Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İbrahin peyğəmbərin (ə) İsmayıl (ə) peyğəmbəri qurban kəsməsi hadisəsində ən mühüm məqam



Qurbanlığın fəlsəfəsində bəlkədə çox zaman fikir verilməyən diqqətə layiq bir məsələ vardır və o da işlərin məsləhətini dərk etməkdə insanın elminin məhdud olmasıdır. İbrahim peyğəmbərə (ə): “Get, qurban kəs”- deyildikdə, onun səbəbini Allahdan soruşmadı. Əksinə, Allahın verdiyi göstərişi yerinə yetirdi. Odur ki, insan Allah yolunda bir iş görərkən o işin fəlsəfəsini bilməsi heç də zəruri deyildir. Həccin sirlərindən biri də budur ki, həzrət Əlinin (ə) sözünə əsasən, Allah öz bəndələrini sınayır. Allah byururb: “Bu daşın ətrafına fırlanın, yaxud nəyəsə daş atın”. Nə üçün? Cavabı budur ki, Allah demişdir və O dediyi üçün də bunda bir məsləhət vardır. Əsas budur ki, Allah bu işin yerinə yetirilməsinə əmr verib və ona əməl olunmalıdır. Çünki insan hər işin sirrindən xəbərdar deyildir.  Əgər Allah göstəriş veribsə, sözsüz ki, insanın xeyrinədir və ona əməl olunmalıdır, İbrahim (ə) kimi ürəkdən yerinə yetirilməlidir.  Bu özü epistimoloji bir məsələni çatdırır ki, insanın elmi məhduddur. İnsan hər şeyin sirrini dərk etməyə qadir deyildir. Əgər Allah-taala onun yerinə yetirilməsini göstəriş veribsə, artıq onun səbəbini soruşmaq lazım deyil. Şübhəsiz, insan Allahın göstərişi haqda düşündükcə onun sirlərini daha çox kəşf edər, lakin bu heç də o demək deyildir ki, əgər insan bir əmrin fəlsəfəsini başa düşmürsə, onu icra etməkdən imtina etməlidir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri
Haram yeməyin təsirləri
ŞӘRLӘRIN FAYDASI
YOL VӘ ÜSLUBLAR
MƏSİHİ FİRQƏLƏRİ (1)
ŞƏFAƏT
Səkkizinci imam Həzrət Musa Rza (ə)

 
user comment