Azəri
Monday 8th of March 2021
1434
0
نفر 0
0% این مطلب را پسندیده اند

Qurban bayramı günü qurban kəsməyin fəlsəfəsi və bu simvolik əməlin mənası


    Həcc əməllərindən sayılan qurbanlıqda Allah evi ziyarətçiləri və İslam ümməti üçün bir sıra diqqəti çəkən nöqtələr var. Qurbanlığın həm ritual və irfani, həm də siyasi və iqtisadi yönləri mövcuddur. Qurani-kərimdə işarə olunduğu kimi, qurbanlığın ilk hikməti yüksək dərəcədə təqvadır. “Həcc” surəsinin 37-ci ayəsində deyilir:
    “Allaha çatan onların əti və ya qanı yox, sizin təqvanızdır.” Yəni Minada yerinə yetirilən əməllərdən olan qurbanlıqda ət və qan Allaha çatmır. İnsanı Allaha yaxınlaşdıran əməllərin ruhu, bu işdəki təqvadır. Həqiqətdə qurbanlıq əməlində bir hökm və bir hikmət var: onun hökmü bir qoyun kəsmək, hikməti təqva ilə ucalmaqdır. İnsanı Allaha yaxınlaşdıran hər iş bir növ qurbanlıq sayılır. Ayədə təqvanın Allaha doğru yalnız ucalmasından yox, həm də Ona yetişməsindən söhbət açılır. Təqva sifəti təqvalı insanın ruhundan ayrılmaz bir sifət olduğu üçün təqvanın Allaha yetişməsi əslində təqvalı insanın Allaha yetişməsi, qovuşması deməkdir.
    Təqvanın müxtəlif dərəcələri var. Qurbanlıqda təqvanın ən yüksək dərəcəsinə işarə olunması mümkündür. Təqvanın bir dərəcəsi günahlardan çəkinməkdir. Bundan üstün dərəcəsi bəyənilməz işlərdən uzaq olmaqdır: istər günah olsun, istərsə də məkruh bir iş. Ən üstün dərəcəsi isə budur ki, insanın qəlbində Allaha və dini dəyərlərə məhəbbətdən başqa bir şey olmasın. Çünki qəlb Allahın hərəmidir (qoruğudur).
    Qurbanlığın həcdəki ilk hikməti nədir? İbrahim peyğəmbər oğlu İsmayılı qurbanlıq üçün hazırlamışdır. Bu əhvalat Quranda təfərrüatı ilə nəql edilir: “Əziz oğlum, yuxuda gördüm: Allah mənə mənə əmr edir ki, səni qurban kəsim.” Oğlu İsmayıl itaət edib dedi: “Allah mənim barəmdə sənə nə göstəriş veribsə, yerinə yetir və mən səbr edəcəyəm.” Ömrünün sonunda Allahdan İsmayıl kimi yetkin bir oğul almış ahıl qoca onu öz əli ilə Minada qurban kəsmək istəyir. O son mərhələyədək Allahın göstərişini yerinə yetirdi, öz vəzifəsinə əməl etdi. Bıçağı İsmayılın boğazına qoyub sıxdı. Lakin bıçaq kəsmədi. Bu, təqvanın ən yüksək dərəcəsi idi! Yəni Allah aşiqi heç nəyə könül vermir. Əgər insan, qəlb bağlılıqlarından əl çəkməsə, sonsuz kamilliyə və mütləq məhbuba çata bilməz. Başqa sözlə, insan bütün məhbublardan uzaqlaşdıqdan və Allahdan başqalarının məhəbbətini qəlbindən çıxardıqdan sonra mütləq məhbub olan Allaha çata bilər: “İnsanın qəlbi Allahın ərşidir.” İnsan yalnız bu zaman mütləq bayramı yaşaya bilər. Bayram gününün qurbanlığı təqvanın həcc və onun nuraniyyəti sayəsində əldə olunan ən yüksək dərəcəsinə işarədir. Bu, ev sahibi ilə görüşdən ibarət liqaullah (Allaha qovuşmaq) bayramıdır. İnsanlar buraya təkcə Allah evini yox, həm də ev sahibini görmək üçün gəlmişlər. Yalnız saf qəlbli insanlar ev sahibini gerçəkdə görə bilərlər. Saf qəlbin nə olduğunu isə İmam təfsir edir: “Elə bir qəlb ki, onda Allahdan başqası olmasın. Mina həqiqətdə, Allah aşiqlərinin qurbangahıdır. Allahdan başqa hər hansı şeyə könül bağlamaq mütləq tövhidlə ziddiyyət təşkil edir və bir növ şirkdir. İnsanın qəlbi Allahdan başqası ilə olsa, demək onun qəlbində bir növ gizli şirk var. İbrahim peyğəmbərin (s) ardıcılları olan kamil tovhidçilər o kəslərdir ki, qəlblərində Allahdan başqasına yer vermirlər. Nurani həcc mərasimində insana müvəffəqiyyət gətirmək xüsusiyyəti vardır.
   
