Azəri
Saturday 20th of April 2024
0
نفر 0

“Peace TV” adlı İslam televiziya kanalı ərəb dilində fəaliyyət göstərəcək

“Peace TV” adlı İslam televiziya kanalı gələn ilin ortalarından ərəb dilində fəaliyyətə başlayacaqdır.

  xəbər agentliyinin “Rapid TV News” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Hindistanın İslam tədqiqat təşkilatı 2013-cü ilin ortalarında “Peace TV” adlı televiziya kanalının fəaliyyətinə başlayacaqdır.

Təşkilatın rəisi Zakir Nayk verdiyi məlumata əsasən, bu televiziya kanalı hal-hazırda ingilis və ordu dillərində fəaliyyət göstərir və 100 milyona yaxın tamaşaçası vardır.

O davam etdi: hal-hazırda ərəb dilində 60-dan artıq televiziya kanalı fəaliyyət göstərir. Peace TV bu kanallardan hər bir cəhətdən fərqli olacaqdır.

O bildirdi ki, bu televiziya kanalı ərəb dilli xalqları həqiqi İslamla tanış etməyə çalışacaq, İslam və müsəlmanlar barədə olan yalnış təsəvvürləri aradan aparacaqdır.

Xatırladaq ki, Zakir Nayk indiyə qədər dünyanın müxtəlif ölkələrində din sahəsində 1500-dən artıq çıxış etmişdir. O qərb ölkələrinin İslam ölkələrinin işlərinə dəxalət etmələrinə öz iradını bildirir. Elə bu səbəbdən də Britaniya dövləti 2010-cu ildə onun bu ölkəyə daxil olmasını qadağan etmişdir.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ali Xəlifə rejimi Ayətullah Şeyx İsa Qasimin ofisinə hücum etdi
MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ
Şiə Ruhanilərinə qan utduran əliyev rejimi silahlı insidentd törədən ...
“Ərəb baharı”nın anası səs verdi
FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş

 
user comment