Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ALLAHIN ƏDALƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

Bizim etiqadımıza görə Allahın kamal, sübuti sifətlərindən biri Onun adil (ədalətli), heç kəsə zülm etməməsidir. Onun mühakiməsində, hökmündə zülmə yol yoxdur. Ona itaət edənlərə, əmrinə tabe olanlara savab verəcək, fərmanları müqabilində üsyan edənləri isə cəzalandıracaqdır. Öz bəndələrini, onların taqətləri olmadığı şeylə vəzifəli etməz, layiqli olduqlarından artıq cəzalandırmaz.

Biz inanırıq ki, Allah-Taala bir yaxşı işi, ondan daha yaxşısı olmadığı halda, həmin yaxşı işi tərk etmir, qəbahətli, pis və bəyənilməz iş də görmür. Çünki O, yaxşı işi görməyə, pis işi tərk etməyə qadirdir və O, yaxşının yaxşı, pisin pis olmasına elmlidir. Habelə, yaxşı işi tərk, qəbahətli işi görməyə ehtiyacı da yoxdur. Yaxşı iş Ona zərər yetirmir ki, onu tərk etməyə möhtac olsun. Həmçinin, pis iş görməyə ehtiyacı yoxdur ki, onu yerinə yetirsin. Digər tərəfdən, O, hikmət sahibi (həkim)dir, deməli labüd olaraq işləri də hikmətli, ən kamil nizamla uyğun olmalıdır.

Əgər Allah-Taala zülm etsə və qəbahətli, çirkin iş görsə (O, belə şeylərdən çox-çox uzaqdır!) bunun səbəbi aşağıda qeyd olunan dörd işdən biri ola bilər:

1. Bu iş barədə cahil olsa və qəbahətli olmasını dərk etməsə;

2. Bu iş barədə alim olub bunu görməyə məcbur olsa və tərk etməkdə aciz olsa;

3. Bu iş barəsində alim olub görməyə məcbur da olmasa, amma ona ehtiyacı olsa;

4. Bu işə alim olub məcbur da deyil. Bu halda yalnız həvayi-nəfs üzündən, əbəs yerə görə bilər.

Bu hallardan heç biri Allah barəsində yol verilə bilməz, qeyri-mümkündür. Əks halda nöqsanlıq olardı. Halbuki, Onun Müqəddəs Zatı sırf kamaldan ibarətdir. Deməli hökm edib deməliyik ki, O, zülm etməkdən, qəbahətli iş görməkdən pak və münəzzəhdir.

Amma bəzi müsəlmanlar Onun qəbahətli iş görməsini caiz (mümkün) bilmişlər. Habelə, bəziləri demişlər ki, Allah, itaətində müti olan bəndələri cəzalandırıb, üsyanlarları, hətta kafirləri belə cənnətə daxil edə bilər, Öz bəndələrinə, onların taqət və qüdrətləri dairəsinə sığmayan itaətlər vacib edə bilər və yerinə yetirmədikləri təqdirdə onları cəzalandıra bilər. Bu firqə ardıcılları Ondan zülm, zorakılıq, yalan, hoqqabazlıq kimi işlərin, hikmət üzündən olmayan, məqsədsiz, faydasız, əbəs və məqsədyönlü olmayan işlərin baş verməsini caiz bilmiş və bu ayəyə istinad etmişlər.

O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar.

Allah-Taala barəsində batil əqidədə olub Ona zalım, cair, səfeh, oyun-oyuncaqçı, yalançı, hiyləgər, qəbahətli işlər görüb yaxşı işlərdən uzaq olan (bu sayaq işlər Ona əsla yaraşmaz) sifətlər təsəvvür edənlərin fikirləri eynilə küfürdür. Halbuki, Allah-Taala Quranda buyurur:

Allah bəndələr üçün heç vaxt zülm istəməz.

Allah fəsadı sevmir.

Biz göyləri, yeri və bunların arasında olanları oyun-oyuncaq oynayanlar kimi yaratmadıq.

Mən cinni və insanı Mənə ibadət etmələrindən başqa iş üçün yaratmadım.

İlahi, Sən pak və münəzzəhsən, bunları batil yerə xəlq etməmisən!


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri
Haram yeməyin təsirləri
ŞӘRLӘRIN FAYDASI

 
user comment