Azəri
Friday 29th of March 2024
0
نفر 0

Hədis nədir ?

 

Hədis, lüğətdə “yeni bir şey, tam bir kəlam və danışıq” deməkdir. Hədis alimləri arasında isə, hədis, yəni -məsumun sözləri, əməlləri və təqriri mənasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbər (s)-in sözləri, əməlləri və təqriri mənasınadır. Şiə məzhəbində isə bu tərif, Peyğəmbər (s) və onun pak əhli beytinə də şamil olunur.

Sünni alimlərindən olan İbn Həcər deyir :- İslam dininin ilk illərində Qurani Kərimə “qədim” söylənildiyinə görə, Peyqəmbər (s)-a bağlı olan kəlamlara “hədis” deyilirdi. Bu xüsusi məna, bugünə qədər müsəlmanlar arasında işlənməkdədir.

Hədisin mətni məsumun sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir.

Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların Peyğəmbər (s)-dən eşitdikləri və gördükləri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək ta bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi adlanır.

Sünnə nədir ?

Sünnə, lüğətdə camaatın itaət etdikləri yola və təriqətə deyilir. Istilahda isə, Peyğəmbər (s)-in hökümləri və buyurduqları kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa məsələlərdə Peyğəmbər (s)-in gətirdiyi qanun kimi qəbul edilmişdir. Hədislə sünnə arasında olan oxşarlığa əsasən, hədisə də sünnə deyilmişdir.

“QURAN BAXIMINDAN HƏDİSİN ƏHƏMİYYƏTİ

İslam qanunlarının və hökmlərinin əsasını Quran və sünnə təşkil edir. Hədis və Quran arasında müsəlmanların hədisə olan ehtiyacı daha çoxdur. Qurani Kərimdə əhkam və qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mənasını başa düşmək qeyri mümkündür. Çünki; a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-özlüyündə hökümləri tamm və dolğun şəkildə bizə çatdırmır; b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür.

Buna görə də, şiəliyindən və sünnilüyündən aslı olmayaraq bütün İslam alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və məsumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir. Məsələn: Müsəlmanların Qurani Kərimin ayələrinə əməl etməsinin vacib olması kimi.

Qurani Kərim özü də, ayələrinin əsnasında müsəlmanlara peyğəmbər (s)-in buyurduğu hədislərə ciddi yanaşmağı tövsiyə etmişdir.

Quranda bu barədə belə buyurulur :

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

“ Peyğəmbərin (s) gətirdiyi və buyurduğuna əməl edin və çəkindirdiyi şeylərdən isə çəkinin “

Quran, müsəlmanlara peyğəmbər (s)-ə itaət etməyi, Allaha itaət etməklə bir sirada qərar vermiş və onun vacib olduğunu bildirmişdir:

وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ

“Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur’anı açıq-aydın təbliğ etməkdir)”.

Həmçinin Peyğəmbər (s)-ə olunan itaəti elə Allaha olunan itaət sayır :

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur ”

O cümlədən Peyğəmbər (s)-in əmrləri və verdiyi hökümlərin qarşısında müsəlmanların özbaşına qərar çıxarıb hökm vermək hüququnu onlardan alır:

فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْفِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

” (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyin hökümlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar

və onun əmrlərinə tabe və təslim olmağı imanın nişanələrindən biri saymış, müxalifət və üsyan etməyi isə zəlalət və bədbəxtlik olduğunu bildirmişdir:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُه أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ُفَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

” Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! “

Zikr olunan ayələr Peyğəmbər (s)-ə itaətin müsəlmanlara vacibliyini bildirən ayələrdir. Quran müxtəlif ibarətlərlə bu məsələyə təkid edərək Peyğəmbər (s)-ə itaətin tam şəkildə olmasını çatdırır. Çünki, Peyğəmbər (s)-in sözlərinə və onun göstərişlərinə əməl etmək , onun sünnəsinə rəayət etmək deməkdir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment