsusiyyət budur ki, sair müsəlmanlarla qardaşlıq hissini özündə vücuda gətirsin. Əgər nəfsani istəklərin, xudbinlik və təkəbbürün qələbə çalması səbəbi ilə özündə qardaşlıq hissini vücuda gətirməkdə aciz olsa (əksər hallarda da acizdir), islami göstərişlərə tabe olaraq ədalət və ehsançılıq əqidəsini öz nəfsində qüvvətləndirsin. Bu mərhələdə də aciz olan şəxsin isə yalnız adı müsəlmandır, batində isə ilahi vilayət dairəsindən kənara çıxmışdır və İmam (əleyhis-salam)-ın buyurduğu kimi, Allahın ona qarşı lütfü və diqqəti yoxdur.

Əksər hallarda inadkar nəfsani istəklər və ehtiras qüvvələri insanda tüğyan edib ona qələbə çalır, nəticədə nəinki kamil əqidə qüvvəsini öz vücudunda təkmilləşdirib inadkar nəfsani qüvvələrə üstün olması, hətta vicdanında ədalət istəmək əqidəsini tapmaq xeyli çətin olur.

Məhz bu səbəb görə insanda həqiqi qardaşlıq hissi olmadan, bu şüur formalaşmadan qardaşlıq hüququna riayət etməsi ən çətin dini təlimlərdəndir. Buna görə də İmam Sadiq (əleyhis-salam) Məli ibni Xənisin qardaşlıq hüququ barəsində verdiyi suala cavab verərkən onun halını nəzərə aldı, onun bu hüquqları biləndən sonra əməl edə bilməməsindən ehtiyat etdiyi üçün onun bacarığından artıq izahat vermədi.

Məli ibni Xəlnis deyir: İmam Sadiq (əleyhis-salam)-dan, bir müsəlmanın başqa müsəlman üzərindəki haqqının nədən ibarət olduğunu soruşdum. İmam (əleyhis-salam) buyurdu: –Hər bir müsəlmanın başqa müsəlman üzərində yeddi vacib haqqı var ki, bunlardan hər biri həmin müsəlmanın özünə də vacibidir. Bu yeddi hüquqdan hər hansını tapdalasa, Allahın vilayət, hökumət və itaətindən çıxmışdır və Allah tərəfindən onun üçün heç bir nəsib yoxdur.

Məli: –Sənə fəda olum, o hüquqlar hasıdır?

İmam (əleyhis-salam): –Ey Məli! Mənim sənə ürəyim yanır, qorxuram ki, bu hüquqları zay edib hifz etməyəsən, öyrənib əməl etməyəsən!

Məli: –Allahın köməyi ilə, əməl edərəm.

Sonra İmam (əleyhis-salam) yeddi hüququ bəyan edib buyurdu: –Onların birincisi və ən sadəsidi budur ki, müsəlman qardaşın üçün özünə istədiyin şeyləri istəyəsən, özün üçün bəyənmədiklərini onun üçün də bəyənməyəsən.

Sübhanəllah! örəsən bu ən kiçik və ən sadə haldırmı?! Onda biz müsəlmanların bugünkü halı necə olacaq? örəsən bu haqqa riayət etmək bizim üçün doğrudan da sadə və asandırmı? Üzü qara olsun müsəlmanlıq iddiası edib İslamın ən sadə göstərişinə əməl etməyələr!

Üstəlik müsəlmanlara hakim olan bu geriliyin İslamın adına yazırlar! øHalbuki müsəlmanların bu nalayiq və yaramaz əməlləri bu geriliyə səbəb olmuşdur. İslamın zatında heç bir eyb, nöqsan yoxdur, hər nə eyb nöqsan varsa, bizim müsəlmançılığımın naqis olmasındadır.π Əlbəttə ki, bütün günahlar özlərini müsəlman adlandırıb ən sadə dini vaciblərinə əməl etməyə hazır olmayanların boynuna düşür.

Yalnız tarixdə yazılsın deyə, habelə özümüzü və öz laqeydliklərimizi tanımaq üçün İmam Sadiq (əleyhis-salam)-ın Məli ibni Xənisə buyurduqları yeddi hüququ qeyd edirik:

1) Özün üçün bəyəndiyini müsəlman qardaşın üçün də bəyənəsən, özünə rəva bilmədiklərini ona da rəva bilməyəsən;

2) Müsəlman qardaşını qəzəbləndirməkdən (onun qəzəbindən) uzaq olasan, razı olduğu işləri gör (razılğını qazan), əmrlərinə itaət edəsən;

3) Öz can, mal, dil, əl və ayaqlarınla ona kömək edəsən;

4) Onun gözü, yol göstərəni, güzgüsü olasan;

5) Belə olmasın ki, o ac olsun, sənsə tox, o susuz olsun sənsə sirab, o çılpaq olsun sənsə libaslı;

6) Belə olmasın ki, sənin xidmətçin olsun, onun isə olmasın; belə olarsa sənə vacibdir öz xidmətçini göndərəsən ki, onun paltarlarını yusun, xörək hazırlasın, yatağını hazırlasın;

7) Onu and içmək məsuliyyətindən azad edəsən, dəvətini qəbul edəsən, xəstələnəndə əyadətinə gedəsən, öləndə cənazəsinin yanında hazır olasan. Əgər bir şeyə ehtiyacı olduğunu bilsən, ehtiyacını təmin etmək üçün tələsəsən, o qədər təxirə salmayasan ki, o hacəti səndən istəsin. O istəməmiş sən onun istəyini yerinə yetirəsən.