    Bu ibadətin siyasi əhəmiyyəti
    Qurbanlığın fəlsəfəsi və onun siyasi məzmunu əslində mənəviyyat yolunda fədakarlıqdan başqa bir şey deyil. Başqa sözlə, insan nəfs istəklərindən azad olsa, Allah yolunda asanlıqla cihad edə bilər. İmam Xomeyni qurbanlığın siyasi əhəmiyyəti haqında buyurur: “Bu əzəmətli məkanda əsil fədakarlığı dünya xalqlarına çatdırın və deyin ki, haqq və ilahi ədalət naminə zamanımızın müşriklərinin əllərini kəsmək yolunda heç bir şeyi əsirgəmək olmaz. Hər şeydən, hətta İsmayıldan keçmək lazımdır ki, haqq əbədiləşsin.
    Başqa sözlə, qurban kəsən şəxs üçün qurbanlığın hikməti budur ki, həyatının ən əziz və ən şirin meyvəsini Allah yolunda verməli və bunu bayram olaraq qeyd etməlidir. Şəhid anaları və şəhid ailələri İmamın bu sözünün ən gözəl nümunələridir. Onlar qurbanlığın bu hikmətindən bəhrələnmiş, ona əməl etmiş və öz həyatlarının ən əziz meyvəsini Allah yolunda qurban vermişlər. Həqiqi bayramı onlar keçirmişlər!
   
    Qurbanlığın iqtisadi əhəmiyyəti
    Hər il həcc mövsümündə milyonlarla heyvan islami qaydada, İbrahim (ə) və İsmayıl (ə) peyğəmbərin xatirəsini yad etmək üçün mənəvi hədəflə qurban kəsilir. Qurbanlıq, Allahın razılığı yolunda fəda etmək və fəda olmaq səciyyələri ilə həm mənəvi cəhətlərə malikdir, həm də mənəviyyat və irfana çatmaq üçün maddi istəkləri qurban verməklə Allaha yaxınlaşmaq və təqva vasitəsidir. Quranda buyururlur: “Həm özünüz qurban ətindən yeyin, həm də kimsəsiz kasıblara verin.” Allah evinin iki milyondan artıq ziyarətçisindən hər biri dəvə, inək və ya qoyun kəsirsə, (sevindirici haldır ki, son illərdə kəsilən qurbanların zay olmaması və onların kimsəzilərə, kasıblara çatdırılması üçün şərait yaradılmışdır) bu onu göstərir ki, qurbanlığın iqtisadi əhəmiyyəti də var.Yəni hacılar ac insanların fikrini çəkməlidirlər. Təkcə, həcdə yox, vətənə qayıtdıqdan sonra da unutmamalıdırlar ki, insanı kamala çatdıran əməllərdən biri də ehtiyaclılara xidmət etməkdir.
   
    İbrahin peyğəmbərin (ə) İsmayıl (ə) peyğəmbəri qurban kəsməsi hadisəsində ən mühüm nöqtə
    Qurbanlığın fəlsəfəsində çox zaman əhəmiyyət verilməyən diqqətəlayiq bir məsələ var. Bəli, işlərin faydasını dərk etməkdə insanın elmi məhduddur! İbrahim peyğəmbərə (ə): “Get, qurban kəs”- deyildikdə, o bunun səbəbini Allahdan soruşmadı. Qeyd-şərtsiz Allahın verdiyi göstərişi yerinə yetirdi. Odur ki, Allah yolunda iş görən insanın o işin fəlsəfəsini bilməsi zəruri deyil. Həzrət Əlinin (ə) buyuruğuna əsasən, həccin sirlərindən biri də Allah öz bəndələrini sınamasıdır. Allah byurur ki, bu daşın ətrafına fırlanın, yaxud nəyəsə daş atın! Nə üçün? Cavab budur ki, əmr Allahın əmridir və Onun əmrində məsləhət, xeyir var. Əsas budur ki, Allah bu işin yerinə yetirilməsini əmr edib və Onun əmrinə əməl olunmalıdır. Çünki insan çox işlərin sirrindən xəbərdar deyil. Əgər Allah göstəriş veribsə, sözsüz ki, insanın xeyrinədir və ona əməl olunmalıdır. Allah əmrini İbrahim (ə) kimi ürəkdən yerinə yetirmək lazımdır. Bu özü epistemoloji bir məsələni çatdırır - insanın elmi məhduddur! İnsan hər şeyin sirrini dərk etməyə qadir deyil. Əgər Allah-taala onun yerinə yetirilməsini göstəriş veribsə, artıq onun səbəbini soruşmaq lazım deyil. Şübhəsiz, insan Allahın göstərişi haqqında düşündükcə onun sirlərini daha çox kəşf edər. Lakin bu o demək deyil ki, insan bir əmrin fəlsəfəsini başa düşmürsə, onu icra etməkdən imtina etməlidir.
   