Sonra İmam Sadiq (əleyhis-salam) kəlməsini bu cümlə ilə sona çatdırdı: Elə ki, bu hüquqları yerinə yetirdin, özünün məhəbbət tellərini ona və onun məhəbbət tellərini özünə qovuşdurmuş olarsan.

Məsum İmamlardan bu mövzuda çoxlu rəvayətlər nəql olunub ki, onların mühüm hissəsi Vəsailüş-şiə kitabının müxtəlif bölmələrində qeyd olunmuşdur.

Bəziləri belə güman edirlər ki, Əhli -beyt (əleyhimüs-salam)-ın hədislərində gələn qardaşlıq dedikdə, məqsəd təkcə onların şiələri arasında olan qardaşlıq nəzərdə tutulur. İmamlarımız onlarla müxalif olanları, onların göstərişlərinə əməl etməyənləri başqa cəhətlərdən kəskin şəkildə inkar etmələrinə, baxmayaraq, bu barədə gələn bütün hədisləri araşdırdıqda bu anlaşılmazlıq dəf olunub aradan qaldırılır. Bunu isbat etmək üçün Müaviyət ibni Vəhəbin nəql etdiyi rəvayəti nəzərinizə çatdırmaq kifayətdir.

O deyir: İmam Sadiq (əleyhis-salam)-a ərz etdim ki, bizimlə gediş-gəlişləri olan, amma şiə olmayan sair müsəlman firqələri ilə necə rəftar etməliyik?

Həzrət buyurdu: –Tabe olduğunuz İmamlarınıza baxın. Onlar müxaliflərlə necə rəftar edirlərsə, siz də o cür rəftar edin. And olsun Allaha ki, sizin İmamlarınız onların (müxaliflərin) xəstələrinin əyadətinə gedir, dəfn mərasimlərində iştirak edir, qazinin yanında onların lehinə, yaxud əleyhinə şəhadət verməyə hazır olurlar (yəni şəhadət verməkdən boyun qaçırmırlar), onların əmanətlərinə xəyanət etmirlər.

Amma, İmamlarımızın öz şiələrindən istədikləri qardaşlıq qeyd olunan islami qardaşlıqdan daha da üstündür. Şiənin tərifi fəslindəki hədislər bu mətləbə dəlalət edir. Məsələn, Əban ibni Təğlibin İmam Sadiq (əleyhis-salam) ilə olan söhbətini burada qeyd etmək yerinə düşərdi.

Əban deyir: İmam Sadiq (əleyhis-salam) ilə Allah Evində təvafa məşğul idik. Bu anda şiələrdən biri yanıma gəlib mənim bir iş görmək üçün getməyimi istədi. İmam (əleyhis-salam) bizi gördü və mənə buyurdu: –Bu şəxsin səninlə işi vardırmı?

Dedim: –Bəli!

İmam: –O da sənin əqidəndədirmi (şiədirmi)?

Dedim: –Bəli!

Buyurdu: –Təvafı dayandır və onun işini görmək üçün get!

Dedim: –Əgər təvaf vacibi təvaf olsa da dayandırım?

Buyurdu: –Bəli!

O şəxslə birlikdə getdim (onun işinə kömək etdikdən) sonra İmam (əleyhis-salam)-ın hüzuruna gəldim. Möminin haqqı barədə soruşdum.

Buyurdu: –Bu sualdan keç və bir daha təkrarlama!

Amma mən sualı təkrarladım, nəhayət buyurdu: –Ey Əban, öz sərvətini o kəslə bölərsənmi?

Sonra İmam (əleyhis-salam) mənə baxdı, onun sözlərinin təsirini üzümdə oxudu, sonra buyurdu: –Ey Əban, Allahın fədakarları (dost yolunda öz haqqından keçəni) yad etməsini bilirsənmi?

Dedim: –Bəli, bilirəm.

Buyurdu: –Əgər mal-dövlətini onunla yarı bölsən, isar (fədakarlıq) məqamına çatmazsan. O vaxt bu məqama çatarsan ki, mal-dövlətinin yarısını ona verəsən, sonra isə özün üçün qalan hissəni də ona verəsən.

Bizim həyatımızın necə də rüsvayçı, xəcalətlidir ki, özümüzü həqiqi mömin hesab etməyimiz belə rəva deyil. Biz bir vadidəyik, İmamlarımızın təlimləri isə tamamilə başqa vadidə. Əbanın İmam (əleyhis-salam)-ın mal bölüşdürmək təklifindən sonra üzünün rəng alıb rəng verməsi haləti bu hədisi oxuyan hər birimiz üçün də baş verə bilər.

Amma özümüzü elə unutqanlığa vurub hədisdən üz döndəririk ki, sanki hədis bizə xitabən deyilmir və öz nəfsimizi məsuliyyətli bir adam kimi heç vaxt hesab ayağına çəkmirik.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

XALQAQARŞI İNSAF
FETİŞİZM VƏ ANİMİZM
İslam dini və elm
Kovsər hovuzu nədir?
KEYFIYYӘT, YOXSA KӘMIYYӘT?
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Xalis tövbə
İMAMƏT (2)
İKİNCİ АMİL-DӘVӘT
Bu ayda ən yaxşı əməl haramdan çəkinməkdir

 
user comment