    Həccin əzəməti hansı əməldə özünü daha çox göstərir?
    Bu təntənəli mərasim başdan-başa əzəmətlidir. Həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə gələn insan bilməlidir ki, həcdə hansı sirlər var. Əgər həccin sirlərini bilməsə, ixlası, səmimiyyəti də az olar. Buna gərə də həccin sirləri ilə tanış olmaq lazımdır. Hacılar zahiri əməllərin batinindən də xəbərdar olmalıdırlar.
    Həccdə Kəbə ətrafında təvaf etmək bir sıra xüsusi ibadətlərin nizamlı məcmusudur. Ehram bağlamaq və “Ləbbeyk” deməklə başlayan həcdə ritual cəhəti çox olan və ilahi sınağı güclü işlər haram olur. Ehram müddəti sırf imtahan xarakterli və tam ritual bir formadadır. Təhlil mərasiminin çatması ilə ehram açılır və ehramlı şəxs üzərindən qadağalar götürülür. Səmərəli ehram müddətinin kamil insan tərbiyəsində elə bir əsaslı təsiri var ki, onun təsiri həcc və ziyarətin məzmununa bağlı cəmiyyətdə özünü göstərir.
    “Ləbbeyk, Allahummə, Ləbbeyk” lə başlayan ehram, təvaf, Səfa ilə Mərvə arasında var-gəl etmək, Ərəfat, Məşər, Mina, cəmərələrə daş atmaq - bunlar hamısı başdan- başa əzəmətdir.
    Quranda Səfa ilə Mərvə arasındakı hərəkət bəlkə də əzəmətin başlanğıcı kimi qeyd olunub. Həccin sirlərini bilməyən şəxsin həcci kamil sayılmır. Mümkündür ki, əməllər düzgün sayılsın, lakin qəbul olmasın. Çünki həcc yerinə yetirən şəxsin ruhu həccin sirlərindən xəbərdar olmadığı üçün təkamülə yetişməmiş sayılır. Hər bir insanın şəxsiyyətini və həqiqətini təşkil edən onun əqidələri və niyyətləridir. Həcc insan formalaşdırır və əgər bir şəxs həqiqi hacı olmasa, deməli həqiqi insan da deyil. Həcc bir reallıqdır və həccin həqiqəti onun mahiyyətindədir.
   
    Həccin qəbulu və bu mənəvi saflığı qorumaq üçün nə etməli?
    Hacılar həccin bərəkətindən istifadə etmək üçün ən başlıcası günahdan çəkinməlidirlər. Həcdən sonra həccin nuraniyyətini aradan qaldıran şeylərdən biri günah, digəri isə xoşagəlməz əxlaq və münasib olmayan davranışdır.
    Hədislərdə buyurulur ki, əgər hacı üç məsələyə riayət etməsə, həcdən bəhrələnməz: biri günah etməmək, ikincisi yol yoldaşları ilə xoş rəftar etmək, digəri isə əsəbiləşməmək. Bu üç bəla imkan vermir ki, həccin nuraniyyəti insanlarda cilvələnsin.
   
    Müsəlmanların birliyinə həccin təsiri
    Müsəlmanların birliyi Quranın göstərişidir və müsəlmnanların Qurana, İslama itaətindən qaynaqlanır. Həcc İslamın ən böyük ritual və siyasi mərasimi olaraq, İslam cəmiyyəti quruculuğunda mühüm rol o layiqli şəkildə yerinə yetirilsə, müsəlmanların vəhdətinin möhkəmlənməsində böyük rola malik olar. Odur ki, İslam düşmənləri, xüsusilə öz iqtisadi-siyasi manafeyini İslam ümmətinin parçalanmasında görən dünya imperializmi həccin lazımi şəkildə keçirilməsini istəmir. Bu haqda böyük siyasətçilərdən biri deyir: “Əgər müsəlmanalr həccin mənasını başa düşməsələr, vay onların halına! Əgər müsəlmanlar həccin mənasını başa düşsələr, vay İslam düşmənlərinin halına!”

1434
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
SƏHİFEYİ-SƏCCADİYYƏ DUALARI
İBADƏTİN FƏLSƏFƏSİ
Kovsər hovuzu nədir?
Bütün təqva Allah Təalanın bir ayəsində
Ən bilikli adam kimdir?
Bilal haqqında
Vacibə (Tanrıya) aid bilik və bu biliyə aid məsələlər haqqındadır
Vahabi etiqadının yeni təhlili
BƏNİ-İSRAİL QÖVMÜ

 
user comment